image_pdfimage_print

Bugün Xəzər TV-də Aktual Xəbər verilişinə məni qonaq olaraq dəvət etmişdilər. Mövzu Azərbaycanda marketinqin vəziyyəti edi və söhbətimiz Marketinq Direktoru vəzifəsi haqda oldu. Nədir bu vəzifə, hansı xarakterləri özündə birləşdirməlidir və s. kimi suallar verildi. Mövzu çox uzundur və hal-hazırda ezamiyyədə olduğum üçün bu haqda düşüncələrimi Sizlərə qısaca tezislər kimi çatdıracam. Tezislərə keçməzdən əvvəl qeyd etməliyəm ki, marketoloq dostumuzun yazdığı fikirlərlə qismən razı olsamda qeyd etməliyəm ki, marketinq Azərbaycanda inkişaf dövrünü yaşayır.  Əgər bir vaxtlar Azərbaycanlı sahibkarlar marketinqin faydası haqqında tam məlumatlı deyidilərsə, bügün artıq, marketinqin sadəcə reklam və satışın stimullaşdırılması olmadığını qəbul edirlər. Təbii ki, bizim marketinq Türkiyə, Amerika və ya Avropa ölkələrindəki səviyyədən xeyli geri qalır, lakin vacib məsələ budur ki bu istiqamətdə inkişaf hiss edilir.

Uğurlu marketinq direktoru olmaq şərtləri.  Marketinq direktoru muasir dövrdə ən çətin vəzifələrdən biridir. Təsadüfi deyil, ki marketinq direktorunun şirkətdə ortalama qalma müddəti cəmi 16-18 aydır. Bu baxımdan marketinq direktoru digər vəzifələrlə müqayisədə öz üzərində daha çox işləməli, yeniliyə daim açıq olmalıdır. Düşünürəm ki, marketinq direktoru: yenilikçi, dunyada baş verən proseslərə maraqlı və ən əsası zəhmətkeş olmalıdır. Marketinq elə bir sahədir ki, burada öz üzərində daim işləmək tələb olunur, marketinq direktoru daim oxumalı və öz bazar dəyərini artırmalıdır. Belə olmasa  nə marketoloqun özü, nədə onun fəaliyyət göstərdiyi şirkət bazarda rəqabət mübarizəsində qalib gələ bilməz.

Marketoloq olmaq üçün nə vacibdir, ixtisas bilikləri və ya təcrübə? Marketoloq əlbətdəki nəzəri biliklərə hakim olmalıdır. Şirkətdə marketinqi təşkil etmək üçün marketinq sahəsində istər nəzəri istərsədə praktik bilik çox vacibdir. Lakin uğurlu marketoloq olmaq üçün sadəcə nəzəri biliklər kifayət deyildir. Bu yaxında Unilever şirkətinin marketinq direktoru çox maraqlı bir araşdırma nəticələri barədə mənə məlumat verdi, marketoloqun uğuruna təsir edən amillərin təsirlik dərəcəsinə görə: 60% marketinq praktikası, 25% networkinq (sektorda olan şəxsi tanışlıqlar) və cəmi 15% teoritik biliklərdən asılıdır.

Gənc marketoloqlara məsləhət. Marketinq Azərbaycanda inkişaf edən bir peşəsədir və bu istiqamətdə ixtisaslaşmış kadrlara ehtiyyac gündən-günə artır. Gənc marketoloqlara ən başlıca tövsiyyəm ixtisas biliklərini artırmaqdır, öz üzərlərində ciddi işləməli və ən əsası başa düşməlidirlər ki, marketinq yalnız reklam deyil, marketinq strateji düşüncə tərzidir.

Düşünürəm ki, Azərbaycanda Marketinq Direktoru vəzifəsi ən çox ehtiyyac olan vəzifələrin başında durur və bu istiqamətdə kvalifikasiyalı kadrlara həqiqətəndə ehtiyyac var.

Oxşar yazı: Marketinq funksiyaları

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close