QR kod - Reallıqla Virtuallığın vəhdəti

Son dövr həqin ki, müxtəlif yerdə naməlum elementlərlə dolu 4 bucaq cədvəlləri çox görmüsünüz, bu QR-koddur. İnqilis sözlərinin baş hərflərindən yaranan bu terminin hərfi mənası tez cavab(reaksiya) mənasını verir, (QR quick response). Bu naməlum kvadrat fiqurların yarandılması dünyada ən dinamik inkişaf edən informasiya yayılması vasitəsidir. Məsələ burasındadır ki, bügün başa düşülməyən kvadratlar muasir biznesin ən böyük problemi olan vurtual dünyada ki, müştəriləri tezliklə real müştərilərə çevirə bilər.

Smartfon bazarının artım templərinin 2011-ci ilə Avropa və Amerikada dinamik inkişaf etməsi QR kodların dünyada ən innovativ informasiya yayılması vasitələrinin birinci sırasına çıxarmışdır. Keçən ildə dünyada 472 mln. çox Smartfon satılmışdır ki, buda təbii olaraq QR kodların inkişafına gətirib çıxarır. Smartfon bazarının inkişafı Azərbaycanda, digər post-sovet ölkələrində və Türkiyədədə müşahidə edilir. Yalnız Rusiyada 2011-ci illə 2010-cu ilin müqayisəsinə görə 2 dəfədən çox Smartfon satışlarında artım olmuşdur. ComScore verdiyi məlumatlara görə 2011-ci ildə aylıq ortalama üzrə 20 mln. çox adam QR kodlar vasitəsi ilə internet portallarına daxil olmuşdur.

Bütün bunlar marketinq kommunikasiyalarındada öz əksini tapır. Son bir ildə Türkiyədə 100-ə qədər şirkət öz kommunikasiyalarında QR-kodlardan istifadə etmişdir. Eyni şey Rusiya, Ukraynadada belədir.

Paralel olaraq dünyanın aparıcı pərakəndə satış şəbəkələrindən olan Zara, WallMart, MediaMarkt-Saturn qrup bügün QR kod vasitəsi ilə müştəriyə məhsul satışının proqramlaşdırılmasının üzərində işləyirlər. Bügün QR kodlar yalnız hər hansı informasiyanı daha detallı öyrənilməsi üçün istifadə edilirsə, yaxın gələcəkdə bu əsas satış vasitəsinə çevrilə bilər. Bügün biznes virtual dünya ilə reallığı birləşdirmək üçün mobil istifadəçilərə etibarlı ünsiyyət yolları axtarır. Bu QR kodlar vasitəsi son dərəcə asand və tez şəkildə həyata keçirilə bilər.

QR kodlar vasitəsi ilə şirkətlər müştərilərə haqqında aşağıdakıları öyrənə bilərlər:

  • Müştərinin yerini. İP adreslərlə müştərinin dünya üzrə yerləşdirdiyi yeri müəyyən etmək;
  • Mobil operatorunu;
  • Maraq dairəsini. Oxunan QR kodların tematikası ilə bunu təyin etmək asanddır;
  • Alışları. Müştəri QR kodla daxil olaraq hansı məhsullar əldə etmişdir;
  • Müştərinin şəxsi məlumatların;. Əgər müştəri buna razılıq verirsə.

Düşünürəm ki, QR kodların inkişafı pərakəndə satış sisteminin yenidən qurulmasına qədər gətirib çıxara bilər.

Bisnesin gələcəyi internetdədir!

Sosial şəbəkələr – marketinqin güclü silahı

Bizə facebook lazımdır?