image_pdfimage_print

Muasir dövrdə biznesin idarəedilməsi ilə biznesin yaradılması arasında ciddi fərqlər var. Əgər hansısa bir sahibkarlıq fəaliyyəti başlayan zaman işin sahibi (işə investisiya qoyan) icra prosesində bir-başa iştirak edirsə, biznes genişləndikcə səhmdar işdən kənarlaşması daha düzgün hesab edilir. İşin sahibləri öz bizneslərinin başına icraşı direktorları təyin edirlər və bu vəzifənin aparan şəxsə yalnız cari proseslərin icrası ilə yanaşı, şirkətin investisiya fəaliyyətinidə həyata keçirməsini tapşırırlar. Bu yazıda mən İcraçı Direktorun fəaliyyətində resursların hesablanmasının vacibliyindən danışacam.

İcraçı direktor aşağıdakı məsələlərə görə biznesin inkişafında vacibdir:

  • İcraçı direktorun peşəkar idarəetmə funksiyalarını bilir və sahibkara görə daha professional qərar qəbul edir (etməlidir);
  • İcraçı direktor biznesə emosional deyil, daha çox rassional formada baxır və işləri sahibkara görə ehtiyyatlı aparır;
  • İcraçı direktor olduğu zaman sahibkar daha sərbəst olur və öz gücünü yeni layihələr haqda düşünməyə və ya sadəcə biznesdən kənarlaşaraq həyatdan həzz almağa yönəldir)) və s.

Keçən yazılarda strateqiyanın hazırlanması zamanı daxili resursların vacibliyindən danışmışdıq və həqiqətəndə icraçı direktorun fəaliyyətində bunun nəzərə alınması çox vacibdir. Əgər şirkət sahibi pulunu havadan qazanan biri deyilsə deməli mütləq qaydada maliyyə resursları məhduddur. Eyni zamanda şirkətlərin hamısında həcmindən asılı olaraq ixtisaslı kadr azlığı olur. Əmək resursları biznesdə ən vacib resurs olduğu haqda dəfələrlə demişik.

Muasir dövrdə icraçı direktorun ən başlıca funksiyası şirkətin gələcək nə etməsinin təyin edilməsidir – bu funsksiya strateqiya kimi adlandırıla bilər. Strateqiyanın hazırlanması isə özündə alternativlərin (Strategic options) öyrənilməsindən ibarətdir, “biz bunu, bunu edə bilərik”. Sadalanan fəaliyyətlərin hər biri konkret investisiya layihəsi kimi qiymətləndirilməlidir və bu layihələrin üstün və mənfi tərəfləri ortaya qoyulması şərtdir.

Layihənin həyata keçirilməsi üçün lazım olan bütün ehtiyyatlar (maliyyə, intelektual, əmək və s.) kapital kimi qiymətləndirilməlidir. Beləliklə icraçı direktor resursların istifadəsi üçün hər hansısa qərar qəbul etdiyi zaman mütləq aşağıdakıları nəzərə almalıdır:

  • İnvestisiya strateqiyası dəqiq olmalıdır: “qısa” pullarla investisiya qoyursuz (yəni investisiyanın tez likvidliyi vacibdirmi) və ya “uzun” pullarla (yəni investisiya uzunmüddətlidir);
  • Əsas bizneslə əlaqəsi olmayan sahələrə investisiya qoymaq doğru deyil;
  • Az rentebelli sahələrə investisiya qoymaq olmaz;
  • İnvestisiya qoyuluşunda risklərin idarəedilməsini fikir ver və s.

Bunun əsasında icraçı direktor şirkətin bütün fəaliyyətini layihələrin üzərində qura bilər. Layihə idarəedilməsinin ən vacib üstün cəhətlərində biri isə təbii ki, resursların düzgün və vaxtnda idarəedilməsidir.

Düşünürəm ki, muasir biznesdə uğur yalnız və yalnız layihə idarəedilməsindədir və icra direktorun əsas vəzifəsi müxtəlif layihələrin şirkətin inkişafı və səhmdarın maraqları ilə üst-üstə düşməsinin təşkil etməkdir.

Biznesinizi layihələşdirin, “qızıl üçlük” nədir?

Mağazaçılığın 3 vacib şərti

Marketinq funksiyaları, Marketinq Nədir?

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close