image_pdfimage_print

Bügün şirkətimizin xarici əməkdaşlarının adaptasiya proqramı idi. Məndə işçilərimizə marketinq strateqiyası və brendlərimiz barədə məlumat verirdim. Ümumi izahatdan sonra təxminən 3 əsas tezisdən ibarət muasir marketinq haqda bir qısa təqdimat etdim. Bu haqda Sizlərlədə bölüşmək istəyirəm.

Ümumi tezislər barədə söhbətə keçməzdən əvvəl bu yaxında Astanada ezamiyyədə olduğum vaxt başıma gələn bir əhvalatı danışmaq istəyirəm… Dəməli Kievdən Astanaya uçurdum, Astana hava limanında gecə saatları oldum və bagajı götürmək üçün gözləyirdim. Bu anda vaxtım tez getsin deyə telefonu açdım və özümdə gözləmədən telefonda belə bir mesaj gördüm: “Только что здесь был Фахри Кулиев”. Çox təəcübləndim bu dostumu nəyin ki Astanada heç doğma Bakıda belə çoxtandı görmürdüm. Sonradan başa düşdüm ki, bu xidməti təklif edən facebook-ur. Mən face-ə girmişəm və olduğum yeri təyin edən kimi, face “qardaş” məlumat verib ki, “ay İlkin indicə Fəxridə burda olub!”. 5 dəqiqə keçmişdi dostumla hava limanında görüşdüm… Təsəvvür edirsinizmi, muasir texnoloqiyalar bizə necə imkanlar yaradır?! Marketinq insanları başa düşməkdir və bügün ki texnoloqiyalar marketinqin gələcəyi barədə xəbər verir.

Keçək tezislərimizə. Beləliklə muasir marketinqi xarakterizə edən 3 əsas hesab etdiyim tezislərlə bölüşəcəm.

Tezis № 1 – Media istehlak fraqmentləşir. Bügün istehlakçılar tərəfindən medianın istehlak xarakteri tamamiylə deyişmişdir. Əgər 1950-1960-ci illərdə informasiyanın istehlakı bircinsli və demək olar ki, alternativi olmayan qaynaqlardan əmələ gəlirdisə bügün insanların informasiya alma qaynaqları demək olar ki, sonsuzdur. Burada ən vacib məsələ informasiya yayılma nöqtələri deyil, məhz informasiyanın tam nəzarətsiz şəkildə istehlak edilməsidir.

İnsanlar informasiyanı bir çox qaynaqlardan aldıqlarına görə marketinq üçün istehlakçı ilə danışmaq yolları çətinləşir (bahalaşır). Statistikaya görə 1990-cı illə 2011-ci il arasında dünya üzərindən reklam xərcləmələri 3,5 dəfə artmışdır. Paralel olaraq digər araşdırmalara görə bir reklamın 1000 nəfər auditoriyaya göstərilmə qiyməti (CPT) müqayisəli dövrə görə 8 dəfə daha baha başa gəlir (burada söhbət ənənəvi media kommunikasiyalardan gedir). Digər sözlə desək muasir dövrdə ənənəvi reklam daşıyıcıları öz aktuallığını itirir.

Nəticə № 1 – Ənənəvi reklamın effekti 17 dəfə azalmışdır.

Tezis № 2 – İnsanlar və cəmiyyət sosiallaşır. Bügün insanlar əsas informasiya qaynağı kimi, sosial şəbəkələri görürlər. Aparılan araşdırmalara görə facebook-a girən insanların 80% çoxunun əsas məqsədi məhz informasiya alış verişidir. Sosiallaşma prosesi bizim həyatımıza çox sıx girmişdir. Eyni zamanda sosiallaşma eyni zamanda insanları bir-birləri ilə nəyin ki, yaxınlaşdırma hətta ciddi şəkildə uzaqlaşdırmağa başlamışdır. Bügün face-da dost olan 2 nəfər illərlə bir-birinə zəng etmir. Artıq insanlar arasında münasibətlər belə onlayn müstəviyə keçmişdir. Sosial şəbəkələrin inkişafını xarakterizə edən ən vacib göstəricilərdən biridə 50 mln. statistikasıdır: radio 50 mln. istifadəçini 38 ilə, televiziya 13 ilə, internet 4 ilə, i-pod 3 ilə, facebook CƏMİ 6 aya yığmışdır!

Nəticə № 2. İnsanlar öz həyatlarını şəffaflaşdırdıqca həqiqi insan münasibətləri onlayn müstəviyə keçir.

Tezis № 3 – Google – axtarış sözünün sinonimidir. Bügün bir çox dillərdə googlen deyə bir ifadə meydana gəlmişdir. Hətta 2010-2011-ci illərdə çıxan ingilis və alman dili lüğətlərində googlen feyli vardır ki, buda axtarmaq mənasını verir. Həqiqətəndə bügün axtarış google-ən başlayır. Başqa sözlə desək artıq Sizin mağazanızın qapısı google-dir. Bu baxımdan insanlar onlayn məlumat toplama verdişlərinə çox sürətlı uyğunlaşırlar. Bu sürət onlayn alış-verişlərinin artım tempindən onlarla dəfə daha sürətlidir.

Nəticə № 3.  Onlayn axtarış sistəmləri (əsasəndə google) biznesin başlanğıc nöqtəsini tətin edir. İstər biznes, istər fərdi menecer kimi Siz mütləq onlayn səviyyədə aktiv olmalısınız. 

Düşünməyə dəyər…

Bizə facebook lazımdır?

QR kod – Reallıqla Virtuallığın vəhdəti

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close