image_pdfimage_print

Azərbaycanlı olmaq nə gözəldir!

Keçən il Azərbaycanımız Evrovizionda qalib olanda mən Dusseldorfdan Stutgarta gedirdim. Elektrik qatarında alman konduktor biletləri yoxlayırdı və birdən-birə mənim millətimin Azərbaycanlı olduğunu bilib… “Ooo, Aserbaidschan – Gratulieren dir, zur Evrovizion” dedi… mən o anda çox sevindim və hiss etdim bu Evrovizion bizim ölkəyə üçün nə qədər vacibdir! Təsadüfən bügündə mən yenə xarici ölkədəyəm və yenedə hər yerdə Azərbaycanımızın necə müsbət mənada xatırlatdıqlarının şahidi oluram. Bakının MDB ölkələrinin ən inkişaf etmiş şəhəri olduğu, Azərbaycanda olan qeyri-adi təşkilatı məsələlərdə xarici vətəndaşların necə ağız dolusu danışmalarını hiss etmək bilirsiz necə xoşdur?! Əlbətdə bilirsiz! Həmdə bilirsiz ki, XXI-ci əsr informasiya əsridir və bizim ölkə informasiyanın bütün gücündən bügün istifadə edəcək. Bügün muharibə səngərlərdən çox sosial şəbəkələrdə gedir, KİV-ə gedir. Qalib gəlmək üçün informasiyanı düzgün çatdırmaq lazımdır. Bunu isə Azərbaycanımız aşağıdakı yollarla edir:

  • Evrovizion bizim ölkəmizi bütün dünyada necə inkişaf etdiyini və ən əsası… “Qarabağsız Azərbaycan yoxdur” mesajını bütün dünyaya çatdıracaq!  Ölkəmiz haqqında gedən roliklərdə biz ən vacib mesaj olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu düzgün tərzdə dünyaya çatdırmış olacağıq. Bilirsiz bunun dəyəri yoxdur…
  • Qeyri-adi musiqi janrı olan Muğamı dünyana çatdırmaq üçün daha əlverişli necə yer ola bilər?! Biz bügün bütün dünyada AZƏRBAYCAN sözünü eşitdirəcəyik və zəmanəyə uyğun tərzdə bunu edirik. Avropa mədəniyyətdən danışsada biz öz musiqi janrımızla bizim fərqli və mədəni xalq olduğumuzu çatdırırıq. Bunun dəyəri yoxdur…
  • Dünyanı biznes idarəedir. Evrovizion bir tərəfdən ölkəmizin iqtisadi gücünü, digər tərəfdən isə yerli sahibkarlar üçün gözəl imkanlar açır. Bugün Evrovizion uzunmüddətli imic kampaniyasına bənzəyir. Bügün biz brendin imic kampaniyası etdiyi zaman bir-başa satışların artımından danışmadığımız kimi, Evrovizion layihəsinin iqtisadi səmərəsindən bügün danışmaq tezdir. Bu layihə Azərbaycan brendini, Azərbaycan biznesinin inkişafı üçün bir təkandır! Bunun dəyəri yoxdur…
  • Xaricdə yaşayan Azərbaycanlılar üçün bu tədbir özlərini təsdiqlətmək və artıq öz millətimiz haqqında daha ucadan danışmağa imkan verir. Azərbaycan lobbisi bügün Evrovizion tədbirinə görə dahada güclüdür! Bunun dəyəri yoxdur…

Bir baxın bizim düşmənlərimizin əməllərinə və Siz əmin olacaqsınız ki, bu tədbir Azərbaycan üçün necə əhəmiyyətlidir. Dünyadan hamı qeyri-adi Evrovizion şousundan danışanda bizim İran “dostumuz” qey-paraddan danışırdı. Hardadır o qey-parad? Bügün Bakı haqqında bütün dünya original dizayn binaları, gözəl hava limanını, yüksək səviyyəli qonaqlama, bizim tariximizi, mədəniyyətimizi və ən əsası Qarabağı yada salır… bizim düşmənlər əlbətdə qey-paraddan danışacaq! Mənə ən pis təsir edən odur ki, bu danışanların içərisində bizim öz millətimizin nümayəndələri var…

Sizin xəbəriniz varmı bügün bizim düşmənlər Azərbaycana qarşı “qara PR” kampaniyasını başlayıb? Bu PR elementləri bəzi savadsız Azərbaycan gənclərinin mənasız yerə küçələrə düşməsi, İran müxbirlərinin hazırladığı yalançı süjetlər və s. boş-boş şeylərdir. Təbii ki, belə kampaniyalar bizim etdiyimiz işlərin qarşısında acizdir, təbii heç kim bu kampaniyaların həqiqət olduğuna inanmır… amma milçək özü bir şeydən olmasa ürək bulandırır!

Mən əminəm ki, bugün ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq və mən əminən bügün Azərbaycanın mədəniyyəti dünyada danışılacaq!

Birdə mən əminəm Evrovizion Azərbaycanımızın inkişafına verəcəyi tövhə sonsuzdur!

Azərbaycanlı olmaq nə gözəldir!

Perm – Moskva: təyyarədə əhvalat

Amsterdamda əhvalat

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close