image_pdfimage_print

Reklam hazırlanma prosesi haqqında müzakirələr getdiyi zaman çoxları özünü bu sahədə “ekspert” hesab edərək müəyyən fikirlər söhləyir. Əslində bütün peşələrin olduğu kimi reklam yaratma prosesinin prinsipləri və metodları mövcuddur. Bu yazıda mən dünyada tətbib edilən əsas reklam yaratma prinsipləri barədə söhbət açacam.

Marketinq kommunikasiyaları və reklam haqqında baza məlumatlı olanların hər biri AİDA metodu barədə məlumatlıdırlar, mən bu metoddan danışmayacam.

Beləliklə başlayaq:

  • AAPPA. Bu metoda görə uğurlu reklam üçün 5 vacib şərtə riayyət etmək lazımdır: diqqəti cəlb etmək (Attention), məhsulun və (və ya) xidmətin üstünlüyünü göstərmək (Advantage), üstünlüyünüzü sübut etmək (Prove), üstünlüyü başa düşmələri üçün inandırmaq (Persuade) və hərəkətə cağırmaq (Action)!
  • 4 P. Burada söhbət hamımızın çox məlumatlı olduğu marketinq miksdən getmir. Bu reklam üsulunun əsasını aşağıdakı 4 prinsip təşkil edir: Picture, Promise, Prove, Push. Metoda görə reklamın təsirli olması üçün diqqəti çəkən və məhsulu cəlbedici edən şəkil, müştəriyə verilən vəd, sübüt etmək və hərəkətə çağırmalıdır.
  • Star-Chain-Hook. Bu metod yeni meydana çıxsada kifayət qədər diqqəti cəlb etmişdir və aşağıdakılardan ibarətdir: Müştəriyə verəcəyiniz vədi mümkün qədər daha parlaq, ulduzlu edin, müştərinizi almaq üçün inandırıcı faktlar zənciri yaradın və sonda qüvvətli hərəkətə çağırışla cəlb edin.
  • 3 bucaq.  Bu metoda görə istənilən informasiyanı müştəriyə çatdırmaq üçün mütləq 3 inandırıcı faktdan istifadə etmək lazımdır. Paralel olaraq faktları dəməmişdəm qabaq dramatik bir vəziyyət yaradılmalıdır və bu 3 fakt müştərinin bu probleminin həllini aşkar etməlidir. Sözü gedən prinsip Stiv Djobsun və məşur PR menecerlərin ən çox istifadə etdikləri metodlardandır.
  • ACCA. (Awareness, Comprehension, Conviction, Action). Bu metod AİDA-a prinsip etibarı ilə çox oxşayır. Metodun əsasını reklam mesajlarında idrak, başa düşmə, əminlik və hərəkətin göstərilməsinin vacibliyi təşkil edir.

Bütün yazılan metodlara hörmətlə yanaşaraq öz reklam təcrübəmdə ən çox istifadə etdiyim metodun 3S olduğunu demək istəyirəm. Hesab edirəm ki, uğurlu marketinq kommunikasiyaları:

  1. Surprise – təəcubləndirməli;
  2. Simplify – Sadə olmalı;
  3. Synergise – Digər marketinq elementləri ilı birliklə informasiyanı gücləndirməlidir.

Bu haqda ətraflı yazdığım məqaləni oxumağı tövsiyyə edirəm.

Azərbaycan şirkətlərində reklam siyasəti

Gənclər üçün brendlər – 4D

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close