image_pdfimage_print

Bügün dostumuz Cəbrayil müəllimin yazdığı bloq yazısını çox maraqla oxudum və marketinqdə bu məsələlərin (kreativ düşüncə) nəyin ki vacib, hətta həyatı olduğunu qəbul etdim. O marketoloq ki, işini sevmir və daim yeniliklərin tətbiqinə çalışmır… heç vaxt uğur qazana bilməz! Bilirsiz niyə?

Çünki bügün bazarda fərqlənmək çox çətindir. Brendlərin mövqeylənməsi prosesi gündən-günə ağırlaşır və xüsusi düşüncə tərzinə ehtiyyac vardır. Cəmiyyətdə gedən qloballaşma prosesi sərhədlərin aradan qalxmasına və bununlada resursların hamı üçün daha asand əldə edilməsinə gətirib çıxarır. Belə dövrdə fərqli düşünmə tərzi biznesin xilasıdır.

Çünki informasiya istehlakı son dərəcə fraqmentli olmuşdur. Əgər bir vaxtlar insanlar informasiyanı bir mənbədən alırdırlarsa və verilən informasiyanın eşidilmə faizi yuxarı edisə bügün bu “yumşaq desək” belə deyil. Təsəvvür edin: eyni zamanda həm telivizora baxmaq, həm PC internetdə olmaq, həmdə SMS-ə mesaj yazan istehlakçının diqqətini necə cəlb etmək olar? Əlbətdə fərqli informasiya verilişi ilə.

Çünki marketoloq hamının gördüyü şeylərə fərqli baxışı olmalıdır. Bügün yeni məhsul hazırlamaq sadəcə hansısa elementlərin cəmi deyil, bügün yenilik müştərinin yeni ehtiyyaclarının təmin edilməsindən başlayır. Təbii olaraq bu yeniliyi görmək üçün mütləq kreativ düşüncə tərzi olmalıdır.

Çünkilərin sayını çoxaltmaq olar lakin mən hesab edirəm yazıda Sizlərə vermək istədiyim əsas mesajı verə bildim: “Darıxdırıcı marketinq ölümə məhkumdur!”

AMMA:

  • Darıxdırıcı marketinqə araşdırmalar, statistik məlumatlarla işləməyi aid etmək olmaz. Marketinq dəqiq elmdir, bunu unutmayaq;
  • Ən yaxşı reklam hədəfə çatan reklamdır bu isə qeyri-adi reklam konsepti ilə deyil, düzgün yazılmış Brifin düzgün formada icrasından asılıdır;
  • Yaxşı marketoloq dizayn haqqında ən azı baza xarakterli məlumatlara sahib olmalıdır!

Marketinq funksiyaları, Marketinq Nədir?

Marketinq müsahibə

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close