image_pdfimage_print

Çox zaman mənə “uğurlu mağaza işləməsi üçün hansı səbəblər vacibdir?”, “satış şəbəkəsini genişləndirmək üçün yeni mağazaları necə açmaq olar?” və ya “necə etsək mağaza daha çox mənfəət gətirər?” kimi suallarla müraciyət edirlər. Bügün Azərbaycan şirkətləri üçün mağazalaşma ən vacib inkişaf istiqamətlərindən biridir. İş təcrübəmdə bügünə qədər 150-ən  çox mağaza açılışında bir-başa olaraq iştirak etmişəm və əmin olmuşam ki, açılan bütün uğurlu mağazalarda 3 vacib məsələ mütləq olmalıdır. Yerləşdiyi yerdən (istər Bakıda, istər Gəncədə, istər Kievdə, istər Almatada istərsədə başqa şəhərdə),  satılan məhsullun növündən (geyim, ərzaq, ev ləvazumatlarə, məişət texnikası və s.) asılı olmayaraq – uğurlu mağazanın 3 sirri var. Bunlar nələrdir?

Birincisi. Mağaza açılan zaman ən vacib məsələ insanlardır. İstər böyük şirkətin açdığı 100-cu mağaza, istərsədə hansısa fərdi sahibkarın açdığı birinci mağaza, biznesin həcmindən asılı olmayaraq uğurun ən birinci sirri – insandır. Əgər Siz öz biznesinizi açırsınızsa və mağazanı özünüz idarəedəcəksinizsə aşağıda göstərilən xüsusiyyətlər Sizdə, əgər mağazanı Siz deyil başqa birisi işlədəcəksə bu xüsusiyyətlər o adamda olmalıdır. Ümumi olaraq mağazanı işlədən adam (mağaza müdiri) aşağıdakı kriteriyalara cavab verməlidir:

  • Təklif edilən məhsulu səvməlidir. Mağaza müdiri təklif etdiyi məhsulun həqiqətəndə bənzərsiz və müştərilər üçün lazımlı olduğunu inanırsa demələ Siz doğru adam tapmısınız. Çalışmaq lazımdır ki, mağaza müdiri özü asanlıqla məhsulu müştəri qarşısında təklif edə bilsin. Mağaza müdirinin işi idarəetmə olsada satış edə bilməyən adamlarla işləməyin.
  • Mağaza müdiri çalışmağı sevməlidir.  Bu amil seçim zamanı diqqətdən qaçırılan ən vacib məsələdir. Məhsulu sevmək heçdə heməşə o adamın, mağazanın işləməsi üçün işləyəcəyinə dəlalət etmir. Bu baxımdan mağaza müdiri olaraq seçəcəyiniz adam mütləq işləmək istəməlidir.
  • Personalın motivasiyası. Mağazada müdirdən başlayaraq, xadiməyə qədər bütün işçilər satışa motivasiya olunmalıdırlar. İdealda mağazada işləyən satış heyyətinin maaşının ən azı 50% satışa görə dəyişən olmalıdır.

İkincisi. Mağazanın yerləşməsi. Ən yaxşı məhsul belə, uğursuz yerləşmə nəticəsində satılmaya bilər. Ümumiyyətlə mağazanın yerləşməsi dediyimiz zaman biz aşağıdakıları nəzərə almalıyıq:

  • Binanın yeri. İcarəyə götürəcəyiniz yerin yerləşməsi təklif edilən məhsulun spesifikasından asılı olaraq dəyişir. Mağaza yerinin seçilməsinə təklif edəcəyiniz məhsulun növü, qiyməti, miqdarı, müştərilərə bir-başa təsir edir. Ümumi olaraq vacibdir ki, icarəyə götürəcəyiniz binanın reputasiyası satmaq istədiyiniz məhsula uyğun olsun. Məsələn bir vaxtlar avtomobil ehtiyyatları satan mağazada, gəlinlik geyimi satmaq düzgün deyil.
  • İcarə qiyməti.  Mağaza yerinin uğuru olub-olmamasının əsas göstəricilərindən biridə icarə haqlarıdır. İstənilən biznes fəaliyyət kimi, mağaza açılışıda mənfəət əldə edilməsi üçün aparılan fəaliyyətdir və götürülən mağazanın yerinin qiyməti mağazanın gələcək fəaliyyətinə təsir edir. Uğurlu yer dedikdə biz sadəcə canlı küçələr və ya avtomobillərin çox keçdiyi yerlər deyil, həmçinin icarə haqqının bazar qiymətindən mümkün qədər aşağı olan başa düşürük. İcarə haqqı danışılan zaman qiymətin aşağı olması mağazanın gələcəyindən xəbər verə bilər.
  • Xarici görünüş və fiziki ölçülər. Mağazanın ön cəbhəsi, vitrin və tabella vurulması üçün imkanın olması vacib məsələlərdəndir. Bu baxımdan yer seçimində bu məsələlərə diqqət yetirmək lazımdır. Həmçinin mağazanın fiziki ölçüləri təklif edəcəyiniz məhsula uyğun olmalıdır.

