EMBAWOOD UĞUR 3 BUCAĞI

Bu günlərdə təsadüfən internetdə gezdiyim zaman Embawood haqda yazılan bir yazını oxudum və həqiqətəndə Marketinq Direktoru olaraq çalışdığım şirkət haqda yazmağa gərara gəldim. Təvəzükarlıqdan kənar olsa, Emba haqda yazmamaq, olmaz gərarına gəldim. İnanın mən EMBAWOOD Azərbaycanda həqiqətənda əfsanə yaratmış şirkətlərdəndir. Bunun üçün mən Sizə bir neçə statistika verib yazının əsas hissəsinə keçəcəm. Bügün bu şirkət Azərbaycanda bir dənədə olsa ağac kəsməyərək, Azərbaycan mebelini dünyanın 10-an çox ölkəsinə ixrac edir. Postsovet ölkələrində olmayan istehsal texnologiyası məhz Embawood olması ilə yanaşı, şirkət kadr hazırlığını böyük investisiya qoyur. Bəs nədir Embawood sirri?

Mən şirkətdə işlədiyim müddətdə uğurun 3 əsas səbəbini hiss etmişəm.

SƏBƏB 1. Müştəri yönümlülük. Şirkətdə baş direktordan tutmuş, ən son işçiyə qədər hamı, bütün biznes proseslər müştəri yönümlüdür. istehlakçı məmnuniyyətinin artırılması istiqamətində böyük investisiyalar qoyulur. 24 saat ərzində çatdırılma və qurlaşdırma, mağazalarda xidmət proseduru, aparılan keyfiyyət artırma layihələri yalnız müştəri yönümlüdür.

SƏBƏB 2. Şirkət yarandığı gündən öz partnyorları, müştəriləri (diler, distribyutorlar) və dəyər zəncirinin bütün iştirakçıları ilə uzunmüddətli iş prosesi təşkil edir. Qazanan və qazandıran şirkət prinsipini tutur.

SƏBƏB 3. İnsan qaynaqları  şirkətdə ən vacib məsələlərdəndir. İşçilərin sadiqliyinin artırılması üçün bütün lazımı işlər vaxtında və düzgün formada həyata keçirilir.

Beləliklə Azərbaycan mebellini dunyaya tanıdan şirkətin uğurlu fəaliyyətinin 3 əsas səbəbi vardır: müştəri, partnyor, kadrlar. Mən ümid edirəm ki, digər yerli şirkətlərimizdə EMBAWOOD praktikasından istifadə edərək böyük uğurlar əldə edə bilərlər.

ƏLAVƏ OXUMAQ İSTƏSƏNİZ: