Azərbaycan mebel sənayesi - inkişaf perspektivləri

Ölkədə mebel sənayesinin inkişafı məsələlərindən danışdıqda, ilk növbədə mebel istehsalı üçün əsas xammal hesab edilən ağac ehtiyatlarının gıtlığı mövzusu gündəmə gəlir. Həqiqətən Azərbaycan yaşıl ölkələr siyahısına aid edilə bilməz. Respublika ərazisinin yalnız 11,2 % meşə örtüyü təşkil edir. Burada iki məqam diqqəti cəlb edir. Birincisi heç kimə sirr deyil ki, Azərbaycanın iqlim şəraiti nadir və çox keyfiyyətli ağac növlərinin əkilməsi üçün əlverişlidir və ölkədə düzgün ekoiqtisadi model işlənib hazırlansa yaxın gələcəkdə Azərbaycanın meşə ehtiyatlarını dəfələrlə artırmaq olar. Ikincisi inkişaf etmiş ölkələrin təcrübsi göstərir ki, beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt xammal yox, ölkədə muasir texnoloji avadanlıqların mövcudluğu və düzgün marketinq strateqiyasıdır. Statistikaya nəzər salaq: Dünya ağac ehtiyatlarının 25%-dən çoxu Rusiya Fedarasiyasının ərazisində yerləşdiyinə baxmayaraq, mebel sənayesinin zəif inkişaf etməsi nəticəsində Rusiya dünya mebel bazarının cəmi 2%-ni istehsal edir. Eyni zamanda ərazisinin yalnız 14%-i meşə örtüyü olan və mebel sənayesi üçün ilkin xammalın 97%-ni idxal edən Çin Respublikası, dunya mebel bazarının 9,4%-ni təmin edir. Əhalisi cəmi 2 mln. olan, mebel üçün xammalın 94% idxal edən Sloveniya isə, ildə 600 mln. $ məbləğində mebel ixrac edir! Bəs ölkədə mebel sənayesini necə inkişaf etdirmək olar?!
Ölkəmizdə mebel sənayesini inkişaf etdirmək üçün görülən tədbirləri iki qrupa bölmək lazımdır: makro səviyyədə qörüləsi işlər və mikro səviyyədə görülməsi lazım olan işlər.
Azərbaycanda makro, dövlət səviyyəsində görülməsi lazım olan tədbirlər aşaqıdakılardır:
– ekoiqtisadi modelin işlənib hazırlanması
– ixrac yönümlü müəssisələr üçün sənaye-istehsal zonalarının yaradılması
– ali məktəblərdə ağac emalı sənayesi üzrə mütəxəsislərin hazırlanması.
– respublikada ağacyonqarlı piltələrin(DSP) istehsalının təşkili
Ekoiqtisadi modelin hazırlanması. Məlumdur ki, insan organizmi sutkada 1 kiloqram oksigen tələb edir. Ətraf mühitə atılan tullantıların nəticəsində, bu təlabat 15 kiligrama çatır bu baxımdan meşələrin qorunması qlobal probləmlərdəndir. Bu problemin həlli ilk növbədə düzgün iqtisadi-ekoloji sistemin yaradılmasıdır. Meşədə bərpaedici tədbirlərin həyata keçirilməsi, meşələrin yanğından qorunması, tez boyatan ağacların əkilməsi ekoloji mühiti qorumaqla yanaşı mebel sənayesinin xammal ilə təhciz edilməsində çox vacibdir.
Ixrac yönümlü sənaye zonalarının yaradılması. Bu tip sənaye zonalarında mebel istehsalı ilə məşğul olan müəssisələrə xüsusi stimullaşdırıcı vergi və ixrac malları üçün qömrük rüsumu siyasəti həyata keçirilməlidir. Qeyd etmək vacibdir ki, bu tip zonalarda stimullaşdırıcı tədbirlər iqtisadi nöqteyi nəzərdən tam əsaslandırılmalıdır. “McKinsey” ingilis konsaltinq şirkətinin apardığı tədqiqatlara görə aşağı vergi dərəcələrinin tətbigi, hec de həmişə iqtisadi artımı təmin etmir. Ölkəmizdə mebel istehsalı üçün iqtisadi zonalarının yaradılmasında Cin respublikasının təcrübəsinə əsaslanmaq daha məqsədə uyğun olardı. Çində mebel ixracı üçün xüsusi sənaye zonaları yaradılmışdır ki, bu zonalarda müəssisələr kompleks şəkildə fəaliyyət göstərirlər.
Ali məktəblərdə ağac emalı sənayesi üzrə mütəxəsislərin hazırlanması. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, rəqabətə davamlı məhsul istehsal etmək üçün insan amili əsas şərtlərdəndir. Bu baxımdam bu sahədə ixtisaslı kadrların hazırlanması əsas amillərdən biridir.
Respublikada ağacyonqarlı lövhələrin (DSP) istehsalının təşkili. Bu istiqamət ölkədə mebel sənayesi üçün müstəsna əhəmiyyət kəsb edir. Seriyalı mebel istehsalının maya dəyərinin 40%-nı, sifarişlə olan mebel istehsalının maya dəyərinin 60%-ni ağac yonqarlı lovhələr təşkil edir. Belə lövhələrin istehsalı üçün xammal kimi ucuz ağac qırıntıları lazımdır. 1 kub.metr ağacyonqarlı lövhələrin istehsalı üçün xammal kimi 50$ dəyərində ağac qırıntısından istifadə edilir və nəticədə son məhsul kimi qiyməti 450$ olan keyfiyyətli lövhə alınır. Bu xammaldan mebel istehsal edilsə, rəqəm 1000$ çatar. Hal-hazırda dunyada 719 sayda ağacyonqarlı lövhələrin istehsalı ilə məşğul olan fabrik mövcuddur. Onlardan 259-zu Cində yerləşir və bu zavodlar xammalın 60%-nı Rusiyadan 37%-nı digər ölkələrdən idxal edirlər və yalnız 3% öz ərazilərindən alırlar!
Yuxarıda sadalanan şərtlər görülməsi vacib olan makro səviyəli tədbirlər idi. Bunlarla yanaşı mebel istehsalı müəssisələrində görülməsi vacib olan mikro tədbirlərdə mövcuddur:
– marketinq strateqiyasının əsasında məhsulun rəqabət qabiliyyətinin artırılması
– muasir dizaynlı mebellərin istehsalı
– beynalxalq keyfiyyət standartlarına keçmək
– informasiya komunikasiya texnologiyalarının istehsalda və planlaşdırmada tətbiqi
– beynalxalq mebel sərgilərində aktiv iştirak
Bu tədbirlər görüldüyü halda Azərbaycan həqiqi mebel sənayesindən danışmaq olar.

MARAQLI YAZI: Alman İqtisadi Gücünün Sirrləri