image_pdfimage_print

Çox zaman iş fəaliyyətimdə çox saylı şirkətlərin (brendlərin) brend-buk adlandırdığı kitabları görürəm. Kitab başdan-axıra qədər məhz loqonun müxtəlif reklam daşıyıcılarında istifadə qaydaları barədə nümünə şəkillərlə dolu olur. Məsələ burasındadır ki, realda göstərilən obrazların heç biri tətbiq edilmir. Brend-buk belə olmalıdırmı?! Bu yazıda mən brend-buk hazırlama üsulları barədə söhbət açacam.

Ümumi olaraq istənilən brend-buk iki vacib məsələni özündə birləşdirməlidir: brendin dəyərləri barədə məlumat və brendin dəyərlərinin müştəriyə vizual çatdırılma yolları. Bu 2 əsas məsələnin üzərində dayanaq.

Brendin dəyərləri. İstənilən düzgün hazırlanmış brendbukun birinci hissəsində, brendin mahiyyəti, fəlsəfəsi, identifikasiyası, müştəriyə verdiyi dəyərlər, sərhədləri (corafi mə kateqoriyaya görə) əks etdirilməlidir. Brend-bukun birincə hissəsində mütləq qaydada aşağıdakı fəsillər olmalıdır:

  • Brendin mahiyyəti. Burada biz konkret olaraq brendimizin əsas mahiyyətini qısaca olaraq müştərilərə çatdırılacaq şəkildə göstəririk. Nəzərə almaq lazımdır ki, brendin mahiyyəti sloqan deyil. Əgər brend hər kampaniyada sloqanını dəyişirsə, brendin mahiyyəti yalnız rebrendinq nəticəsində dəyişə bilər;
  • Brendin identifikasiyası. Burada biz brendimizin əsas identifikasiya edilə biləcək elementləri barədə söhbət aparmalıyıq;
  • Müştəriyə verdiyi dəyərlər. Bu hissədə brendimiz müştəriləri hansı dəyərlər vəd etdiyi barədə konkret cümlələrlə informasiya verilməlidir. Əsasən brendin funksional, emosional və özünü ifadə olaraq dəyərlər göstərilir.
  • Brendin sərhədi. Burada biz brendimizin hansı məhsul kateqoriyasında fəaliyyət göstərdiyini və gələcəkdə hansı corafi bazarlar ola biləcək barədə məlumat verilməlidir.

Brendin dəyərlərinin vizual ifadəsi. Burada biz loqomuzun istifadə qaydaları barədə ətraflı məlumat veririk. Loqomuzun tək fonda, bir rəngli, TV-filmlərin sonluğunda, küçə reklamlarında bir sözlə loqonun bütün vəziyyətlərdə istifadə qaydaları göstərilir. Nəzərə almaq lazımdır brend-bukun bu hissəsində çox sərt standartlar qoymaq məsləhət deyil. Bu gələcəkdə brendin vizual elastikliyini azalda bilər. Brend tez köhnələr.

Brend-buk brend idarəetmənin ən vacib şərtlərindən biridir. Brend menecerin ən vacib silahı məhz brend-bukdur. Məhz buna görə bir çox şirkətlər brend-buk sözü, brend konstitutsiya ilə əvəz edilir.

Maraqlı məqalə: Milli brend necə yaradaq?!

şərhlər

şərhlər

2 Comments

  1. Ilkin Manafov, Embawood`un brendbuk`undan razisinizmi?

  2. Islam razi olmadigim gunun sehere brendbuku deyiseceyik! Adam oz isinden razi deyilse ve bunu deyismirse… bu pis haldir! (yumsag desek)))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close