Monthly Archives May 2012

Marketinq sözü deyildikdə təbii ilk yada düşən şirkət P&G olur. Brend menecment anlayışını dünyaya gətirən şirkət dedikdə biz yenədə P&G yada salırıq. Lakin bugün mən bu şirkətin biznesə verdiyi daha bir böyük tövhədən, mikro-iqtisadiyyatın ən dərin iqtisadi doktrinalarının biri haqda danışacam. Buna çox zaman “Həqiqət anı” (ingilis dilində desək Moment of Truth) deyirlər.

Biznes dinamikliyi sevir, marketinq isə dinamiklik olmadan yaşaması mümkün deyil. Şirkətin ən innovativ bölümünün marketinq olduğunu qəbul etsək bu peşə ilə məşğul olanların fəaliyyətində lənglik ölümə bərabər olduğu barədə heç kim şübhə etməz. Bu dediklərimi təcrübəmdə yaşadığı bir neçə keyslə göstərəcəm.

Azərbaycanlı olmaq nə gözəldir!

Keçən il Azərbaycanımız Evrovizionda qalib olanda mən Dusseldorfdan Stutgarta gedirdim. Elektrik qatarında alman konduktor biletləri yoxlayırdı və birdən-birə mənim millətimin Azərbaycanlı olduğunu bilib… “Ooo, Aserbaidschan – Gratulieren dir, zur Evrovizion” dedi… mən o anda çox sevindim və hiss etdim bu Evrovizion bizim ölkəyə üçün nə qədər vacibdir! Təsadüfən bügündə mən yenə xarici ölkədəyəm və yenedə hər yerdə Azərbaycanımızın necə müsbət mənada xatırlatdıqlarının şahidi oluram. Bakının MDB ölkələrinin ən inkişaf etmiş şəhəri olduğu, Azərbaycanda olan qeyri-adi təşkilatı məsələlərdə xarici vətəndaşların necə ağız dolusu danışmalarını hiss etmək bilirsiz necə xoşdur?!

Bügün Azərbaycanda ixtisaslı menecer (əsasəndə marketoloq) tapmaq çox çətindir… məsələni kulminasiya səviyyəsinə gətirən isə 3-4 il iş təcrübəsi olan və xarici dildə danışmağı bilən adamların özlərini marketinq dahisi hesab etmələridir. Ağac bar verdiksə başını aşağı əyir məsəlinə tam əks olaraq bu cür “marketoloqlar” (menecerlər) qəliz ingilis dilli terminlərdən istifadə edir və özlərini sadəlik terminin antonimi kimi aparırlar. Bu onlara müsbət şey gətirməz!

Şirkətlərin korporativ brend yaratma prosesində əməkdaşların rolunun böyük olduğu və onların şirkət haqqında fikirlərinin biznesə təsiri barədə daha əvvəl söhbət etmişdik. Bu yazıda mən HR brendinqin faydaları və Azərbaycan şirkətlərindəki vəziyyətə barədə fikirlərimi Sizlərlə bölüşəcəm.

Bügün çalışdığım sektorun əsas hərakət verici qüvvəsinin qadın olduğundan əminəm. Lakin bu yaxında avtomobil almaq istəyirdim və hiss etdim ki, mənədə şuur altına təsir edən qüvvə məhz qadındır… məsələyə daha diqqətli yanaşsaq dünyanın hərəkət verici əsas kütləsinin məhz zərif cinsli nümayəndələr olduğu açıqca görünür. Bəs şirkətlər qadınlara yönəlik hansı marketinq alətlərindən istifadə etməlidirlər?

Çoxları mənimlə söhbət etdikdə marketinq peşəsinin vurğunu olduqlarını söhləyirlər. Bu sözdən sonra Marketoloq olmaq üçün nə lazımdır sualı gəlir. Təbii ki, bügün marketinq cəmiyyətdə ən ehtiyyac duyulan və şirkətlərə fayda verə biləcək strukturların başında dayanır. Mən bu yazıda problemə əks tərəfdən baxaraq, marketoloq olmamaq üçün nə lazımdır sualına cavab verməyə çalışacam.

Keçən yazıda yazdığım kimi, hesab edirəm ki Azərbaycan şirkətlərinin transmilli şirkətə çevrilmə və ya xarici bazara məhsul çıxarmaq üçün ən əlverişli corafi zona postsovet ölkələridir. Bununla yanaşı şirkətlərin xarici bazarlara girməsi üçün bəzi mütləq hesab etdiyim şərtlər olmalıdır. Bu şərtlər hansılardır?

Bügün şirkətimizin xarici əməkdaşlarının adaptasiya proqramı idi. Məndə işçilərimizə marketinq strateqiyası və brendlərimiz barədə məlumat verirdim. Ümumi izahatdan sonra təxminən 3 əsas tezisdən ibarət muasir marketinq haqda bir qısa təqdimat etdim. Bu haqda Sizlərlədə bölüşmək istəyirəm.

12
Close