image_pdfimage_print

Mən əminəm ki, bugün çoxlarınız yaxın gələcəkdə öz biznesinizin qurulması barədə düşünürsüz. Təbii ki, biznesə sahib olmaq çox vacibdir: insan maddi və mənəvi cəhətdən sərbəst olur, öz həyatını düzgün planlaya bilir, boş-boş işlərlə məşğul olmur və s. və ilaxir. Bu yazıda mən öz biznesini qurmaq üçün nə etmək lazımdır haqda deyil, “necə etsən heç vaxt biznes sahibi olmayacaqsan?” sualına cavab vermək üçün təcrübəmdə gördüyüm və əmin olduğum məsələlər barədə danışacam.

Beləliklə, insan necə düşünməlidir ki, heç vaxt biznesi olmasın?! Əslində bu sualın cavabları çoxdur, lakin mən bu sualın ən “ölümcül” bildiyim 4 cavabı barədə yazacam! Qalanları Siz xatırlayarsınız məncə.

Birinci yol. Mən hələ cavanam. Bu sözü biznes qurmaq istəyən gənclərin çoxları düşünür. Çox zaman cavan adam hansısa yeni bir biznes ideya ilə valideynlərinə, qohumlara və ya dostlarına müraciət edir. Bəzən son dərəcə parlaq biznes ideyalar valideynlərin (və ya dost, qohumların): “ay bala hələ uşaqsan, sən hələ Universiteti bitir, sonra əsgərliyə get, sonra maqistratura, sonra aspirantura və s. ” deyə cababları ilə məhv olur. Bügün ən böyük milyonçular ilk işlərini məhz gənc yaşlarında qurublar və uğurlu biznes üçün yaş əhəmiyyət kəsb etmir. Biznesmen olmaq yaşdan, təhsildən asılı deyil, bunun üçün sadəcə təşəbbüskar olmaq və buna inanmaq lazımdır.

İkinci yol. Allaha min şükür hər şeyimiz var. Hərdən hansısa biznes qurmaq istədiyiniz zaman “mənim hər şeyim var, mənə biznes nəyə lazımdır?” düşüncəsi insanın ağlına gəlir. “Hər şey” məfhumü təbii ki subyektiv yanaşmadır, lakin həyatda “hər şeyim var” deyə düşünən adamlardan qorxmaq lazımdır… Həyatda heç vaxt hədəfsiz yaşamaq olmaz və insanı ucaldan onun sabaha baxışları və hədəfləridir.

Üçüncü yol. Adamın olmasa heç bir iş qura bilməzsən. Bügün Azərbaycanda ən aktual (təəssüf ki) biznes qurmaq maneyəsidir və məsələ burasındadır ki bu sadəcə psixoloji bir baryerdir. İş qurmaq istəyən, öz biznesini (söhbət xırda biznesdən gedir) qurmaq üçün bügün Azərbaycanda çox saylı boşluqlar var. Ən azından xidmət, ticarət və onlayn (internet) sektorlarda uğurlu iş qurmaq mümkündür. Bu psixoloqiya ilə düşünən adamlar ölkədə istənilən dəyişikliklər baş verdiyi halda iş sahibi ola bilməyəcək. Çox qorxulu tendensiyadır…

Dördüncü yol. Əşşi iş qurmaq üçün gərək pul olsun. Əlbəttə iş qurmaq üçün pul lazımdır, lakin nə qədər pul və ya sadəcə pulla biznes sahibi olmaq mümkündürmü? Qətiyyən yox! Uğurlu biznesmenlərin ilkin kapital toplama prosesini təhlil edin və görəcəksiniz ki, heç bir bügünki milyonçunun ilkin kapitalı kifayət qədər olmayıb! Ola da bilməz, biznes qurmağın 3 şərti var və burada pul bu şərtlərin çox cüzi bir hissəsidir. Təkrar edirəm biznesmen olmaq üçün pul yox, təşəbbüskarlıq və iradə lazımdır, uğurlu biznes qurmaq üçün isə pul (kapital) deyil, bazar və ideya olmalıdır.

Sonda bir söz də deyim, biznesmen olmamaq üçün bir şərt də var: böyük bizneslərdən başlamaq, yəni ömründə bir 10 kv.m. yerdə satış etməyən adamın ticarət mərkəzi tikmə arzusu… çox təhlükəlidir)))

Hamınıza uğurlu və bol qazanclı bizneslər arzu edirəm!

UĞURLU BİZNESİN 3 SİRRİ

Türk biznesinin uğur səbəbləri

şərhlər

şərhlər

26 Comments

  1. Maraqli yazidir.
    Eger oz biznesiniz varsa, shexsi heyatinizdan ve ya movzuyla bagli bashqa misallar cekmenizi isteyerdim.
    Teshekkurler…

  2. Maraqlı məqalələr var. Biznes ideyalar olsaydı, dahada maraqlı olardı (xırda biznes)

  3. Marketinq mutexessisi

    • istiyerdim marketinqin sirlerini sirf bir meqaleniz olardi.men marketinqem xahis etsem mene bu sahede komey ede bilersiz Ilkin muellim?

