image_pdfimage_print

Almaniyada brend və ya ümumilikdə brendinq fəaliyyəti son dərəcə fərqli bir formada inkişaf edir. Bu ölkədə şirkətlər brend yaratma prosesini amerikan məntiqi ilə deyil, sırf alman praktikliyi əsasında həyata keçirirlər. Almaniyanın 10 ən güclü brendinin siyahısı ilə tanış oldum və bu brendlərin qısa təhlilindən sonra, alman brend idarəetməsinin 3 vacib xüsusiyyətin üzərində qurulduğunu düşünürəm. Bu xüsusiyyətlər hansılardır?!

Xüsusiyyətlərə keçməzdən əvvəl Siemensin mərkəzi ofisində layihə idarəedilməsi ilə bağlı praktikada olduğum zaman diqqətimi cəlb edən bir məsələni Sizlərə deyim: “Siemens-ə bütün marketinq idarəedilməsi layihələrin üzərində qurulmuşdur, heç bir xərc layihədən kənarlaşmır və bütün proseslərin konkret zamanı və hədəfi mövcuddur!”. Başlayaq almansayağı brend menecmentin təsvirinə:

1. Vahid  və dəyişməz brend strateqiya. Alman brendlərinin həyata keçirdiyi ən başlıca prinsip daimilik prinsipidir. Brendlər öz mesajlarında, seçdikləri kateqoriyalarda, müştəri seqmentlərində, satış və marketinq strateqiyalarında vahid strateqiya prinsipi ilə işləyirlər. Mebel sektorunda dünyanın ən böyük seriyalı mebel istehsalçılarından olan Huelstada olduğum zaman şirkətin satış direktorundan belə bir dialoqumuz oldu: Sual – Siz yeni bazarlara niyə belə passiv girirsiniz? Cavab – Bizim Huelstada öz müştəri strateqiyamız var, bu strateqiyanın yeni bazarda dəqiq uyğulanması ciddi investisiya tələb edir. Belə investisiya olmadan biz yeni bazarlara girə bilmərik…  Göründüyü kimi alman brendləri vahid strateqiya ilə çıxış edirlər və bu strateqiyadan kənarlaşmanı hətta qısa müddətli satış artımı vəd etsə belə deyişmirlər. Həqin bunun səbəbidir ki, alman brendləri francayzinq yolu ilə xarici bazarlarda işləmir (amerikan şirkətləri ilə müqayisədə heç işləmirlər).

2. Yeni məhsulların ciddi araşdırılması. İzahata keçməzdən əvvəl bir neçə statistika verim Top 10-a olan alman brendlərinin ildə çıxardığı yeni modellərlə, eyni sektordan olan rəqibləri arasında fərq 2 dəfə bəzi sektodlarda isə 2,5 dəfə daha uzundur. Yəni alman brendlər öz brend portfellərinə çox az sayda yeni model əlavə edirlər lakin… digər bir statistikaya görə alman brendlərinin çıxardığı yeni modellərin bazarda pay alma faizi rəqib brendlərə görə 3 dəfədən daha effektivdir! Alman brendlər yeni məhsul hazırlanması zamanı mütləq qaydada iqtisadi əsaslandırılma ilə yanaşı brendə verə biləcəyi uzunmüddətli effektləridə nəzərə alırlar.

3. Brendin rasional dəyərlər üzərində mövqeylənməsi. Alman brendlərinin kommunikasiya və ya vizual görünüşünə baxdığımız zaman aydın şəkildə hiss edilir ki, mesaj dəqiq və rasional dəyərlər üzərində qurulur. Bu alman brend menecmentin ən vacib prinsipidir. Məhz buna görə almaniyada brend menecerlər məhsulun üstünlüklərini çox dərin bilirlər və bütün yeni konspetlərin hazırlanmasında brend menecer ən öndə gedən adamlardan olur (bəzən R&D-ə öndə!!!)

Sonda alman brendlərinin bir neçə reklam roliklərini yadınıza salım və Siz özünüzdə alman brend menecmentinin fərqli tərəflərini hiss edəcəksiniz!

 

 

OXŞAR YAZI: Alman İqtisadi Gücünün Sirri

OXŞAR YAZI: Türk biznesinin uğur səbəbləri

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close