image_pdfimage_print

Dünya praktikasında çoxsaylı lider şirkətlər kiçik zaman içərisində sektorun geridə qalan şirkətinə və ya tam əksinə xırda bizneslər birdən biri sektorun liderlərinə çevrilirlər. Mən düşünürəm ki, belə halların əsas səbəblərindən biridə xarici mühitdə gedən proseslərə şirkətlərin adaptasiya olunma qabliyyətidir. Bu haqda bir-az ətraflı danışaq…

Şirkətlərin adaptasiya olunma qabiliyyəti dedikdə biz xarici mühitdə gedən proseslərin və bunun nəticəsi olaraq sektorda baş verən dəyişikliklərə cavab vermə tezliyi başa düşürük. Əgər KODAK şirkətinin adaptasiya olunma qabiliyyəti olsa edi bügün müflüsləşməzdi, əgər Pampers brend menecerləri müştərilərin premium məhsullara daha çox üstünlük verdiyi bilsəydi Pampers Premium subbrendini daha tez bazara salardı və s.

Bügün standart strateji planlaşdırma öz aktuallığını itirmiş vəziyyətdədir, bunu yaxında bir hissəsini oxuduğum BCG -in çıxardığı Adaptive Advantage kitabında aydın tərzdə hiss etmək olar. Dediklərimi aşağıdakı faktlarla sübüt edim:

  • Bügün sektorların sərhədləri çox “zəifdir”. Hansı seqmentin harda başladığı, harda bitdiyini təyin son dərəcə çətinləşib. Ən konservativ sektorlardan olan mebel sektorunda belə artıq şirkətlər öz bazarlarını mebel deyil, ev əşyaları kimi göstərirlər. Bir vaxtlar mobil operatorlar yalnız simsiz telefonlar edisə bügün sektor ünsiyyət yaradır (həm internet həmdə telefon);
  • Bazarda gedən proseslər sürətlə dəyişir, rəqiblər tam məlum deyil. Əgər bir vaxtlar şirkətin rəqibi corafi miqyasda aparılırdısa bügün qloballaşma bu tendensiyanı tam dağıtmışdır. Rusiya şirkətinin rəqibi Anqoladakı bir şirkət ola bilər, məsələn;
  • Strateji planlaşdırma üçün informasiya qaynaqları o qədər çoxdur ki, rəhbərlər bu informasiyaların vacibliyə görə ranjirovkasını və filtirdən keçirməsini edə bilmirlər;
  • Sektor elə tez dəyişir ki, nəyin ki 5 illik ümumiyyətlə 2 illik planlar belə hazırlamaq mənasız görünür və s.

Hesab edirəm ki, muasir dövrdə şirkətlərin əsas rəqabət üstünlüyü məhz adaptasiya olunma qabiliyyətidir və marketinqin əsas vəzifəsi xarici mühitdə gedən proseslərin daxili mühitə adaptasiya edilməsi olmalıdır.

Bu haqda mən daha ətraflı növbəti yazılarda yazacam.

Biznes strateqiyaların tətbiqində “qızıl üçlük”

Marketinq Departamenti və Nəzəri Marketinq

şərhlər

şərhlər

5 Comments

  1. Strategic planlar 1- ild'n chox muddeti ehate eden planlardir… Kimse demir 5 illlik hazirla:)). Bes bu planlarsiz qeyri mueyyenlik shirkete ne getirecek?

  2. Ilkin, məncə kitabı axıra qədər oxuyun… sonra BCG-nin Strategy-yə dair digər işlərini oxuyun… Sonra oturub tələsmədən oxuduqlarınızı "həzm edin"… Və (istəsəniz) bloga yazı yazın :)).

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close