image_pdfimage_print

Fəxri Ağayevin yeni yaratdığı bloqu oxuduqdan sonra bu yazını yazmağa gərara gəldim. Sayt çox faydalıdır və hər bir sağlamlığını düşünən adam üçün yararlı məlumatlarla doludur. Bugün Azərbaycanda sağlamlıq yavaş-yavaş həyat tərzinə çevrilir və gələcəkdə ən aktual məsələlərin birinə olması gözlənilir.

Cəmiyyət inkişaf etdikcə insanların ehtiyyacları dəyişir və yeni-yeni istehlakçı trendləri meydana gəlir. Bələ trendlərin ən geniş inkişafa təsir edənlərdən biridə sağlam həyatdır. Sağlam həyat və marketinq haqda söhbətə keçməzdən əvvəl düşünürım ki, biz marketinqi emosional etməliyik bunun üçündə təbii olaraq ölkədə, cəmiyyətdə olan trendlərdən istifadə etmək vacibdir.

Bugün Azərbaycan şirkətləri “eko” sözündən istifadə etməyə başlamışlar. Bu istiqamətdə Embawood-un keçirdiyi “Formaldegidə yox deyək” kampaniyası cəmiyyətdə mebel alışlarında ekolojilik amilini aşıladı. Keçirilən sorğulara görə insanlar mebel seçimində ekolojilik amilinə diqqət etməyə başlamışlar Emba burada ilklərdən olduğu üçün bazarda özünü Ekoloji təmiz mebel kimi mövqeyləndirdi.

Mətanət – A şirkəti öz reklam və kommunikasiya siyasətindən ciddi istifadə edir. Attılan addımlar brend bazarda olan yeni nişanı tutmağa çalışır.

Beynalxalq təcrübədə bu “eko” sözündən demək olar ki, bütün qlobal brendlər istifadə edir. Bütün bunlar bizə əminlik yaradır ki, marketinqdə sağlamlıq trendinin üzərində marketiqn fəaliyyətinin təşkil edilməsi vaxtı gəlib çatmışdır və marketoloqlar bundan ciddi istifadə etməlidirlər.

Son olaraq iri avtomobil konsernləri belə ekolojilik amilini birinci yere qaldırırlar.

Sizlərlə aşağıdakı nəticələri bölüşmək istəyirəm:

  • Brendin güclənməsi üçün istehlakçı dəyərlərini tapmaq lazımdır, bunun ən sadə yolu cəmiyyətdə baş verən trendlərin öyrənilməsidir;
  • Marketinq trendləri təyin etməklə istehlakçı ilə bir dildə danışa bilər və brendi daim cavan saxlayar;
  • Hər il marketinq fəaliyyətini bir trendlə bağlamaq çox vacibdir, belə olduqda kommunikasiyalarınız daha aktual  və təsirli olacaq.

Hesab edirəm ki, sağlam həyat tez bir zamanda ən aktual həyat prinsiplərində birinə çevriləcək.

Maraqlı yazı: Google ofisində 2 gün

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close