image_pdfimage_print

Bügün hər yerdə Facebook, YouTube, Linkedin, bloqlar və ya digər yeni media (New Media) daşıyıcılarından danışanda insanlar bunu sevinclə, gələcəyə inamla qarşılayırlar. Bir növ adlarını çekdiyim vasitələr bizim həyatımızı daha asanlaşdırır. Həqiqətəndə bu belədirmi, doğurdandamı yeni medialar bizi “ağ günə” çıxaracaq?! Məncə YOX!!! Bilirsiz niyə?!

Bir vaxtlar hansısa bir məlumat verildiyi zaman, mütləq harasa istinad edilməli edi, bir vaxtlar qəzetlərdə yazılanlar doğru kimi gündəmə gəlirdi, çünki yazılan hər bir cümlənin arxasında ciddi araşdırmalar dayanırdı. Muasir dövrdə hansısa bloqqerin və ya facebook-a şərhçinin fikri cəmiyyətə mütəxəssis rəyindən daha çox təsir edir. Bu cəmiyyətimizdə culture of free anlayışının ikinci mənasının ortaya çıxmasına gətirib çıxarır. Əgər bir vaxtlar culture of free – özünü ifadə etmək mədəniyyəti kimi qəbul edilirdisə, bügün bu anlayış havayı (müftə) mədəniyyət səviyyəsindədir. Fikrimi bir neçə faktlarla əsaslandıracam.

  1. Yeni medialar incəsənəti məhv edir. Muasir dövrdə eşidilmək gündən-günə çətinləşir. Rəssəmlar, bəstəkarlar öz əsərlərinin marketoloqları kimi işləyirlər. Bügün gözəl fotoqraf olmaq azdır, bügün səhifəni ən 20000 nəfər “like” etməsi vacibdir ki, səni cəmiyyət qəbul etsin. Bügün gözəl əsər yazmaq azdır, bügün bloqunda RSS sistemində oxuyanlarının sayı vacibdir. Siz düşünürsünüz ki, Van Qonq, Rembrant və ya elə bizim Nizami Gəncəvi muasir dövrdə işləyə bilərdi?! Axı onların heç biri öz sənətinin marketoloqu ola bilməz…
  2. Yeni medialar bizi qəfəsə salır.  Oxuduğum jurnalların birində facebook-a girən adamların 85% çoxunun məqsədi informasiya mübadiləsi olduğu sübüt edilirdi. Biz yeni medialardan gündəlik həyatımızda gərarlar vermək üçün informasiya mənbəyi kimi baxırıq, nəticədə bizə yalnız konkret filtirdən keçmiş informasiyalar gəlir. Əgər Siz informasiyaları öz şəxsi facebook səhfəsindən alırsınızsa, bu yalnız Sizin yaratdığınız “dünya” haqda məlumat olacaq. Bu istənilən senzuradan daha təsirli və təhlükəlidir, insanlar kiçik qruplara bölünür və cəmiyyətdən təcrid olunurlar. Təsadüfi deyil, ki Sizin facebook səhfənizdə yazdığınız fikirlə çoxları razılaşır, unutmayın Sizin səhfənizi həmfikirlər oxuyur. Ənənəvi mediadan isə insanlar cəmiyyətdə gedən proseslər barədə dəqiq informasiya alırlar. Bu məlumatları biz seçmirik, lakin bu məlumatlar yaşadığımız gündəm barədə bizə məlumat verir. Məsələn, Siz şahmatı sevməyə bilərsiniz, lakin Siz bilməlisiniz ki bügün şahmat üzrə dünya çempionu kimdir və s.
  3. Yeni medialar “düşüncəsiz kütlə” məntiqi yaradır. Bügün facebook-a qoyduğumuz növbəti like və hansısa bir informasiya ilə bölüşərək biz özümüzdə bilmədən kütləyə qoşuluruq. Təsadüfi deyil ki, bügün bir çox siyasi inqilabların kökü məhz sosial medialardan başlayır. Burada şahə yaymaq, kompetent dərəcəsi aşağı informasiyalarla bölüşmək asanddır, burada əsl kütlə məntiqi işləyir və s.

Yeni medialar haqqında 10-la belə neqativ faktlar getirmək olar. Maraqlı məqəm burasındadir ki, texnoloqiyanın vətəni hesab edilən ABŞ-a artıq bu yazılanları qəbul edən çoxsaylı insanlar formalaşıb. Facebook səhfəsini pozan, i-phon, i-pad istifadə etməyən gənclərin sayı gündən-günə çoxalır.