Üçüncüsü. Mağazanın məhsulu. Təklif edilən məhsulun düzgün planlanması və təklif edilməsi bügün mağazanın işlədiyi sektordan asılı olmayaraq ən vacib məsələlərdəndir. Mağazada məhsul dediyimiz zaman biz aşağıdakıları başa düşməliyik:

  • Təklif edilən məhsulun keyfiyyəti. Çox zaman keyfiyyətin subyektiv yanaşma olduğunu söhləyirlər. Əlbətdəki biz 200 manatlıq televizor aldıqda bu televizorla internetə girmək və 3D texnoloqiyaların olduğunu gözləməli deyilik, lakin müştəri əmin olmalıdır ki, aldığı məhsul onun ehtiyyacını ödəyə bilir. Mağazanın zərərlə işləməsinin birinci yolu, ucuz-keyfiyyətsiz malların satılmasıdır. Mağazanızda heç vaxt keyfiyyətsiz məhsul təklif etməyin.
  • Təklif edilən məhsula olan təlabat. Əlbətdə mağazada olan məhsullara Sizin bazarda ehtiyyac olmalıdır və ya Siz təklif edilən məhsulun alıcısını tapmalısınız.
  • Anbar qalıqlarının səhv idarəedilməsi. Çox zaman mağazalarda yaşanan ən böyük problemlərdən biridə tələbat olan malların daim olmamasıdır. Əgər Siz ərzaq mağazası işlədirsinizsə və Sizdə hansısa yaxşı satılan maldan yoxdursa bu müştərilərin bir-başa itirilməsidir. Mağaza fəaliyyətində anbar qalıqlarının idarəedilməsi çox vacibdir.

İş təcrübəmə əsasən deyə bilərəm ki, yuxarıda dediyim 3 amillə riayyət olunsa uğurlu (gəlirli) mağaza açmaq çox asanddır. Və nəhayət sonda Sizə bonus olaraq 4-cü sirri açım. Uğurlu mağaza üçün reklam ən vacib məsələlərdəndir. Əgər mağazanızın daim Sizə mənfəət gətirmənizi isləyirsinizsə reklam, mağazanızın xaricdən və daxildən bəzədilməsinə diqqət yetirmək lazımdır.

Oxşar məqalə: UĞURLU BİZNESİN 3 SİRRİ

şərhlər

şərhlər

13 Comments

  1. Ilkin bəy, maraqlı məqamlara toxunmusunuz, çox sağ olun buna görə. “Keyfiyyət” anlayışına gəldikdə isə, doğrudan da əksər insanlarda bu barədə yanlış təsəvvür və gözləntilər var. Məsələn, məndən keyfiyyətli mal istəyəndə soruşuram ki, siz keyfiyyət nəyə deyirsiniz? Çoxu dözümlülüyü, məhsulun uzunömürlülüyünü nəzərdə tuturlar. Əslində bu, dar yanaşmadır.
    Məhsulun keyfiyyəti onun standartlara nə dərəcədə cavab verməsi ilə müəyyən olunur. Buraya müştərinin ehtiyaclarının ödənilməsi, gözlənilən funksionallıq, ehtiyat hissələrinin mövcudluğu, servisin mövcudluğu və s. aid ola bilər.

    • Salam Ilkin bəy. Faydalı məsləhətlərə gore Allah sizden razı olsun. Mən mağaza açmaq istəyirəm. Amma sərmayəm çox azdır. Misal ucun 3 min civarında. Bu qədər sərmayə ilə başlanqıc etmək olar? Nə məsləhət edərdiniz? Əvvəlcədən təsəkkürlər.

