image_pdfimage_print

Layihə idarəedilməsinin cari idarəetmə ilə əsas fərqi, layihənin hədəfinin, başlanğıc və son nöqtəsinin olmasıdır və bügün Azərbaycan şirkətlərində bu tip idarəetmə metoduna ciddi ehtiyyac vardır. Əslində layihələr bizim gündəlik həyatımızda daim iştirak edir və çox zaman biz heç özümüzdə istəmədən kiminsə apardığı layihənin iştirakçısı və ya layihəmizin meneceri (rəhbəri) oluruq. Siemens şirkətinin mərkəzi ofisində təcrübədə olduğum zaman (München, Almaniya) bir məsələ məni çox təəcübləndirdi: kommersiya blokuna aid bütün strukturlarda cari proseslər ümumi görülən işin cəmi 5-6% təşkil edirdi! Yerdə qalan iş yükü dəqiq olaraq layihələr üzrə bölüşdürülmüşdu. Mən bu yazıda Siemens-ə layihə idarəedilməsi prosesində əhəmiyyət verilən “qızıl üçlük” barədə Sizlərə ümumiləşdirilmiş məlumat verəcəm:

Uğurlu layihə idarəedilməsi 3 vacib amilin üzərində dayanır: hədəf, resurs, vaxt. Bu üç amil layihənin uğurlu və ya uğursuz olmasının göstəricisidir. Bəs bu işlərin praktik həyata keçirilməsi hansı addımlar atılmalıdır?!

TƏYİN ETMƏ. Bu mərhələdə biz konkret olaraq layihəni təyin etməyə çalışırıq. Maliyyə qaynağı, layihənin iştirakçıları, layihənin başlama və təbii olaraq bitmə tarixi. Ən başlıcası biz konkret layihənin səhmdara nə fayda verəcəyi və bu faydanının indikatorları kimi hansı faktorların olacağını təyin etməliyik. Biz elə etməliyik ki, layihədə iştirak edən hər bir fərd ümumi uğurda öz töhvəsinin nədə olduğunu bilsin. İstənilən layihə xırda layihələrin cəmindən ibarətdir bu baxımdan layihə meneceri həm müştəri həmdə icraçı kimi çıxış etməyi bacarmalıdır. Həmçinin bu mərhələdə layihə meneceri baza nəzərət anlayışlarını həm özü, həmdə layihə komandası üçün aydınlaşdırmalıdır.

PLANLAŞDIRMA. Təyin etmə mərhələsindən sonra layihə meneceri mütləq qaydada planlaşdırma prosesinə başlamalıdır. Burada risklərin idərəedilməsi, minimallaşdırılması yolları, hər bir mərhələnin dəqiq təsviri olmalıdır. Layihə başlamamışdan görünən istənilən sual layihə müddətindən özü ilə ən azı 5 əlavə suallar yaradır. Bu baxımdan layihə sənədləri dəqiq işlənilməli və işçi sənədlər konkret hədəfə çatma prosesini mərhələ-mərhələ özündə əks etdirməlidir.

RƏHBƏRLİK. Təbii olaraq istənilən prosesdə olduğu kimi layihə idarəedilməsində də işə bilavasitə rəhbərlik son dərəcə əhəmiyyətlidir. Burada yalnız layihənin uğuruna təsir edən xarici amillər deyil, həmçinin layihə komandasının vaxtında və düzgün işlərinin hıyata keçirmələri, layihə üzvləri arasında vaxtında və düzgün kommunikasiyaların təşkilindən sohbət gedir.

Bu üç məsələ səviyyəsindən, həcmindən asılı olmayaraq bütün biznes layihələrin əsasını təşkil edir və mən düşünürəm hər birimiz üçün iş və ya şəxsi həyatında lazımlıdır.

Biznesinizi (həyatınızı) layihələşdirin!

Maraqlı məqalə: Azərbaycan şirkətlərində reklam siyasəti (1-ci yazı)

 

şərhlər

şərhlər

1 Comment

  1. Razıyam!
    İdeya – İnitsativa – Planlama – İcrahat – Nəzarət – Yekun

    Amma Azərbaycab rellığında qabaqcadan görünməz “ups” lar çox olur.

    Bu layihə meneceri üçün əlavə ciddi çətinliklər törədir.

    Görəsən bu “ups” ları plana daxil etmək olarmi?

    Və ya bir böyük layihəyə başlamazdan əvvəl onun mini maketini hazırlayıb tətbiq etsək alınmış nəticə real vəziyyəti nə dərəcədə əks etdirmiş olur? etdikdən sonra

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close