Bizə facebook lazımdır?

Bügün hər yerdə Facebook, YouTube, Linkedin, bloqlar və ya digər yeni media (New Media) daşıyıcılarından danışanda insanlar bunu sevinclə, gələcəyə inamla qarşılayırlar. Bir növ adlarını çekdiyim vasitələr bizim həyatımızı daha asanlaşdırır. Həqiqətəndə bu belədirmi, doğurdandamı yeni medialar bizi “ağ günə” çıxaracaq?! Məncə YOX!!! Bilirsiz niyə?!

Bir vaxtlar hansısa bir məlumat verildiyi zaman, mütləq harasa istinad edilməli edi, bir vaxtlar qəzetlərdə yazılanlar doğru kimi gündəmə gəlirdi, çünki yazılan hər bir cümlənin arxasında ciddi araşdırmalar dayanırdı. Muasir dövrdə hansısa bloqqerin və ya facebook-a şərhçinin fikri cəmiyyətə mütəxəssis rəyindən daha çox təsir edir. Bu cəmiyyətimizdə culture of free anlayışının ikinci mənasının ortaya çıxmasına gətirib çıxarır. Əgər bir vaxtlar culture of free – özünü ifadə etmək mədəniyyəti kimi qəbul edilirdisə, bügün bu anlayış havayı (müftə) mədəniyyət səviyyəsindədir. Fikrimi bir neçə faktlarla əsaslandıracam.

  1. Yeni medialar incəsənəti məhv edir. Muasir dövrdə eşidilmək gündən-günə çətinləşir. Rəssəmlar, bəstəkarlar öz əsərlərinin marketoloqları kimi işləyirlər. Bügün gözəl fotoqraf olmaq azdır, bügün səhifəni ən 20000 nəfər “like” etməsi vacibdir ki, səni cəmiyyət qəbul etsin. Bügün gözəl əsər yazmaq azdır, bügün bloqunda RSS sistemində oxuyanlarının sayı vacibdir. Siz düşünürsünüz ki, Van Qonq, Rembrant və ya elə bizim Nizami Gəncəvi muasir dövrdə işləyə bilərdi?! Axı onların heç biri öz sənətinin marketoloqu ola bilməz…
  2. Yeni medialar bizi qəfəsə salır.  Oxuduğum jurnalların birində facebook-a girən adamların 85% çoxunun məqsədi informasiya mübadiləsi olduğu sübüt edilirdi. Biz yeni medialardan gündəlik həyatımızda gərarlar vermək üçün informasiya mənbəyi kimi baxırıq, nəticədə bizə yalnız konkret filtirdən keçmiş informasiyalar gəlir. Əgər Siz informasiyaları öz şəxsi facebook səhfəsindən alırsınızsa, bu yalnız Sizin yaratdığınız “dünya” haqda məlumat olacaq. Bu istənilən senzuradan daha təsirli və təhlükəlidir, insanlar kiçik qruplara bölünür və cəmiyyətdən təcrid olunurlar. Təsadüfi deyil, ki Sizin facebook səhfənizdə yazdığınız fikirlə çoxları razılaşır, unutmayın Sizin səhfənizi həmfikirlər oxuyur. Ənənəvi mediadan isə insanlar cəmiyyətdə gedən proseslər barədə dəqiq informasiya alırlar. Bu məlumatları biz seçmirik, lakin bu məlumatlar yaşadığımız gündəm barədə bizə məlumat verir. Məsələn, Siz şahmatı sevməyə bilərsiniz, lakin Siz bilməlisiniz ki bügün şahmat üzrə dünya çempionu kimdir və s.
  3. Yeni medialar “düşüncəsiz kütlə” məntiqi yaradır. Bügün facebook-a qoyduğumuz növbəti like və hansısa bir informasiya ilə bölüşərək biz özümüzdə bilmədən kütləyə qoşuluruq. Təsadüfi deyil ki, bügün bir çox siyasi inqilabların kökü məhz sosial medialardan başlayır. Burada şahə yaymaq, kompetent dərəcəsi aşağı informasiyalarla bölüşmək asanddır, burada əsl kütlə məntiqi işləyir və s.

Yeni medialar haqqında 10-la belə neqativ faktlar getirmək olar. Maraqlı məqəm burasındadir ki, texnoloqiyanın vətəni hesab edilən ABŞ-a artıq bu yazılanları qəbul edən çoxsaylı insanlar formalaşıb. Facebook səhfəsini pozan, i-phon, i-pad istifadə etməyən gənclərin sayı gündən-günə çoxalır.

Mövzu haqda məncə düşünməyə dəyər…

Sosial şəbəkələr marketinqin güclü silahı

Marketinq haqda müsahibə – biznesinfo.az