      • Sehriyar marketinqin sirleri umumi olaraq bu bloqun movzusudur. Tebii ki, men burada marketinq haqqinda real ish tecrubesinde gorudyum ishler barede melumat verirem. Sizin ucun faydalidirsa bu meni cox sevindirir.

        Elbetde komek ede bilerem (elimden gelen geder). Buyurus ne sualliniz olsa yaza bilersiniz.
        Ugurlar!

  4. Salam biznes qurmaq ucun heqiqeten pul lazimdi meselen menim cox yaxsi ideyalarim var hem de komandam var ama 3 milyon manat pul lazimdi. men indi neyneye bilerem? fikrinizi bildirseniz cox sevinerem

    • Gucunuz neye catirsa onu edin… 3 milyon biznes sahibi olmaq ucun gerek Sizin en azi elinizde biznesden gazanilmish 2 milyon olsun!) Bashga sozle desek ideyaniz Sizin veziyyetinize adekvat deyil… bugun ideyanin deyeri cox ashagidir… esas biznesde icra gabiliyyetidir. Yazida dediyimiz kimi 10 kv.m. yer ishletmeyen dostumuz ticaret merkezi gura bilmez!

  5. Salam, umumiyyetle dunya praktikasi ve yerli numuneler subut etmisdi ki, Biznes acamq ve ya biznesmen olmaq ucun ilk olaraq pul yox Goreceyin isi cox gozel bilmelisen.

  6. 3milyon manati ele deyirsinizki ele bil 3 min manat deyirsiniz

  7. mende biznesemen olmaq isteyirem ancaq istiyiremkiboyuk biznesem isinde isleyen isnalarin yanida islyim bele biznesmen omaq olur (xais cavab yazin)

  8. sizin seminarlar olurmu ilkin bey?

  9. COX GOZEL VE GUNDEMDE OLAN BIR YAZIDIR.BIZNESMEN OLMAQ NESE IS QURMAQ GELCEYINE GUN AGLAMAQ YAXSI PLANDIR.NESE IW GORMEK ISTEYEN 1CI ETRAFINDAKI PUL YIYEN TANWDARDAN UZAG OLMALI 2CI HEMWE ALLAHDAN NESE ISTEYENDE TEK OZUYCUN YOX ( ALLAHIM SEN ELE BIR VEZYETE GETIRKI MENI,MEN KIMESE EL TUTA BILIM ) 3CU ETRAFINDA SEVIYELI INSANLARANNAN DIALOQ QURMALIDIR KI.NESE OYRENSIN DANWGNI BILMIYEN OZUNU IDARE ELIYE BILMIYEN ADAMLARDAN UZAG DURMALIDI.MEN HEMIWE OZUMNNEN YAWCA BOYUY INSANLARNNAN OTUR DUR ELYREM VE ADETEN BU SOZDERNEN RASTLAWRAMKI HARDASA 40 YAWINDA BIR ADAM DEYIR VAXTIMDA AGLIM OLMADIYEE KAS FILAN WEY BELE ELYERDIM.ONA GORE INDIDEN DVIJENYA ELEMK LAZIMDIRKI HEMEN 40 YAWA CATANDA O UZUCU KELMELERI IWDEDMIYESEN HEYAT PIRINSIPIM BUDU.BIRDE EZIZ OXUYUCULAR ONUDA DEYIMKI ADAMIN IWIN ALLAH RAST GETIRSIN ESAS ALLAHDI RUZUNU VEREN ODU.ALLAH HAMIYA BIZNES QURMAGDA KOMEY OLSUN AMIN

  10. Salam. Sizin ideyalarınız eladır

  11. Hormetli, Ilkin Manafov
    Ilk once Size maraqli, faydali, zengin informasiyaya malik bele bloqun hazirlamaginiza gore teshekkurumu bildirirem.
    Mene ele gelir ki, Sizin bloqu oxuyan her hansi bir insan ish mensubiyyetinden asili olmayaraq, menevi destek, irade toplaya biler.
    Yazdiginiz tovsiyyeleri destekleyerek, ishde ugurlar, nealiyyetler elde etmek isteyen insanlara “Ronda Bern-in Secret” kitabini oxumagi meslehet gorerdim. Inanin ki, bu kitabi oxumaq shansi Sizlerin taleyini deyishecek qeder bir guce malikdir.

