image_pdfimage_print

Son vaxtlar Türkiyədə tez-tez ezamiyyətlərdə oluram və bu ölkənin (qardaş ölkənin) iqtisadi cəhətdən gündən-günə necə inkişaf etdiyini görürəm. Maraqlı məqəm burasındadır ki, proses bütün iqtisadi sektorlar üzrə gedir, istər xidmət, istər istehsal, istərsədə pərakəndəçilikdə olan türk şirkətlərinin inkişaf templəri göz doldurur. Mən bu yazıda türk iqtisadiyyatının inkişaf səbəbləri haqda fikirlərimi Sizlərlə bölüşəcəm.

Son illərdə Avropanın ən tez böyüyən ölkəsi olan Türkiyənin uğur səbəbləri nələrdir?

Səbəb № 1. Dövlət dəstəyi. Türkiyədə dövlətin sahibkarlara göstərdiyi dəstək bügün sözün həqiqi mənasında çox böyükdür. İstər yeni yaranan şirkətlərin dəstəklənməsi, istər ixracın təşviq edilməsi, istərsədə ümumi biznesin inkişafı üçün görülən işləri aşağıdakı kimi qruplaşdırmaq olar:

  • İxracatın təşviqi. Türkiyədə ixracla məşğul olan şirkətlər üçün dövlər sistemli şəkildə dəstək verici tədbirlər həyata keçirir, mən bunların bir qismi barədə məlumat verəcəm. Türkiyə sefirlikləri sektorlar üzrə bazar araşdırmaları həyata keçirir.  Öz təcrübəmdən Sizə deyim ki, hansısa yeni ölkə haqqında təhlilə başlayanda ilk informasiya qaynağım məhz türk səfirliklərinin araşdırmaları olur.  Türkiyədə istehsal edilmiş məhsulu, türk brendi olaraq satan şirkətlərə dövlət reklam xərclərinin bir hissəsini (böyük hissəsini) öz öhdəsinə götürür. Bəzi hallarda bu dəstək sektorlara görə 80%-a qədər qalxa bilər.
  • Sektorlar üzrə dərnəklərin yaradılması. Ölkədə konkret sektorların ümumi gücünün artırılması və beynalxalq rəqabətli olması üçün dövlət böyük şirkətlərin koalisiyasını təşviq edir. Bələ dərnəklər şirkətlərin birləşməsi və öz aralarında təcrübə mübadiləsini tezləşdirir, effektivliyini artırır.
  • Ölkədə innovasiyaya dəstək. Əgər bir vaxtlar türk şirkətləri alman biznes modelini kopyalamaqla iş qururdularsa, bügün artıq yeni biznes modellər know-how burada yaranır. Bu əsəs səbəbkarı isə məhz dövlətin apardığı makro fəaliyyətdir. Yalnız 2011-ci Türkiyyədə Biznesdə innovasiyanın tətbiqi mövzusunda 9 , keyfiyyət idarəedilməsi və biznes proseslərlə bağlı 8 beynalxalq konfrans təşkil edilmişdir!

Səbəb № 2. Türk işgüzarlığı. Türk iqtisadiyyatının inkişaf templərinin digər səbəbi işgüzarlıqdır. Dünən İMOB sərgisində stendləri gəzirdim və türk iş adamlarının nə qədər işgüzar, nə qədər biznesinə hakim olduğunun bir daha şahidi oldum. Məncə bügün dünyada türklər qədər işləyən millət yoxdur! Praktik zəka və yorulmaz enerjiyə sahib türk iş adamları Avropa bazarlarını addım-addım fəth edirlər.

Səbəb № 3. Qarşılıqlı dəstək. Yəqin ki, dünyanın istənilən yerində türk biznesi var və maraqlı məqəm budur ki, hemən ölkədə olan türk yalnız o xidmətlərdən istifadə edir. Bir yaxın türk dostum var edi, Azərbaycandan özünü nootbuk almağı 4 ay ləngitdi və yalnız Türkiyədən aldı. Belə hallar yüzlərlədir və əsası odur ki, yaşadığı ölkədən asılı olmayaraq türk vətəndaşı türk markasına qarşı böyük sevqi və hörmətlə yanaşır. Bir statistika verim, türkiyənin ən çox mebel ixrac etdiyi ölkə Almaniyadır. Bu mebelin 90% məhz orda yaşayan türklər alırlar…

Belə misallar minlərlə çekmək olar. Bu yazıda demək istədiyim əsas məqəm odur ki, Azərbaycan biznesi Türkiyədən öyrənəcəyi çox şey var və biz bu prosesi sürətli templərlə keçməliyik.

Oxşar məqalə: Alman İqtisadi Gücünün Sirri

şərhlər

şərhlər

1 Comment

  1. Bizde Turkler kimi oz mallarmiza prioritet vermeliyik. Cox ela tehlil olunub dunyanin harasinda olurlarsa olsunlar yene oz mallarina ustunluk verirler. Eger biz Azerbaycan-lilarda oz istehsalimiza onem versek nece min aileye corek vermis oluruq. Duzdur bir coxlari keyfiyyeti esas goturur. Amma bir zamanlar Yaponlarin istehsal etdikleri mallar bir cox gostericilere gore Amerika-dan geri qalirdi. Amma buna baxmayaraq Yapon istehlakcilari oz istehsalindan olani alirdi. Buda sonda oz sirketlerine sermaye kimi deyerlendi.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close