Monthly Archives Aprel 2012

Amsterdandan sonra, mən bloqda səmimi olaraq başıma gələn daha bir gülməli hadisəni danışacam. Bu əhvalat təxminən 2 il bundan əvvəl olsada bügünə kimi hər dəfə təyyarədə gedəndə yadıma düşür… Bir dəfə Permdə (Rusiya) ezamiyyətdə edim. Ezamiyyə günlərim 1 gecə və 2 gün edi. İşim və görüşlərim vardı və ezamiyyətim çox intensiv olmalı edi. Permdən Moskvaya qayıtmalı edim.

Bügün Azərbaycanda bir çox lider şirkətlər xarici bazarlara girmək haqqında düşünürlər. Əslində bu təbiidir. Bizim bazarın tutumu iri hesab edilə bilməz və sahibkarlarımızın xarici bazarlar haqqında düşünməsi lazımdır, lakin unutmaq olmaz ki, xarici bazarlar özündə müxtəlif riskləridə daşıyır və düşünülməmiş addım biznesə böyük zərbə vura bilər. Hansı hallarda yerli şirkət xarici bazarlar üçün özünü hazır hiss etməlidir, suallına keçməzdən əvvəl mən bu yazıda Azərbaycan şirkətlərinin güclü ola biləcəyi corafi bazarlardan danışacam.

Almaniyada brend və ya ümumilikdə brendinq fəaliyyəti son dərəcə fərqli bir formada inkişaf edir. Bu ölkədə şirkətlər brend yaratma prosesini amerikan məntiqi ilə deyil, sırf alman praktikliyi əsasında həyata keçirirlər. Almaniyanın 10 ən güclü brendinin siyahısı ilə tanış oldum və bu brendlərin qısa təhlilindən sonra, alman brend idarəetməsinin 3 vacib xüsusiyyətin üzərində qurulduğunu düşünürəm. Bu xüsusiyyətlər hansılardır?!

Marketinqi digər peşələrdən fərqləndirən ən vacib cəhətlərdən biridə bu sahədə heç bir şablon və ya standart prinsiplərin olmamasıdır. Marketinq insanları başa düşmə qabiliyyətidir, əsl marketoloq isə insanları öyrənə bilən adamdır. İnsan amili marketinqdə – istehlakçı deməkdir. İstehlakçının öyrənilməsi isə marketinq araşdırmalarından başlayır. Təbii ki, araşdırmadan tam və sistemli nəticələr əldə etmək istəyirsinizsə, Siz mütləq peşəkar marketinq araşdırmaları şirkətlərinə müraciyət etməlisiniz bunun üçün isə düzgün yazılmış Brif lazımdır.  Mən bu yazıda şəxsi təcrübəmdə istifadə etdiyim araşdırma Brifi yazma prinsipindən danışacam.

Muasir dövrdə rəqabət səviyyəsi və ümumilikdə informasiya axınının çoxluğu müştəri məmnunluğunu uğur qazanmağın əsas prinsipinə çevirmişdir. Uğurlu şirkət sahibinin bir nömrəli vəzifəsi  müştəri məmnuniyyətinin artırılmasına nəzarətdir! Bəs müştəri sahibkar üçün kimdir? Şirkət işçiləri (daxili müştərilər) ilə məhsul alıcısı (xarici müştəri ərasında) nə fərq vardır?

Bu dəfə Milan ezamiyyədə olduğum zaman məni bu şəhərin aurası çox maraqlandırdı. Daha əvvəl Milanda olduğum zaman şəhər mənə daha çox biznes və dizayn mərkəzi kimi görünsədə bu dəfə modanın bu şəhərdə yarandığının şahidi oldum.

Bundan əvvəl yazdığım bir yazıda şirkətlərin inkişafı üçün strateqiyanın və ümumi korporativ dəyərlərin vacibliyindən danışmışdım, eyni vaxtda maraqlı bloq yazısı ilə Anar Bayramovda strateji idarəetmənin üstünlüyü barədə yazdı və mən bunlarla əlbətdəki razıyım. AMMA… Buna baxmayaraq əgər şirkət öz biznes fəaliyyətində kor təbii olaraq hər şeyi strateji planlaşdırmanın üzərində qurursa, muasir dövrdə ən vacib prinsiplərdən olan adaptasiya olunma qabiliyyəti yoxdursa bu çox təhlükəlidir. Bu haqda ətraflı danışmışdıq, bu yazıda mən strateji idarəetmənin mənfi cəhətlərindən danışacam:

Reklam hazırlanma prosesi haqqında müzakirələr getdiyi zaman çoxları özünü bu sahədə “ekspert” hesab edərək müəyyən fikirlər söhləyir. Əslində bütün peşələrin olduğu kimi reklam yaratma prosesinin prinsipləri və metodları mövcuddur. Bu yazıda mən dünyada tətbib edilən əsas reklam yaratma prinsipləri barədə söhbət açacam.

Dünya praktikasında çoxsaylı lider şirkətlər kiçik zaman içərisində sektorun geridə qalan şirkətinə və ya tam əksinə xırda bizneslər birdən biri sektorun liderlərinə çevrilirlər. Mən düşünürəm ki, belə halların əsas səbəblərindən biridə xarici mühitdə gedən proseslərə şirkətlərin adaptasiya olunma qabliyyətidir. Bu haqda bir-az ətraflı danışaq…

Azərbaycan postsovet respublikaları arasında ən ticari məntiqlə düşünənlərdən olsada biznesin idarəedilməsini və aparılmasını Avropa ölkələrindən öyrənir. Əslində bu təbiidir və Azərbaycan biznesi hələ Avropa və ya Türkiyə ilə müqayisədə çox cavandır. Buna baxmayaraq hesab edirəm biznesin qanuna uyğunluqları ölkənin yaşından, corafi yerləşməsindən və ya irqindən asılı olmayaraq eynidir. Bu yazıda mən uğurlu biznes aparılmasının “qızıl qanunlarını” dünyanın aparıcı biznes rəhbərlərinin sözlərinə əsasən yazacam.

12
Close