image_pdfimage_print

Bu yaxınlarda Azərbaycanda aparıcı biznes portallardan birində müsabiqəm oldu. Marketinq və muasir Azərbaycan sahibkarlığı haqqımda fikirlərimi Sizlərlə bölüşürəm:

Yerli şirkətlərin əksəriyyəti marketinq siyasətinin hazırlanması və həyata keçirilməsində çətinliklərlə rastlaşırlar. “EMBAWOOD” Şirkətinin Marketinq Xidmətinin direktoru İlkin Manafov Azərbaycanda marketinqin vəziyyəti, son illər istehlakçıların dünyagörüşündəki dəyişikliklər, İnternet-reklam və yerli şirkətlərdə marketinqin yaxşılaşdırılması üçün lazım olan ölçülərin götürülməsindən danışır.

– Bu gün Azərbaycanda marketinqin vəziyyətini Siz necə qiymətləndirirsiniz?

– Azərbaycanda marketinq sahəsi yüksəliş həyəcanını yaşayır, inkişaf sürəti ildən-ilə artır. Əgər yaxın keçmişdə Azərbaycanda sahibkarlıq marketinqin əhəmiyyəti haqqında tam təsəvvürə malik deyildisə, bu gün artıq hamıya məlumdur ki, marketinq təkcə reklam və ya satışın təşviqi demək deyil. Əlbəttə ki, Azərbaycanın marketinq bazarı Türkiyə, ABŞ və Avropa ölkələrinin analoqları ilə müqayisə oluna bilməz. Lakin bu istiqamətdə hiss edilən inkişaf müşahidə edilir. Tammiqyaslı inkişafa başlıca maneə isə ölkədə yüksək ixtisaslı marketoloqların kifayət qədər olmamasıdır.

– Sizin xarici ölkələrdə marketinq sahəsində böyük təcrübəniz var. Azərbaycanda tətbiq olunan marketinq alətləri xaricdəki analoqlarından fərqlənirlərmi?

– Çalışdığınız şirkətdən, məhsulun çoxçeşidliliyindən, habelə coğrafi yerləşməsindən asılı olmayaraq, bütün fəaliyyətin öz məqsədləri, müddətləri və konkret ehtiyatları olmalıdır. Tətbiq alətlərinə gəldikdə isə, onlar da konkret məqsəd və istehlakçılardan asılıdırlar. Sadə dillə desək, marketinqlə yalnız marketinq xatirinə məşğul olmaq olmaz.

– Sizin baxışlarınıza görə şirkətin inkişafı üçün marketinqin hansı funksiyaları (məhsul, satış kanalları, qiymət, reklam) daha vacib sayılır?

– Marketinqin əsas funksiyası strategiyadır. Mənim fikrimcə, bu ən əhəmiyyətli funksiyadır. Daha sonra, ikinci yerdə brendinq fəaliyyəti durur. Üçüncü yerdə reklam fəaliyyəti yerləşir. Sonra şirkətdən, sektordan və sahibkarın baxışlarından asılı olaraq dəyişə bilən marketinqin istiqamətverici funksiyaları gəlir.

– Marketinq fəaliyyətini yaxşılaşdırmağa çalışan şirkət və biznesmenlər nə etməlidirlər?

– Sualın cavabını tapmaq üçün, ilk növbədə, “marketinqi yaxşılaşdırmaq” frazası altında nəyi nəzərdə tutduğumuzu dəqiqləşdirmək lazımdır. Əgər satış həcminin artırılmasından söhbət gedirsə, onda bir alətdən, yox əgər  brendin yüksəldilməsi nəzərdə tutulursa, onda digər alətlərdən istifadə olunmalıdır. Marketinqin əsas mənası ondan ibarətdir ki, bu elmdə hazır qəlib yoxdur, elə bu səbəbdəndir ki, marketinq   yenilik və kreativ düşüncə tələb edir. Bununla əlaqədar, ümumiyyətlə deyə bilərik ki, söhbət marketinqin yaxşılaşdırılmasından gedirsə, onda marketoloqların qarşısında duran məqsədlər dəqiqləşdirildikdən sonra tədbirlər planı tərtib edilə bilər.

– Hazırda çoxları deyir ki, Azərbaycanda bu günkü istehlakçıların dünyagörüşü onun yaxın keçmişdəki baxışından fərqlənir. Siz bu haqda nə düşünürsünüz?

– Azərbaycan istehlakçıları son zamanlar məhsul seçərkən, təkcə öz baza ehtiyaclarından çıxış etmirlər, onlar həm də mənəvi dəyərlərə diqqət yetirirlər. Hələ 2006-2007-ci illərdə bu və ya digər əmtəəni seçərkən qiymətin müvafiqliyi başlıca şərt idi. Bizim günlərdə analoji gəlirləri olan ailə başlıca olaraq məhsulun keyfiyyətinə, dizaynına, həmçinin istehsalçı-şirkətin etibarlılığına diqqət yetirir. Yeri gəlmişkən, Azərbaycan istehlakçıları postsovet məkanında “brend” məsələsinə daha həssasdırlar. Ona görə də şirkətin uğuruna zəmanət – düzgün reklam siyasəti və müştərilərin razılığıdır. Yuxarıda qeyd edilən amillər, öz növbəsində, brend siyasətinin atributlarıdır. Buradan çıxış edərək, brendin Azərbaycanda uğurlu biznesin qurulmasında əsas amil olduğunu deyə bilərik.

– Marketoloqun hansı şəxsi keyfiyyətlərə malik olmalıdır?

– Marketoloq müasir dünyada ən mürəkkəb peşələrdən biridir. Marketoloq daim öz üzərində işləməli və yeniliklərə hazır olmalıdır. Marketinq sahəsi ixtisasın artırılması üzərində müntəzəm iş, dünyada baş verən proseslərə maraq tələb edir. Əks təqdirdə, nə marketoloqun özü, nə də onun şirkəti rəqabətdən qalib kimi çıxa bilməz.

– Sizin gənc marketoloqlara  tövsiyyəniz?

– Bu sənət Azərbaycanda inkişaf etdiyindən, ölkəmizdə ona tələbat gündən-günə artır. Gənc marketoloqlara mən, ilk növbədə, peşə biliklərini artırmağı və öz üzərlərində ciddi işləməyi tövsiyyə edirəm. Marketoloq biznesin bütün məqamlarından baş çıxarmalı, qərar qəbul edərkən müxtəlif amilləri nəzərə almalı və bütün şirkətin inkişafına görə məsuliyyət daşımalıdır.

İlkin Manafov haqqında

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close