Mövzu haqda məncə düşünməyə dəyər…

Sosial şəbəkələr marketinqin güclü silahı

Marketinq haqda müsahibə – biznesinfo.az

şərhlər

şərhlər

11 Comments

  1. Mence sosial sebekeler bize lazimdir, yazdigimi bele esaslandirmaga calisim.

    1. event management ve ya planner kimi evez olunmaz rol oynayirlar.
    2. muxtelif resurslari bir yere toplayirlar ve milyonlarca linklerin arasida itib batmaqdan xilas edirler.
    3. Komputersiz tesvir oluna bilmeyen muasir dovrdeki bu veziyyeti normal sayarsaq eger o zaman azad fikir yaratmaga ve sosial heyati inkishaf etmeye sherait yaradirlar.

  2. lazimdir… amma zererle effektler var bunlardan gacmag lazimdir. Komputer insanlari yaxinlasdirir ya uzadir?! Bir vaxtlar Skype hamini sevindirirdi, insanlar xosbext ediler ki uzagdaki yaxinlarini gore bilirler… amma bugun Skype tebii gorusmelerin alternativi kimi cixis edir bu yaxsidir?! Bugun insanlar facebook-a ola hansisa hadiseye like goyur… bu likalamag bizi ucuruma aparmaz insallah! Ozun movzudur… sosial sebekeler yaxsidir amma her seyin gederi var. Ifratcilig olmaz!

  3. Qismen raziyam… Razi oldugum terefler " kutle" ve real heyatdan uzaglasdirmag meselesi…

    • Cebrayil muellim bu fikre men bir menali cavab gozlemirem. Biz riyaziyyatci deyilik ki 2+2=5 olsun))) Amma bu fikirler facebook SWOT analizinde lazim olacag!!!))

    • Muellif niye narahat olur ki, Van Qonq, Rembrant və ya elə bizim Nizami Gəncəvinin facebook sehifesi ya da twitter hesabi olsaydi milyonlarca beyeneni ya da takipcisi olurdu, you tube-da da tiklanma rekorlari kirarlardi…. )))))))

    • Lale Dilanova bilirsiz… eslinde kash ki Siz dediyiniz kimi olsun, amma kutle mentigi inceseneti zerbe vurur. Meselen Van Qonqu sagliginda basa dusen olmamisdi…. menim dediyim bugun ki sosial sebekeler ixtisasli mutexesis fikirlerini mehv edir. Artig onlari dinleyen yoxdur, evezine "Like'-ar danisir. Nizami yaxsi marketoloq olmali ediki yeterli "Like" yigsin))

  4. Dunyada her sheyin yaxshi ve pis terefleri oldugu kimi sosial shebekelerin de yaxshi ve pis terefleri vardir. Amma esas yaxshinin pisden yuxarida olmasidir. Mence sosial shebekelrin yaxshi terefleri pisden yuxarida dayanir.

  5. Mətbəx bıçağı istifadəçısinin əlində dadlı incəsənət əsəri yaratmağa kömək edən alət də ola bilər, qətl aləri də ola bilər.
    İnsanın özündən aslıdır.

  6. Ilkin hardasa seninle raziyam,amma dusunurem ki,hazirda sosial shebeke heyatimizda cox onemli yer tutur.En azindan ona gore ki,belke gundelik heyatda danismaga ve gorusmeye vaxt tapmadigimizi behane edib elaqe qurmadigimiz insanlarla mehz sebekede elaqe yaradir ve hal-ehval tuturuq..Xususile xarici dovletde yasayanlar ucun Vetendeki dostlarla ve diger xarici dostlarla elaqenin en asan yoludur.

  7. Mənim fikrimcə facebook u həddən artıq istifadə edərək qızıl dəqiqələrmizi boşa xərcləyirik . Unuduruq ki , boşa keçən hər saniyə bizə həm mənəvi həmdə maddi zərbə vurur .Xüsusi ilə işsizlərin orada boş vaxt keçirməklərini anlaya bilmirəm .
    Ondansa CV yazıb hansısa təşkilata ya poçt ya da internet resursları vasitəsi ilə göndərmələrini məsləhət görürəm .
    Çox şükür ki ,
    http://www.boss.az
    http://www.ishbook.com
    http://www.birinde.az kimi saytlar , girin cv nizi göndərin .

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close