image_pdfimage_print

Son zamanlar Avropa ölkələrində və Amerikada bu sual ciddi şəkildə işçiləri düşündürməyə başlamışdır. Burada məsələ təbii ki, kafedə ofisiant, barmen və ya mühafizəci işləməkdən getmir. Bügün işçilər (ilk növbədə frelanserlər) işləmək üçün ən ideal yerin tapılması məqsədi ilə kafe, bar və ya xüsusi koworkinq mərkəzlərə köçürlər, bu sadəcə frelanserlərə deyil, həmçinin iş fəaliyyəti incəsənətlə sıx bağlı olan korporativ işçilərədə aiddir. İş yeri şəraitinin işçinin əqli düşüncəsinə bir-başa təsir etməsi haqqında fikirlər artıq çoxtandır öz sübütünu tapmışdır. Bunu iş prosesində tətbiq edən Skype, Daimlər AG, Adobe, P&G və əlbətdəki Google kimi şirkətlər öz ofislərində çoxtan həyata keçirir. Bu şirkətlərdə iş yerlərləri bizim bildiyimiz ofisdən başqa, çox şeyə oxşayır. Bəs belə ofis yarada bilməyən şirkətlər və ya frelanserlər nə etməlidir?

Cavab dünyada koworkinq mərkəzlərinə olan ehtiyyacın gündən-günə artmasıdır. Deskmag (Almaniya) jurnalının məlumatına görə təhcə 2011-ci illərdə Almaniyada koworkinq mərkəzlərinin sayı 380-ə çatmışdır və burada 140 mindən çox alman işləyir. Yaxın illərdə belə mərkəzlərin sayı ildə 70-80% çoxalması gözlənilir. Bu mərkəzlər Berlin, Hamburg, Dusseldorfda ortalama qiyməti bir işçi üçün 100Evro-an 300 Evroya qədər dəyişir. Beləliklə bu dunya biznes tarixində işçinin işləmək, ofisə getmək üçün pul odədiyi ilk haldır!!!

Koworkinq mərkəzlərin biznes məntiqi çox sadədir: böyük zalda stol, stul düzürsən, oraya kommunikasiya sistemi qurursan (WiFi, telefon, skayner və s.), bir neçə görüş otağı düzəldirsən və iş yerlərini ən azı bir günlük icarəyə verirsən. Eyni zamanda hardasa işçilərin çay, kofe, buterbrot hazırlamaları üçün şərait yaradılır. Bununla belə koworkinq mərkəzlər mühasibatçılıq, reklam, maliyyə kimi bəzi funksiyaların autsorsinqini təklif edir. Berlində olan bəzi iri koworkinq mərkəzinin nəzdində trenajor zalı, masaj klub, sauna belə mövcuddur…

Məsələ burasındadır ki, bəzi iri şirkətlər bəzi xüsusi işçilər üçün koworkinq mərkəzlərdə yerlər icarələyirlər, necə deyərlər hər şey biznes üçün!

Koworkinq təcrübəsini öyrənən alman alim Volfqanq Venqin sözlərinə görə koworkinq işçilərə yuxarıda sadaladığım üstünlüklərdən başqa yeni kontaktların tapılmasında və şəxsi networkinq üçün əvəzsiz imkanlar yaradır. Alim koworkinq prosesini görüşə bənzədir və izah edir ki, insanlar hər səhər işə getdikləri zaman kiminlə yan-yana oturacaqlarını bilmirlər.

Nə deyirsiz, iş yerimizi kafeyə köçürək?!

NAĞIL OFİSLƏ TANIŞLIQ

şərhlər

şərhlər

2 Comments

  1. Ilkin bu yaxinlarda Stokholm seherinde nahar fasilesinde ishciler ucun nahar yemeyi zamani hem de disko teshkil edibler,netice cox yaxsi olub,ishciler fasilede yarim saat reqsin onlarin dincelmesi ucun ne qeder vacib oldugunu soyleyirler:))
    Amma bizim ofislerde deyisiklik ucun evvelce ishcileri buna hazirlamaq laimdir:)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close