image_pdfimage_print

Marketinqi digər peşələrdən fərqləndirən ən vacib cəhətlərdən biridə bu sahədə heç bir şablon və ya standart prinsiplərin olmamasıdır. Marketinq insanları başa düşmə qabiliyyətidir, əsl marketoloq isə insanları öyrənə bilən adamdır. İnsan amili marketinqdə – istehlakçı deməkdir. İstehlakçının öyrənilməsi isə marketinq araşdırmalarından başlayır. Təbii ki, araşdırmadan tam və sistemli nəticələr əldə etmək istəyirsinizsə, Siz mütləq peşəkar marketinq araşdırmaları şirkətlərinə müraciyət etməlisiniz bunun üçün isə düzgün yazılmış Brif lazımdır.  Mən bu yazıda şəxsi təcrübəmdə istifadə etdiyim araşdırma Brifi yazma prinsipindən danışacam.

Mən Brif yazdığım zaman mütləq qaydada istifadə etdiyim prinsiplərdən danışmazdan əvvəl qeyd etməliyəm ki, hər bir Brifin titul hissəsində şirkətin və brendin adı, Brifin verildiyi tarix, kommersiya təklifinin ən son hazır olma vaxtı və kontakt şəxsin adını yazmaq lazımdır.

  • Ümumi məlumat. Burada biz şirkətimiz, brendimiz haqqında qısa məlumat verməliyik. Həmçinin araşdırmadan gözlənilən nəticə yazılmalıdır;
  • Araşdırma məqsədi. Bu hissədə araşdırmanın keçirilmə məqsədi mümkün qədər aydın formada təsvir edilməlidir. Burada biz göstərməliyik ki, araşdırmadan sonra konkret hansı informasiyalara biz sahib olmalıyıq. Məqsədlər üzərində işlədiyiniz zaman diqqət yetirin ki, Siz məqsədləri sual formasında yazmayasınız. Sualların qoyuluşu araşdırma şirkətinin işidir və bu təcrübə tələb edən şeydir;
  • Araşdırmanın sərhədi. Burada biz araşdırma keçirilən corafi əhatə, məhsul kateqoriyaları səviyyəsində sərhədlər, istehlakçının (respondentin) düzgün təsviri yazılmalıdır. istehlakçı təsviri yalnız o vaxt vacibdir ki, Siz artıq öz müştərinizin portfelini bilirsiz. Məsələn Sizə məlumdur ki, məhsul (və ya xidmətin) real və potensial alıcısı ali təhsilli 32-40 yaşlı kişilərdir. Belə olan halda artıq digər sosial qrupu aid adamları araşdırmaya cəlb etməyə ehtiyyac yoxdur. Başqa bir misal əgər Siz yalnız Bakıda işləyəcəksinizsə Gəncə sakinini respondent kimi götürmək düzgün deyil. Bütün sözü gedən məsələlər araşdırma sərhədlərində göstərilməlidir.
  • Araşdırma növü. Burada Siz konkret olaraq hansı tipli araşdırmalardan istifadə etmək istədiyinzi göstərirsiniz. Çox zaman bu hissəni araşdırma şirkətinin öz öhdəsinədə buraxmaq olar. Lakin mən hemeşə belə hallarda özün təşəbbüsü əla alıram və araşdırma üsulunu konkret şəkildə göstərirəm. Araşdırma növləri digər mövzunun yazısı olduğunu qeyd edərək deyim ki, bütün araşdırmalar birinci(sahə) və ikinci əl (masa başı) araşdırmalara bölünür. Eyni zamanda informasiya toplanmasına görə kəmiyyət və keyfiyyət araşdırmaları olur… bu haqda tezliklə ayrıca yazı yazacam.
  • Nəticələr. Burada isə araşdırma şirkətindən nəticələri hansı formada istədiyinizi göstərməlisiniz. Məsələn prezentasiya və exsell cədvəlləri ilə və ya video çəkilişlə. Araşdırma növündən asılı olaraq nəticələrdə fərqli ola bilər lakin Brifdə bunun aydın şəkildə yazılması çox vacibdir.

Sonda qeyd etmək istəyirəm ki, araşdırmasız marketinq kapitansız hərəkət edən gəmiyə bənzəyir, arzu edirəm Sizin gəminizin kapitanı daim olacaqdır!

Marketinq təhlilləri (1-ci hissə)

Marketinq təhlili (2-ci hissə)

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close