  2. Salam teshekkur edirem bu menimcun cox maraqli idi ilkin bey sizinle nece elaqe yaratmaq olar?

  3. Məhəmməd Namazov - Reply

    Ilkin müəllim yazdığınız mənə çox təsir etdi.. Super feedback idi bu mənimçün :)

    • Faydali oldusa ELA!!! Men bloqda yalniz ozum ish tecrubesinde etdiklerimi yaziram… mene cox komek edir bu 3 sert!

  4. Salamn Ilkin bey.Soyledikleriniz mukenmeldi .cox sag olun.Men hal-hazirda auto ehytiyyat hisselerinde satici işleyirem bele desek butun alqi-satqi iwlerini gorurem,fikirlewirem gelecekde oz biznesimi qurmaq isterdim.ve bu yolda sizden komek etmeyinizi isterdim.inwallah allinsa yeqin ki komeyiniz esirgemersiniz.qabaqcadan oz minnetdarligimi bildirirem.

  5. cox sagolun heqietn cox gozeldir inanrsan lap ozumu biznesmen tesevur etdim

  6. duz fikirlerdi cox mukemmel ….cox saqolun

  7. Salam,satiw hakkinda,, satiwi nece etmek lazimdir yollarini zehmet olmasa oyrede bilersiz?

  8. Səriyyə Bunyatova - Reply

    Deyerli melumatlara gore tesekkur edirem.Halal edin

  9. Cox sag olun. Meni dushunduren suallarima cavabi sizin meqalenizde tapdim. Minnetdaram! Ugurlar size!

  10. Salam… bir meslehetci kimi mene yol gosdere bilersiz bir iwe bawlamaqcun….butun gunu fikirlewirem ama.hecne alinmir

  11. […] Təbii ki, hər bir insan heç olmasa həyatda bir dəfə öz biznesini açmaq haqda düşünür və əlbətdəki bunlardan yalnız bir qismi realda bunu edir. Forbes jurnalının dəstəyi ilə aparılan son araşdırmalara görə yer üzərində işləmə qabiliyyəti olan əhalinin 94% öz biznesinin açılması barədə düşünsədə, realda onların yalnız 6% bu işi həyata keçirir. Maraqlı məqam burasındadır ki, yeni açılan bizneslərin cəmi 15% rentabelli olur və 5 ildən çox fəaliyyət göstərir. Bəs nədir uğurlu biznesin sirri?! Necə olur ki, kimlərsə öz biznesini quraraq milyonlara sahib olur, kimlərsə böyük maddi (həmçinin mənəvi) ziyanla bu işdən yan keçirlər. Uğurlu biznes üçün hansı kriteriyalar olmalıdır? Bu kreteriyalar haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, heçdə hemeşə yeni bizneslər yüksək mənfəət əldə etmək üçün həyata keçirilmir. Ümumilikdə yeni biznes açılışında sahibkarların (gələcək sahibkarların) 3 bir-birindən tam fərqli məqsədləri ola bilər: pul qazanmaq, ürəyi istədiyi (və ya xəyal qurduğu) işi qurmaq və ya biznesi yaradıb digər bir investora satmaq. Konkrət məqalə çərçivəsində mən yalnız pul qazanmaq üçün açılan bizneslərdən söhbət açacam. İş təcrübəmdə baş verən hadisələr və bu istiqamətdə olan müşahidələrimə görə hesab edirəm ki, uğurlu biznesləri digərlərindən fərqləndirən 3 əsas faktor mövcuddür. Bu faktorların cəmini mən “uğur üçbucağı” adlandırıram. Bu amilləri nəzərdən keçirək. Amil № 1 – Məhsul. Məhsul dediyimiz zaman biz pula ekvivalent dəyəri olan maddi və ya qeyri-maddi istənilən bir şeyi nəzərdə tuturuq. Başqa sözlə desək məhsul mebeldən tutmuş, ta gəlinlik paltarı seçiminə konsaltinq xidmətlərinə qədər hər şey ola bilər. İstənilən biznesin mövcud olması üçün sahibkar mütləq düşündüyü ilk şey təklif edəcəyi məhsul olmalıdır. Çox sadə görünsədə iş təcrübəmdə çoxsaylı yeni layihələr məhz, təklif ediləcək məhsulun