Gürcustan bazarı Azərbaycan şirkətlərini gözləyir

Artıq 4-cü ildir Gürcustana tez-tez işlə əlaqəli səfərlər edirəm və ildən-ilə bu ölkədə Azərbaycanlı biznesmenlər üçün münbit iş şəraitinin olduğunu hiss edirəm. Gürcustanın iqtisadi göstəriciləri bizim respublikadan xeyli geri qalsada bu ölkə Azərbaycan şirkətləri üçün beynalxalq səviyyədə inkişaf və xarici bazarlara çıxmaq üçün əlverişli “tramplin” funksiyasını daşıya bilər. İş təcrübəmə əsaslanaraq bu ölkədə fəaliyyət göstərmək üçün bəzi məqəmları Sizlərlə bölüşmək istəyirəm.

İlk əvvəl qeyd edim ki, Gürcustanda biznes qurmaq üçün qanunvericilik və infrastruktur cəhətdən digər MDB ölkələri ilə müqayisədə xeyli rahatdır. Bütün qanunvericilik sahibkarlığı dəstəkləməyə yönəlmişdir. Sektorda lider olan Azərbaycan şirkətləri, bu bazarda aşağıdakı üstünlüklərə malikdirlər:

1. Bazarın inkişaf dərəcəsinin Azərbaycandan qeri qalması. Hal-hazırda Gürcustan bazarı konkret sektorlara görə Azərbaycan bazarından 3-5 il geridədir. İstər pərakəndəçilik, istər istehsal, istərsədə digər sektorlarda (turizmdən başqa) Gürcustan bizim ölkədən bazarın inkişaf dərəcəsinə görə geri qalır və bu məsələ yerli sahibkarlarımız üçün Gürcustanda boş bazar nişasının tapılmasında köməklik göstərir.

2. Ölkənin ÜTT-ə daxil olması və bununla gömrük baryerlərinin yoxluğu.  Bundan istifadə edərək Azərbaycanlı sahibkarlar asanlıqla xaricdən məhsul gətirib sata, həmçinin istehsal qurduqları halda məhsulları asanlıqla digər ölkələrə ixrac edə bilərlər.

3. Ölkədə iri şirkətlərin yoxluğu. Gürcustan bazarının digər vacib tərəflərindən biridə bu ölkədə sektora tamamiylə hakim olan şirkətlərin yoxluğudur (bəzi qida şirkətlərindən başqa). Bundan istifadə edərək investisiya dəstəyi olan sahibkarlarımız bu ölkədə böyük bazar payı əldə edə bilərlər.

4. Ucuz işçi güvvəsi. Ölkədə işçilərin əmək haqqısı Azərbaycanla müqayisədə ən azı 2 dəfədən aşağıdır.

Bununla belə yerli şirkətlərin Gürcustan bazarında əsas rəqabətliqabiliyyətli sahələri aşağıdakılar ola bilər:

  • Mağazaçılıq. Buraya tekstil, geyim, mebel, ev əşyaları, ərzaq məhsulları və s. sahələrdə pərakəndə satışın təşkili aiddir;
  • İstehsal. Bu istiqamət Gürcustanda tamamiylə boşdur. Ölkədə yerli istehsalının səviyyəsi çox aşağıdır. Orta səviyyəli marketinq təhlili ilə bu ölkədə asanlıqla istehsal qurmaq olar.
  • Ticarət obyektlərinin icarəsi. Gürcustanda bu sahədə böyük təlabat mövcuddur.
  • Və s. onlarla müxtəlif sahələr.

Ümumilikdə qeyd etmək vacibdir ki, ölkənin yerləşdiyi corafi mövqe Gürcustandan Avropa bazarlarına çıxışı çox sadələşdirir və bu Azərbaycanlı sahibkarlar üşün əsas stimul ola bilər.

Yazıda mən Gürcustan haqda ümumi məlumatları Sizlərə çatdırdım daha detallı suallarınızı gözləyirəm

Oxşar məqalə: Gürcustan bazarı Azərbaycan şirkətlərini gözləyir