Amsterdamda əhvalat

Bu yaxınlarda Düsseldorfdan Amsterdama yolçuluq edirdim. Səhər reysinə qatar bileti aldım. Alman qatarlarına xas olmayan bir gecikmə oldu nedənsə və Dusseldorfdan – Amsterdama gedən qatar ümumi olaraq 25 dəqiqə gecikdi. Yolçuluq müddəti 2 saat 15 dəqiqə olacağını nəzərə alaraq qatarın çatma vaxtını planladım. Amsterdamla əlaqəli bir söz eşitdikdə və qatarda olan adamların düşdüyünü görüb qatardan endin. Bu mənim Amsterdama ilk səfərim idi və təbii olaraq şəhəri tanımırdım. Burada vaxtım cəmi 1 gün olacaqdı və saatlarımı dəqiq planlaşdırmışdım. İlk gedəcəyim yer Van Qoq muzeyi olacaqdı. Vağzalda bir stakan kofe içdikdən sonra bir-başa olaraq muzeyə doğru istiqamətləndim. Təbii olaraq şəhəri tanımırdım qarşıma çıxan ilk adamdan: “Bağışlayın Van Gonqun ev muzeyi hardadır?” sualını verdim. Cavab məni çox təəcubləndirdi. “Bu muzey Amsterdamda yerləşir, Siz ora getməlisiniz”. Əslində bir anlığını vəziyyəti başa düşmədim. Sualımı bir daha verdikdən və cavabı daha aydın incələdikdən sonra başa düşdüm ki, mən Amsterdam əvəzinə Hollandiyanın başqa şəhərinə getmişəm və Amsterdama getmək üçün 1 saat sürətli qatarla digər istiqamətdə getmək lazımdır.
Təbii ki, zərərin yarısındanda qayıtmaqda xeyrdi deyib, qatar üçün yeni bilet aldım və axır ki, Amsterdamdakı Van Gonq muzeyinə gedə bildim.

Maraqlı məqalə: Google ofisində 2 gün