olmadığına görə sahibkar üçün böyük ziyanla başa çatıb. Həmçinin beynalxalq şirkətlərin təcrübəsinə baxsaq: Apple, Google, Blackberry və s. kimi brendlər məhz uğurlu məhsul hesabına lider mövqeydedirlər. Amil № 2 – Bazar. Bazar dediyimiz zaman biz təklif edəcəyimiz məhsula olan tələbi başa düşürük. Ən gözəl məhsul belə təlabat olmadan məhv ola bilər. Eyni zamanda biznes açılan zaman məhsul təklif etdiyinizin bazarın tutumu, onun inkişaf tendensiyalarını düzgün hesablamaq çox vacibdir. Yerli biznesə baxdığımız zaman Bizim Market, Romantic kimi mağazalar şəbəkələrinin təcrübəsi göstərir ki, biznesdə bazarın seçimi son derəcə vacibdir. Düzgün seçilən bazar biznesin inkişafına böyük təkan verə bilər, həmçinində əksinə. Bazar inkişaf etdikdə istehlakçılar bir növ özləri, malın satışını təşviq edirlər. Yeni bizneslər üzrə məhşur ekspert M. Kraynovun fikrincə: bazarın inkişaf etməməsi və ya bazar haqqında fikirlərin səhv olması yeni bizneslərin uğursuzluğunun başlıca səbəblərindəndir. Amil № 3 – Resurs. Çox zaman yeni biznes haqqında düşünən adamlar yeni iş qurmaqda əsas maneyə kimi məhz bu amili görürlər. Bu amili sıralama üzrə 3-cü yerə qoymağım heçdə təsadüfi deyil. Uğurlu biznes üçün əlbətdəki resurs lazımdır, lakin yuxarıda olan 1 və 2 amillər olduqda gələcək sahibkar resurs məsələsinə həll etməsi daha asand görünür. Uğurli biznesdə resurs dediyimiz zaman biz insan resursları (komanda) ilə maddi resursların cəmini başa düşürük. 2010-cu ildə AC Nielsen araşdırma şirkətinin Rusiya, Ukrayna daxil olmaqla 10-an çox inkişafda olan ölkədə apardığı araşdırmalara görə sahibkarların qarşısında duran əsas problem kvalifikasiyalı kadrların yoxluğudur. Təbii ki, bu amil özünü Azərbaycandada göstərir. Ümumilikdə yeni bizneslər üçün maddi resursların tapılması üçün inkişaf etmiş ölkələrdə çoxsaylı xüsusi fondlar mövcuddur. Bu fondların köməyi ilə hazırlanan biznes-planlar əsasında gələcək sahibkar asanlıqla maliyyə dəstəyi qazana bilir. Təəsuf ki, eyni məsələ respublikamızda hələki belə yüksək səviyyədə deyildir, lakin bütün hallarda müəllif hesab edir ki, maliyyə resursları düzgün biznesin qurulması üçün ən asand nail olunula biləcək faktordur. Yeni bizneslərdə problemli əsas məsələlərdən biridə biznesi apara biləcək adamların mövcudluğudur. Ən uğurlu məhsul, inkişaf edən dinamik bazarda olsa belə prosesi düzgün və peşəkar səviyyədə aparacaq, idarəedəcək adamlar lazımdır. Yeni biznes açdıqda təbii ki, bu mütəxəsislərə yüksək əmək haqqı vermək üçün maliyyə resursları az olur (bəzən heç olmur) və sahibkar məcburən peşəkar kadrı özü yetişdirmək haqda düşünür. Məhz bu baxımdan xarici ekspertlər ilkin biznesin açılışı zamanı tək olaraq deyil, biri-birinizi tamamlayacaq partnyorlarlarla açılmasını daha düzgün hesab edirlər. Belələliklə uğurlu biznesin yaratmaq üçün üçbucağın hər bir bucağı: məhsul, bazar və resurs öz yerində olmalıdır. Əziz oxucu əgər Sizdə bu belədirsə, mencə heç gözləmədən öz biznesinizi başlayın. Hər birinizə şəxsi biznesinizdə uğurlar arzusu ilə! Oxşar məqalə: Mağazaçılığın 3 vacib şərti […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close