image_pdfimage_print

Bügün heç kim şübhə etmir ki, uğurlu biznes qurmaq üçün ən vacib biliklərdən biridə marketinqdir. Əslində marketinq və maliyyə bilikləri şirkətin corafi yerləşməsindən, fəaliyyət göstərdiyi kateqoriyadan (yəni nə satır və ya nə xidmət göstərir), müştəri tipindən və işin həcmindən asılı olmayaraq nəyin ki vacibdir hətta həyatı əhəmiyyətlidir. Əgər 1990-cı və 2000-ci illərdə sadəcə çalışqan olmaqla iş qurulurdusa bügün artıq Azərbaycanda marketinqi bilmədən işləmək mümkün deyil. Bəs marketinqi bilmək üçün hansı təcrübə daha səmərəlidir?

Marketinq sahəsində aldığım təcrübələri nəzərə alaraq düşünürəm ki, marketinqi dərindən öyrənmək üçün xarici ölkələrdə iş təcrübəsi son dərəcə vacibdir. Fikirlərimi bir neçə misalla əsaslandıracam:

  • Bügün uğurlu biznes “yeni velosiped icad etmək” deyil, işləyən mexanizmin adaptasiyasını yerli şəraitlərə uyğunlaşdırmaqdır. Məsələn İKEA öz biznes konsepsiyasını WallMartdan, Ford avtomobil istehsalı prinsiplərini meyvə-tərəvəz mağazasından götürmüşdür. Yeni biznes açmaq üçün dünya görüşü həyatı əhəmiyyətlidir. Məsələn bügün Avropada olan proseslərin dərinliyini başa düşən adam, eyni işi Azərbaycan şəraitinə uyğunlaşdıraraq böyük mənfəət əldə edə bilər. Yadda saxlamaq lazımdır ki, ən gözəl yenilik, unudulmuş keçmişdir!
  • Xarici ölkələrdə iş təcrübəsi olan marketoloq asanlıqla boş seqmentləri tapa bilir, çünki bügün ölkələrin mentaliteti müxtəlif bir-birilərindən tamamiylə fərqli seqmentləri yaradır. “Gözü acıq” marketoloq bundan düzgün istifadə edərək eyni məhsul və ya xidmətin fərqli yollarla mövqeylənməsini edə bilər.
  • Xaricdə iş təcrübəsi olan şəxs həyata daha “tam nəzərlə” baxa bilir, çünki o başa düşür ki Azərbaycan bazarı konkret ölkələrlə nəyi ilə fərqlənir.
  • Xarici iş təcrübəsi insanın şəxsi fəlsəfəsinin yaranmasına və inkişaf etməsinə xidmət edir. “Çox yaşayan və ya çox oxuyan çox bilməz, çox gəzən çox bilər” misalı təsadüfi deyil. Bügün dünyada yenilik templəri keçən illərə görə daha sürətlə və dinamik həyata keçir və qloballaşma gündən-günə ölkələr arasında olan sərhədləri zəiflədir. Xarici iş təcrübəsi olan marketoloq özünü yerli kadrlarla deyil, xarici marketoloqlarla müqayisə edə bilir. Bu şəxsin həyat fəlsəfəsinə təsir edir və bu fəlsəfəni dahada dərinləşdirir. Xarici iş təcrübəsi olmayan marketoloqun menecer kimi çalışması çox çətindir, çünki bügün insanların idarəedilməsi üçün informasiyanın çoxluğu vacibdir.

Sonda qeyd etmək istəyirəm ki, mənim marketoloq təcrübəmdə Rusiyada çalışdığım bir il və digər MDB və yaxın xaric ölkələrində iş təcrübəm böyük təkan vermişdir. Bu təcrübə insana müştəriləri və onların ehtiyyaclarını təyin etmək üçün çox vacibdir.

Bunlarıda oxuyun: Marketinq müsahibə

Mövzuya yaxın yazı: Marketinq Departamenti və Nəzəri Marketinq

şərhlər

şərhlər

6 Comments

  1. İlkin bəy, sizin marketoloq kimi inkişafınızda Rusiyada və digər ölkələrdə təcrübənizin müsbət təsiri olması fikri ilə tam razıyam. Amma bu, əksini fərz etmək üçün yetərli arqument deyil məncə. Götürək Türkiyəni. Orda hansısa şirkətin marketinq direktoru xaricdə işləməyibsə, ona demək olar ki, siz marketinqi dərindən öyrənməmisiniz? Elə Azərbaycan bazarında the kifayət qədər marketinq menecerləri tanıyıram ki, xaricdə işləməyiblər, amma heç də geri qalmırlar. Və ya şirkət rəhbərləri var ki, marketinqi nəzəri və praktiki olaraq kifayət qədər gözəl bilirlər.

    • Bilirsiz Anar sohbet konkret xarici is tecrubesinden gedir. Meselen Turkiyede isleyen Marketinq direktoru (meselen) PG, Unilever ve ya diger beynalxalg sirketde islemeyibse o bunu eden diger adamlarla mugayisede daha zeif nogtede olacag. Demek istediyim budur ki, beynalxalq tecrube marketinq ucun cox vacibdir!

    • Əgər "follower" olmaq istəyəcəksə, əlbəttə, bunu həmin strategiyanın orijinal icraçıları ilə müqayisədə zəif edəcək. Amma, bu da o demək deyil ki, həmin marketinq direktoru Unilever-in marketing direktorundan yaxşı ola bilməz. Xarici təcrübə, əlbəttə, müsbət haldır, yalnız faydası ola bilər. Amma "olmazsa olmaz" deyil. "Marketinq direktoru olmaq üçün vacibdir" demək bir az abartılıdır məncə.

    • Anar Bayramov men sirket sahibleri (hemde CEO kimi isleyen) taniyiram (mldr. dovriyyeli) umumiyyetli ali tehsili yoxdur! Sİzce burda demek olar ali tehsil CEO lazim deyil. Beynalxalq tecrube marketinq direktorunun ister sexsiyyet, istersede professional kimi yetismeyinde komek edir, bununla razisiniz? Elbetde beynalxalq tecrube olmadan – Marketinq Direktoru olmaq olmaz deye bir sey ola bilmez! Eyni seyden danisirig mence!))

    • Mən də qeyd etmişəm ki, kömək edir, amma vacib deyil. Sizin dediyiniz "CEO"ları da CEO hesab etmirəm, bu mövzuya onların aidiyyatı ola bilməz.:)) O qədər alverçilər tanıyıram ki, milyard dövriyyəli şirkətə sahiblik edirlər və CEO kimi təqdim edirlər özlərini :)))

  2. Tamamile raziyam!
    Ferqi hiss etmek, kutleni gormek, trend ve tendensiyani gormek chox vacibdir.
    Beynelxalq tecrube komeyi ile sen bunlara en ust seviyede nail ola bilirsen.
    Ferq muqaisede bilinir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close