Biznes strateqiyaların tətbiqində "qızıl üçlük"

İstənilən biznes fəaliyyətdə strateqiya ən vacib məsələlərdən biridir. Hara qetdiyini, məqsədinin nə olduğunu bilməyən şirkət heç vaxt hədəfə çata bilməz. Lakin düzgün biznes fəaliyyəti üçün strateqiya heçdə uğurun əldə edilməsinin qarantı deyil. Ən üst səviyyədə hazırlanan strateqiya belə səhv icra nəticəsində uğursuz nəticələr verə bilər. Bu yazıda mən biznes strateqiyaların uyğulanmasının 3 əsas prinsipi barədə söhbət açacam.
Strateqiyanın həyata keçirilməsi üçün vacib olan prinsiplər barədə ardıcıl olaraq danışaq:
Prinsip №1. . Daxili mühitin hazır olması. İstənilən funksiyanın həyata keçirilməsi müəyyən resurslar lazımdır, daha konkret işçilərin bilik səviyyəsi, şirkətin maliyyə qaynaqları, istehsal-texnoloji bazanın hazırlığı, İT və s. Daxil mühit dedikdə ən vacib və vacib olduğu qədərdə çətin idarəedilən dəyər insan faktorudur. Düzgün insanlar, işlərində professional olan kadrları az olan şirkətlərdə strateqiyanın icrasından söhbət gedə bilməz. Sözü gedən məsələlər strateqiyanın uyğulanmasına cavab vermirsə, bu strateqiya şirkətə mənfəət gətirmə ehtimalı aşağıdır.
Prinsip №2. . Strateqiyanın bütün biznes həlqəsi boyu qəbul edilməsi. Bəzən belə bir fikir gəzir ki, strateqiyanı hazırlayan bir nəfər (bir qrup), strateqiyanın icrası hamının işidir. Bu prinsip təcrübədə öz yanlışlığını müxtəlif şirkətlərin təcrübəsində dəfələrlə göstərmişdir. Strateqiya şirkətin bütün əməkdaşları tərəfindən qəbul edilməli və tətbiqi üçün işçilər tərəfindən mənimsənilməlidir.
Prinsip №3. . Nəticənin dəqiq təsviri. Çox zaman konkret strateqiya təyin edilən zaman hədəflər son dərəcə böyük qoyulur və bu ümumi icra prosesinə mənfi təsir göstərir. Ümumiyyətlə icra olan fəaliyyətin düzgün qiymətləndirilməsi strateqiyanın icra edilməsinə təsir edən əsas amillərdəndir.

Hesab edirəm ki, istənilən strateqiyanın uğurla başa çatması yuxarıda sadaladığım faktorlardan asılıdır.

Oxşar məqalələr: UĞURLU BİZNESİN 3 SİRRİ