image_pdfimage_print

Aha düz başa düşmüsünüz, tezliklə kompyuterlər bizim cibimizdə olacaq, daha sonra isə onu sadə saat kimi gəzdirəcəyik… bilirsiz niyə?

Bu yazını mən internet texnoloqiyalarla maraqlanan dostlarımızı hədəfə alıb yazmışam… xahiş edirəm nəzərə alın!

Muasir dövrdə internetin gələcəyinin kompyuterlərdə deyil, məhz planşet və smartfonların üzərində qurulacağı hamı üçün məlumdur. Google və Facebook kimi dünya nəhəngləri buna təbii olaraq bizdən daha tez başa düşüblər. 2012-ci ildəki baş vermiş hadisələrin qısa xronikasında sonra əsas məsələ doğru gedəcəm:

  • Facebook 1 mlr. dollara İnstegram-ı alır. Əslində 100 mlr. dövriyyəsi olan şirkətin 1 mlr. potensial təhlükəni alması doğrudur. lakin…
  • Microsoft və AOL arasında milyardlıq patent müqaviləsi…
  • Google və Oracle arasında OC Android barədə hüquqi çaxnaşmalar…

Bütün bu hadisələrin bir vacib kökü var: dünya internet bazarının liderləri xırda ekranları öz əllərində saxlamaq istəyir. Məsələn Facebook-un İnstegram almasının əsas səbəbi sosial şəbəkələr dövrünün yavaş-yavaş sona çatdığını və insanların bir növ internetdə daim qalmalarını önə çıxarır. İnstegram alışı ilə Facebook daha sosial şəbəkələrə yeni nəfəs verməklə özü üçün əməliyyat sistemini hazırlamaq istəyir.

Bügün muasir internetdə güclü olmaq üçün 3 vacib silaha sahib olmalısan: şəbəkə, platforma və əməliyyat sistemi. Bügün buna sahib olan tək şirkət Apple-r və bu şirkətin kapitallaşması dünyanada birincidir, $600 mlr. Ən qorxulu və təhlükəli vəziyyət təbii olaraq ki, Facebook-ır. Şirkətin əlində şəbəkə olsada nə əməliyyat sisteminə, nədə rəqəmsal qurğu istehsalı vasitəsi yoxdur…

Samsung və Apple rəqəmsəl qaydjetlərin istehsalı sahəsində, Google və Oracle isə əməliyyat sistemləri üzərində patent müharibəsinə girmişlər. Google-in keçən il Motorola Mobility sisteminə $12 mlr. ödəməsi təsadüfi deyil. Bütün bunlar gələcək internetə sahib olmaq istəklərinin ilkin simptomlarıdır. Android bazasında işləyən Google telefonları, Apple iOS sistemində işləyən iPhon-a cavabıdır.

Bügün internet mobilləşmə istiqamətində gedir. Yadımdadır Google ofisində olduğumuz zaman gələcək internet haqqında fikirlər çox sadə edi: internet birinci Sizin cibinizə sonra isə bədənizdən asılacaq səviyyəyə gələcək (saat və boyunbağı kimi, məsələn).

Bügün internet və gələcək inkişaf barədə söhbət açdığımız zaman “50 mln” statistikası mənim çox xoşuma gəlir. Radio 50 mln. əhatəyə 38 ilə, TV 13 ilə, internet 4 ilə, iPod 3 ilə, Facebook 6 aya çatmışdır! Və əsası yeni kommunikasiya aləti olab QR kodlar son dərəcə dinamik inkişafı bügün smartfonlar və planşetlərin həqiqətəndə gələcəyin interneti olduğunu sübüt edir.

Bir sözlə biznesin (marketinqin) gələcəyi internetdə, internetin gələcəyi isə mobilləşmədədir! Tezliklə cibinizdə internet olacaq!

QR kod – Reallıqla Virtuallığın vəhdəti

İnformasiya istehlakında – evolyusiya

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close