Perm - Moskva: təyyarədə əhvalat

Amsterdandan sonra, mən bloqda səmimi olaraq başıma gələn daha bir gülməli hadisəni danışacam. Bu əhvalat təxminən 2 il bundan əvvəl olsada bügünə kimi hər dəfə təyyarədə gedəndə yadıma düşür… Bir dəfə Permdə (Rusiya) ezamiyyətdə edim. Ezamiyyə günlərim 1 gecə və 2 gün edi. İşim və görüşlərim vardı və ezamiyyətim çox intensiv olmalı edi. Permdən Moskvaya qayıtmalı edim.

Planlaşdırıldığı kimi görüşlərimi etdim və bütün işləri gördüm. Təyyarənin üçmağına 2 saat qalmış mən artıq hava limanında edim. Reysimiz təxminən 1 saat gecikdi. Onsuzda yorulmuşdum və 1 saat gecikmə məni dahada yordu. Məni tanıyanlar məncə təsdiqləyər mən səbrli adamam… amma buna baxmayaraq təyyarədə təcili oturub yatmaq istəyirdi. Ümumi təyyarənin havada olma vaxtı təxminən 2 saat olmalı edi, həmçinin Moskva ilə Perm arasında saat fərqidə 2 saat edi.

Reqistrasiya və təyyarəyə keçdikdən sonra yanımda bir xanım oturdu və yorğun olduğumdan heç onunla salamlaşmadam mürgüləməyə başladım. Təxminən yarım saatdan sonra sərinləşdirici içkilər gətirdilər. Təbii ki, gözümü açdım və suyu içdim. Təyyarənin helədə uçmadığını düşünürdüm və səbr kəsam dolmaq üzrə edi. Aradan daha 15-20 dəqiqə keçdi. Yemək getirdilər, yedim və təyyarənin uçmadığı məni tamamiylə özümdən çıxardı. Hə, bu arada deyim ki, mən pəncərinin yanında oturmuşdum. Böyrümdəki xanım mənə nesə Moskvada ünvan soruşdu və mən ona dəqiq olaraq ünvanı başa saldım və xanımdan “Biz niyə uçmuruq görəsən?” sualını verdim. Xanım mənə çox mənalı şəkildə güldü… doğrusu bu gülüşdən heçnə başa düşmədim. Hövsələdən tam çıxıb, stuardesanı çağırma düyməsini basdım.

Tezliklə stuardesa yaxınlaşdı. Mən isə düşünürdüm: ” 1 saat hava limanında gözlədik, saat yarımdır təyyarədə gözləyirik və hələdə uçmuruq… heç bir məlumatda vermirlər”

Sual verdim: “А почему мы не летим? Причем Вы нас даже не информируете… так мы будем летать?”

Stuardesa cavab verdi: “Вы это о чем?”

Mən: Как это о чем? Когда мы будем летать?

Stuardesa: “Молодой человек через пол часа мы объявим о посадке”

Bu anda mən pəncərədən baxdım və bizim həqiqətəndə uçduğumuzu hiss etdim… inanın mənə təyyarədə məndən öndə və arxada oturanlar diqqətli baxışlarını hiss etdim! Ən əsası böyrümdəki, xanımın mənə niyə mənalı gülümsündüyünü bildim…

Təyyarə yerə düşünə qədər heç kimə baxmadım… və bu əhvalatdan sonra təyyarədə heç vaxt pəncərənin yanında oturmuram ki, heç olmasa sözüm olsun!

Daha bir əhvalat: Amsterdamda əhvalat