  12. duz buyurduz.men gencem biznesimi qurmuşam.amma cox tesuf ki sizin dediyiniz bir amili nezere almamişam.yer meselesinde duzgun secim etmedim ucun cox cetinlikle qarşilaşmişam. ayliq fealiyyetden sonra mecbur halda işimi dayandirmagi duşunurem.gelecek işimdi bu amilleri mutleq nezerimde saxlayacam

  13. Orta tehsilliyem, resamllıq mektebini bitirmişem.

  14. İlkin bey, ozunuz bir vaxtlar bawiniza gelen ehvalati daniwmiwdiz. hansi ki, atanizin maddi komeyi olmasaydi siz tarla ile bagli planinizi heyata kecire bilmezdiz. duzdur, ugursuz alinmiwdi, amma sebeb tecrubenin olmamagi idi. Men dusunurem ki, minimum da olsa maddi destek hokmen olmalidi.

  15. siz duzgun buyururauz sozunuzde sehrsiz raziyam amma biznesde asan biwey deil nede hec kim qaranti vermirki biznesin ugurlu yada iflas olacaq onun ucun 100 olcek bir defe bicmek lazim di biznes risqi sevmir agili adimlari xowlayir bu saha cox qelizdi here bir strateqiyadan ataka eleyir kimisi telabatin neye ustunluk tewkil eleyir kimisi eylencenin hansi seviyesi kimisi istirahet kimisi ise sopingle amma bir gakt var ki meqsed birdi hami ugurlu iw adami olmaq ucun caliwir hami buchesin de qepik quruw deil de boyuk pullarin olmasini isteyir eminem ki hami pulu sevir pul her seydi amma her sey pul deil agilli mentikli urekli esasda ozune inmi olan ve zamanin nebzini tutan az madiyatnan boyuk iwler gormek ve ozunu sigortalamaqi bacaran insanlari heyat da sevir sirf ugur qazanacam deye biznese baxma lazim deil onun menfi cehedlerini de duwunmek lazim di taninmiw milyoncularin ilk iwlerne baxan da cox adi cuzi gundelik de gorduyumuz seylerle mewqul olanlar amma agillarini sebrle atilan adimlarina baxdiqda boyuk iwlerin merkezin de olduqunu serhsiz goruruk indi bakida hamimiz dayday lidi ya kimlerden di ya puludur deyir ozunu haq teselli qazanmaq ucun mence ozunuze sual verin ki olar nece o seviyeye geldiler anlayacasiz ki yalniz agil tek bu gunu deil de 5 il soranida duwunmekleri di ve cekdikleri ezyetin behresi kimide rahat yawayiwlarini deble ayaqlawmaq zovq anlayiwlari her sey olur bu insanin ozunnen asilidi men ce duwunun hecne ucun hecne gec deil men de sizler kimi adi insanam men de biznese yeni adimlayiram yalniz son sozum iwlerinizde ugurlar can saqliqi tek ozunuzun yaxwi yawamasini deil de siz nece insana iw vere bilersiz haqda duwunun sebr agilla iwinizi qurun inwallah geleceyde iw adamlari kimi bir masa arxasin da eylewib iwlerimiz haqda lahiyeler haqda hem sobet olariq hamimiza ugurlar

  16. men ce birin ci siz o ideyani yaradmaq ucun maksimum az vesaitle qurmaqa calisin mueeyen qeder pulla iwe bawlayin ve calisin qurduqunuz iw de size pul getirsin pulu dovruyeye buraxin ilk iwe 3 milyon risqdi 3 milyonu o vaxt qoymaq olar ki biznesi boyudmek ve qeyri sektorlarla muqavilelere reklamlara

  17. Ele sahe varki qepik qurusla baslamaq olmur meselen tibb sahesi mutleq boyuk mebleg teleb edir. Avadanliqlar , klinikanin yeri tikilisi her arendaya verilen yerde klinika kimI fealiyyet gostermek olmur.

  18. Salam men is sahibi olmaq isteyirem amma maddi durumum buna heleki imkan vermir eger bir sexs mene komek ederse, sozun esil menasinda (sponsurluq) ederse isimi qura bilerem. Neticede her iki terefde qazanar.
    Ozum usta isleyirem

  19. Evvela salam. mence bir ise baslamaq ucun en esasi inam lazimdir.men mehz inamla ve sebirle meqsedime catdim. yeri duzgun secmek.harda nece reqabet aparmaq olar. qarsiniza reqiblerde cixir. tehdidlerde, seviyyesiz reqabetlerde. ilk ozume sonra ise onlara inandirmaga calisdim ki men bacaracam. cox sukur ki bacardimda.ve en onemlide bedxerc olmamaq. geliri toplamaq ve plan esasinda daha da inkisaf etdirmek. herkese ugurlar! teskkur edirem ki bele bir layihe etmisiniz ve insanlari mariflendirirsiniz)) bu arada mende ise baslamazdan evvel mehz bir ay sizin yazilariniz fikrlerinizi oxumusam. ve bunun esasinda isime baslamsam. tessur edirem

Leave a Reply to Nara Umud

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close