image_pdfimage_print

Bundan əvvəl yazdığım bir yazıda şirkətlərin inkişafı üçün strateqiyanın və ümumi korporativ dəyərlərin vacibliyindən danışmışdım, eyni vaxtda maraqlı bloq yazısı ilə Anar Bayramovda strateji idarəetmənin üstünlüyü barədə yazdı və mən bunlarla əlbətdəki razıyım. AMMA… Buna baxmayaraq əgər şirkət öz biznes fəaliyyətində kor təbii olaraq hər şeyi strateji planlaşdırmanın üzərində qurursa, muasir dövrdə ən vacib prinsiplərdən olan adaptasiya olunma qabiliyyəti yoxdursa bu çox təhlükəlidir. Bu haqda ətraflı danışmışdıq, bu yazıda mən strateji idarəetmənin mənfi cəhətlərindən danışacam:Başlayaq ardıcıllıqla göstərməyə:

  • Şirkətlərdə strateji idarəetmə prosesində yalnız bir qrup işçilər olur və bu işçilərlər digər strukturlar arasında ciddi kommunikasiya problemləri olur, mən bunu praktikada dəfələrlə şahidi olmuşam;
  •  Strateji idarəetmə prosesi gələcək haqqında heç bir reallığı ortaya qoymur. Burada sadəcə keçmiş təcrübələrə əsaslanaraq gələcək haqqında şirkətin nail olmaq istədiyi hədəflərdən qoyulur. Bu prosesdə xarici mühitdə ola biləcək dəyişikliklər nəzərə alınmır;
  • Strateji planlaşdırmada dəqiq icra instruksiyaları olmur və bu strateji planlamanı daha çox nəzərə bir sənəd şəklinə salır. Bundan real fayda əldə etmək çox çətindir.
  • Strateji planlaşdırma prosesini alt səviyyədə icrası son dərəcə çətindir, çünki çox zaman bu prosesdə daxili mühit amilləri nəzərə alınmır.

Bütün yazılanlara baxmayaraq strateji idarəetmə şirkətdə ümumi yol göstəricisi, bir növ kompas kimi olması çox vacibdir!

Biznesinizin kompası var?!

şərhlər

şərhlər

11 Comments

  1. ILKIN MUELLIM SALAMLAR! Kor tebiilik olan yerde ciddi stratejik idaretme yoxdur demek veya eksine stratejik idaretme olmayan yerde kortebiilik olar, bu demek olar ki ekser az yashayan shirketlerde beledir! Kommunikasiya meslesinde haqq payin var, amma bunu idaretme professionalligina baglayiram!

    • Bilirsiz, bir cox sirketlerde strateji idaretme "penthausda oturub yere dusmeyen" isci rolunda gebul edilir… bu baximdan ilk olaraq idareetme professionalligi kimi giymetlendirilsede realda (oxu neticede) bu strateji idareetme fealiyyetinin nogsanli terefidir.

  2. Ilkin bəy, strateji idarəetmə bu gün alternativsiz olsa da, əlbəttə, zəif cəhətləri də var. Məsələn, kommunikasiya məsələsində razıyam sizinlə.
    Daxili və xarici mühit amillərinin nəzərə alınmamasında razı deyiləm. Tam nəzərə alına bilməz, amma mümkün qədər nəzərə alınmalıdır. Əks halda ona strateji plan deməzlər.

    • ANAR M, kommunikasiyada olan nogsan sadece strategic idaretmenin gunahindan veya zeifliyinden deyil, veya zeif terefi de deyil… bu umumi shirketin qeyri-professional idaretme struktur ve idarecilerinden qaynaqlanir… Tebii ki bir de qarmashadan faydalanan idareciler xususile kommunikasiyanin sistemlesmesinden ve professionalca idaretmesinden narahat olurlar.

    • Elədir Jabrayil müəllim, strateji planın kommunikasiyanın çətinliyini deyirəm sadəcə. Strategiyanı başa düşmək üçün işçilərdən konseptual bacarıqlar (şirkəti "görmə" bacarığı) tələb olunduğu üçün daha peşəkar komandalarda daha yaxşı alınır bu proses.

    • Strateji idareetmeye alternativler:
      1. Zeif signallarla idareetme (Ansof metodu)
      2. Megsedlerin ranjirovkasi
      3. Adaptasiya

      Tebii ki, eger SIz bu usullari strateji idareetme elementi kimi gebul edirsizse… onda altertivi yoxdur demek olar!

    • Bəli, bunlar strateji planın elementləridir.

  3. Anar Bayramov Jabrayil Valiyev Bes kommunikasiyadan basga orda diger nogsanlar gosterilib onlara munasibetiniz nedir?

    • Diger nöqsanların 2-si xarici və daxili mühit amilləridir, onlara münasibət bildirmişəm yuxarida.
      Qaldı ki strateji plandan real fayda almaq məsələsinə, burda da menecmentin peşəkarlığı həlledicidir. Daha peşəkar menecment daha məqsədli şəkildə istifadə edir Strateji idarəetmədən.

  4. İlkin m. 3,4-cu bendlerle hec ve hec razi deyilem… Senin dediklerinin strategic managemenin ishlerinin mueyyen hissesidir… Strategic managemet sadece onlar deyil ve de o bendlerdeki fikirlerinle de razi deyilem… icra funksiyasi yoxdur elbetde amma yonlendirici funksiyasi var… icranin bashinda olan bunu istifade etmirse day onda hec buna gerek de yoxdur! 2-ci bend ise strategic managementin ruhuna ziddir tamamen:))) eslind eishi kecmisle yox gelecekledirç sen ise tersini deyirsen! Belke kecmishin sehvlerini uze chixarib gelecekde onlari etmemeyi deyirsense bu ozu de guclu terefini gosterir ve ya shirketin kecmis ugurunun geleceye yayilmasini deyirsense bu the guclu terefini gosterir stratgic managementin! Bir de ki, seni qinamiram desen de ki shahidi olmusham:) amma shahidi olsan bele yazmazdin:)

  5. Siz də haqsız deyilsiz. Sadece bir şeyi nəzərdən qaçırmısınız. Hər şey tam və düzgün şəkildə icra olunduqda fayda verir. Əslində yazınızın adını stratejik idarəetmədə diqqət olunası lazım olan nöqtələr olsaydı əla olardı. Söz yox maraqlı yazıdı. Təşəkürlər.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close