image_pdfimage_print

Azərbaycan postsovet respublikaları arasında ən ticari məntiqlə düşünənlərdən olsada biznesin idarəedilməsini və aparılmasını Avropa ölkələrindən öyrənir. Əslində bu təbiidir və Azərbaycan biznesi hələ Avropa və ya Türkiyə ilə müqayisədə çox cavandır. Buna baxmayaraq hesab edirəm biznesin qanuna uyğunluqları ölkənin yaşından, corafi yerləşməsindən və ya irqindən asılı olmayaraq eynidir. Bu yazıda mən uğurlu biznes aparılmasının “qızıl qanunlarını” dünyanın aparıcı biznes rəhbərlərinin sözlərinə əsasən yazacam.

№ 1. Pol Bulke, Nestle. Biznesdə uğur qazanmaq üçün qlobal həyacan və yerli icra olmalıdır. Bu ifadəni Azərbaycan reallıqlarını adaptasiya edərək demək olar ki, işin sahibinin əsas vəzifəsi icraçıların motivasiya sisteminin düzgün hazırlanmasından və onlara hədəf çatmaq üçün həyacan verməkdən ibarət olmalıdır, başqa heçnə!!!

№ 2. Robert Makdonald, P&G.  Biz yeni məhsullar (brendlər) deyil, yeni ehtiyyaclar yaradırıq. Əslində uğurlu yeni biznes qurmaq üçün məhsulun yeni olmasına deyil, bügünə qədər olmayan ehtiyyacın tapılması vacibdir. Əsl yeni məhsulun hazırlanması bazarda rəqiblər tərəfindən hiss edilməyən yeni ehtiyyacın tapılmasından başlayır.

№ 3. Pol Polman, Unilever. Yalnız uğuruna inandığınız bizneslərdə çalışın və axıradək dediyinizin üstündə durun. İstənilən bir şeyin uğurlu olmasının birinci şərti onun icraçılarının uğura inanmasıdır. Nəticəsinə inanmadığınız heç bir işə girməyin.

№ 4. Muxtar Kənt, Coca Cola. Özünüzə olan tələbi artırmaqla, öz nüfüzünüzu artırırsınız. Dünyanın ən nüfuzlu türk CEO-su olan Muxtar “Vision – 2020” layihəsi ilə Colanın bazar dəyərini 2 dəfə artırmağı planlamışdır və bu hədəfə çatacağından əmindir.

№ 5. Yan Fransua Boksmeer, Heineken. Rəqiblərinizdən güclü olduğunuz bazarlarda çalışın. Həqiqətəndə bügün Heineken dünyada ən böyük dövriyyəyə sahib olan pivə şirkəti olaraq (21 mlrd.) premium seqmentdə çalışır və qətiyyən seqmentindən kənarlaşmır. Yalnız bu seqment brend çox güclü və qalibedilməzdir.

№ 6. Ayrin Rozenfeld, Kraft Foods. Sağmar inəklərinizi daim yoxlayın. Biznesdə gündəlik həyatda olduğu kimi sağmar inəkləri kəsməzlər prinsipi çox vacibdir. Daim biznesinizə pul kütləsi gətirən nöqtələrinin diaqnostikasını aparmaq lazımdır.

Ümumiyyətlə düşünürəm ki, Azərbaycanlı sahibkarlar xarici biznes təcrübəsini mütəmadi izləməlidirlər.

Mağazaçılığın 3 vacib şərti

UĞURLU BİZNESİN 3 SİRRİ

şərhlər

şərhlər

3 Comments

  1. Teshekkurler, gozel meslehetlerdir!

  2. sərmayəsiz biznes qurmaq mümkündürmü?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close