image_pdfimage_print

Bu yaxınlarda oxuduğum bir məqalədə qiymətqoymanın müştəri seçiminə və müştərilərin məhsul haqda informasiyaların necə topladığına təsir etdiyini öyrəndim. Məhsulun qiyməti yuxarı qalxdıqca və ya məhsul alışına müştərinin xərcləri artdıqca informasiya qaynaqlarıda bir-başa olaraq dəyişir və özünü həm B2C, həmdə B2B bazarlarda göstərir. Sizlərədə bu haqda məlumat verəcəm.

Məhsulun qiyməti yuxarı olduqca müştərilər öz dost və tanışlarının və ya 3-cü şəxslərin sözlərinə daha çox inanırlar. Eyni zamanda baha məhsullara görə insanlar məqalə və forumları daha çox izləyirlər.

  • 100 dollara qədər olan məhsulların seçimi üçün qərarlar müstəqil verilir;
  • 500 dollar qədər məhsullarda dost-tanışlardan fikirləri doruşulur və bəzi müştərilər bu haqda internetdə axtarış verirlər;
  • 2000 dollara qədər mütləq qaydada alınacaq məhsul barədə icmallar oxunur;
  • 10000 dollar ətrafında olan məhsullarda icmallarda olan məlumatlara əsasən qərarlar qəbul edilir.

B2B məhsullarda isə məsələ tam əksinədir. Təbii ki, B2B sektorda məhsulun qiyməti istehlakçı məhsulları ilə müqayisədə daha baha olur, lakin buna baxmayaraq B2B sektorda məhsulun qiyməti qalxdıqca offlayn kommunikasiyaların əhəmiyyəti artır.

  • 100 dollara qədər vacib informasiya qaynağı internetdə olan icmallar;
  • 1000 dollara qədər informasiya qaynağı kimi internet icmallar və dost-tanışların rəyi;
  • 10000 daxili işçilərin fikirləri vacibdir.
  • 50000 dollar məbləğində olan məhsullarda şirkət əməkdaşlarının və dost-tanışın fikri tam həll edici rol oynayır.

Başqa sözlə desək muasir dövrdə bahalı istehlak mallarının satışına bloqqerlərin və sahəni yaxşı bilən ekspertlərin fikirləri təsir edirsə, B2B seqmentdə bu özünü belə göstərmir və məsələ tam əksini hərəkər edir.

Məqalənin mənim üçün əsas maraqlı tərəfi onda ediki Azərbaycandada eyni tendensiyalar hiss edilməyə başlamışdır!!!

Konsaltinq

Əlaqə

Haqqımda

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close