Milan - dünyanın moda mərkəzi

Bu dəfə Milan ezamiyyədə olduğum zaman məni bu şəhərin aurası çox maraqlandırdı. Daha əvvəl Milanda olduğum zaman şəhər mənə daha çox biznes və dizayn mərkəzi kimi görünsədə bu dəfə modanın bu şəhərdə yarandığının şahidi oldum.Dünyanın ən bahalı və orta qiymət səviyyli brendlərinin olduğu şəhər mağazaların vitrinlərinə baxdıqda gələn ilin dəb olacaq rənglərini hiss edirsən. Maraqlı məqəm budur ki, ZARA, Mango, Benetton, SAP kimi mass market brendlər bu şəhərdə olan mağazalarında tamamiylə fərqli konseptdə olan məhsullar təklif edirlər. Təsadüfi deyil Moda bu şəhərdə yaranır!

Təsadüdi deyil ki, dizayn və moda ilə əlaqəli bütün böyük sərqilər məhz Milanda keçirilir. Məsələn Milan mebel sərgisi (Saloni) dünyada mebel trendlərini təyin edir.

Şəhərdə gəzdiyim zaman mağazaların vitrinləri mənim diqqətimi çox çəkdi, konkret vitrin şəkillərinə keçməmişdən dünyada öz identifikasiyası və vizual standartları ilə seçilən Mc Donalds belə Milanda Duoma meydanındakı kafesində ekskluziv qara rəngli dizayndan istifadə edir!

 

Dolce Gabbano Milanda yaratdığı vitrinləri ilə sözün həqiqi mənasında “mən modanı diktə edirəm” deyirdi.

Dünyanın ən bahalı brendlərinin olduğu şəhərdə insanlar və hər bir element bir vahid informasiyanı verir. Milan – moda mərkəzidir!