Reklam şirkətləri ilə dost olmamağın yolları

Marketoloqun ən çox çalışdığı digər peşə sahibləri reklamçılardır. Mən bu yazıda yumoristik formada reklam şirkətləri ilə “düşmən” olmağın yollarından yazacam!

Beləliklə başlayaq Brifdən))

  1. Heç vaxt Brifi başqasına verməyin. Əsasəndə kreativ Brifi Sizdən başqa yaxşı yazan ola bilməz!
  2. Hədəf kütləni nə qədər geniş yazsanız müştəriniz bir o qədər çox olar.
  3. Hədəflərin geniş siyahısını tutun. Nə qədər çox olsa bir o qədər zərbə güclü olacaq.
  4. Hədəf kütlə təsviri zamanı bir-biri ilə tamamiylə fərqli olan hədəf kütlələri yazın. Məsələn karyerasının düşünənlər və evdar xanımlar!))
  5. Hər həftə Brifi dəyişin və… ən sonuncu gün yeni Brif hazırlayın.

Reklam şirkətinin prezentasiyasında:

  1. Heç vaxt emosiyalarınızı göstərməyin. Birdən şirkət hiss edər ki, ideya Sizin xoşunuza gəlib…
  2. Reklam şirkətindən onun fikrini soruşun və… əksinə olanı seçin
  3. 3×6 Billbordlarda bütün mağaza telefon nömrələrinin olmasını tələb edin. Həmçinin məhsulun üstünlükləri, texniki xarakteristikası mütləq olmalıdır.
  4. Maket əlinizə alan kimi, loqonun 3 dəfə böyüdülməsini tələb edin. Bu vacibdir!
  5. Fikirlərinizi imkan daxilində qeyri-müəyyən formada deyin. Heç vaxt konkret danışmayın!

Prodakşın şirkətinin seçilməsi – ehtiyyatlı olun…

  1. Çəkilişdə artıq adam saxlamayın (ay nə bilim qrimyor, stilist və s.)
  2. Rejissorun pulunu mütləq kəsin.
  3. Çəkiliş günü smetanın çox böyük olduğunu və Maliyyə direktorunuzun buna müsbət rəy vermədiyini deyin!!!

PPM-ə məsələ çox ciddiləşir. Reklam şirkəti Sizi aldatmağa yaxındır!

  1. Pəkşota 10 saniyədən az olmayaraq vaxt ayırın. Digər saniyələrdə brendinq etməyə çalışın. Bu məsələni sonuncu günə qədər reklam şirkətinə deməyin.
  2. Sonuncu prezentasiyada məhsulun rolunu güclənməsini istəyin. Siz belə etsəz nəyinki reklam aqentliyini həmçinin prodakşın şirkəti çətin sınağa çəkirsiniz!

Çəkilişlər:

  1. Çəkilişdə rejissorlara fikir verməyin. Özünüz aktyorlara təlimat verin. Sizin məhsulu Sizdən yaxşı çəkən ola bilməz.
  2. Aktyorları daim gülümsəməyə sövq edin. Brend pozitiv emosiya yaratmalıdır!
  3. Səsləndirmə zamanı eyni sloqanı müxtəlif versiyalarda yazdırın.
  4. İşin tam təhvil verilməsindən sonra (mütləq sonu gözləyin) musiqinin səhv seçildiyini deyin və 2 günə tam yeni musiqi tələb edin!!!

Bunu edən marketoloqlar reklam şirkətləri münasibətləri tam poza bilərlər!

Biznesmen OLMAMAĞIN yolları