image_pdfimage_print

Bilirsiz biznes terminlər arasında ən çox tərifi olan söz – marketinqdir?! Məhz elə buna görədə marketinq anlayışını hərə bir cürə qəbul edir. Mən yazıda qısaca olaraq şirkətlərdə marketinqin 3 əsas funksiyası barədə danışacam, hesab edirəm ki yerdə qalan bütün funksiyalar marketinqə bir-başa aid deyil. Bu funksiyalar aşağıdakılardır:

Funksiya № 1. Strateqiya. Marketinqin əsas funksiyalarından biri şirkətdə strateqiyanın təyin edilməsidir. Strateqiya dediyimiz zaman biz şirkətin xarici mühitindəki dəyişiklərə daxil mühitinin adaptasiya olunma prosesini başa düşürük. Əgər müştərilər konkret məhsul kateqoriyasında ehtiyyacları dəyişirsə və konkret olaraq hansısa yeni trend çıxırsa marketinq bu istiqamətdə şirkətin hazırlanmasına çalışmalıdır.

Funksiya № 2. Brendinq. Şirkətlərin və (və ya) məhsulların brendləşdirilməsi bir-başa olaraq marketinqin funksiyasıdır. Azərbaycan istehlakçısı son illərdə məhsul və xidmətlər seçimi prosesində yalnız baza ehtiyyaclarını ödənilməsi üçün deyil, həmçinin mənəvi dəyərlərə fikir verməyə başlamışdır. Əgər 2006-2007-ci illərdəki orta Azərbaycan ailəsi məhsul seçimində “qiymət” ən vacib kriteriya edisə, bügün eyni gəlir səviyyəli ailə daha çox məhsulun keyfiyyəti, dizayn, onun reputasiyası kimi amillərə diqqət edir. . Azərbaycan istehlakçısı post-sovet ölkələri arasında brend təsirinə ən həssas ölkələrdəndir. Bügün məhsulun bazarda mövqeylənməsi, düzgün məhsul portfeli siyasəti və müştərilərin aldığı məhsuldan məmnuniyyəti uğurun birinci şərtidir. Sadaladığım bu amillər isə brend strateqiyanın atributlarıdır.

Funksiya № 3. Reklam və PR. Təbii ki, marketinqin əsas funsksiyalarından biridə şirkətin üstün tərəfləri barədə müştəriləri düzgün formada marifləndirməkdir. Bu reklam və PR fəaliyyəti ilə mümkündür. Bu funksiya marketinq prosesində bir növ aisberqin görünən tərəfi rolunu oynayır və marketinq fəaliyyətinin ən kreativ, yaradıcı tərəfidir.

Oxşar məqalə: Marketinq Departamenti və Nəzəri Marketinq

şərhlər

şərhlər

1 Comment

  1. Cox maraqli yanashmadir. Goresen bizim marketing bu funksiyalarin hansini edir?! Bizde marketing – reklamdir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close