image_pdfimage_print

Çoxları mənimlə söhbət etdikdə marketinq peşəsinin vurğunu olduqlarını söhləyirlər. Bu sözdən sonra Marketoloq olmaq üçün nə lazımdır sualı gəlir. Təbii ki, bügün marketinq cəmiyyətdə ən ehtiyyac duyulan və şirkətlərə fayda verə biləcək strukturların başında dayanır. Mən bu yazıda problemə əks tərəfdən baxaraq, marketoloq olmamaq üçün nə lazımdır sualına cavab verməyə çalışacam.

Beləliklə başlayaq sadalamağa:

№ 1. Sərhədli düşünən adamdan marketoloq olmaz. Əgər mütəxəsis öz düşüncələrinin reallaşması üçün çox saylı maneyələr qoyursa bu insan heç vaxt yaxşı marketoloq ola bilməyəcək. Bu tip insanlar daim öz düşüncələrinə təxminən bu səpkidə edirlər: “Filan şey olsa edi əla olardı, lakin heyf ki bizim fabrikdə bu məhsul ola bilməz, filan şey olsa edi əla olardı, lakin heyf bizdə yetərincə büdcə yoxdur! və s.” Marketinq sərbəst düşüncəni sevir, marketinq çılğınlığı sevmir, marketinq şablonu sevmir. Fikirlərimi bir neçə praktik misallarla əsaslandırım:

  • Marketinq yeni konseptlər yaratmalıdır. Bunu etmək üçün sərhədli (ramkalı) düşünmək olmaz. Məsələn istehsal blokundan olan adam heç vaxt marketinqdə işləyə bilməz, çünki istehsal insanda sərhədli düşüncə xasiyyəti yaradır.
  • Marketinq reklam strateqiyası qurmalıdır. Bunun üçün bənzərsiz və düzgün düşüncə tərzi olmalıdır. Sərhədli düşünən adam ən yaxşı halda hansısa uğurlu reklam konseptinin kopyalanmasını təklif edəcək, bizim işdə isə kopyalamaq olmaz!
  • Marketinq fəaliyyəti vençur investisiyalara bənzəyir. Risk faizi yüksəkdir. Sərhədli düşünən adam heç vaxt vençur layihəhə qol qoymaz çünki bu onun üçün yol verilməzdir, bu sərhədlərin aşılmasıdır.

№ 2. Risk etməyi bacarmayan adamdan marketoloq olmaz. Təsadüfi deyil, ki dünya səviyyəsində marketoloq ən tez iş yerini dəyişən peşəlarin başında durur. Bu səbəblərdən biridə bu fəaliyyətin daimi risk altında olmasıdır. Maraqlı məqəm burasındadır ki, bu peşədə risk etməkdən qorxmaq ən böyük riskdir! Fəaliyyətsizlik bizim peşədə ölümə bərabərdir. Bu baxımdan risk etməyi bacarmayan marketoloq iş yerindən daha tez uzaqlaşdırılır. Əsaslandırılmasına keçək:

  • Marketinq fəaliyyətinə çoxsaylı idarəedilməyən amillər təsir edir. Məsələn əgər Siz hansısa bir reklam kampaniyası keçirirsinizsə burada kampaniyanın uğurlu olub-olmasına xarici mühit amilləridə təsir edir və bəzən kampaniyanın uğurlu olmaması riskinin faizi çox yüksək olur.
  • Marketinq biznesin mövcudluğuna təsir edən amillərin üzərində qurulmuşdur. Məsələn marketinqin verdiyi qərarlar əsasında qiymətqoyma siyasətini dəyişir, şirkətin (brendin) mövqeyi yenilənir, satış kanalları ilə iş dəyişə bilər. Başqa sözlə desək, marketoloq fəaliyyəti daim göz önündədir.
  • Marketinq şirkətin ən yenilikçi strukturudur. Şirkətlərdə (söhbət marketinqi başa düşən şirkətlərdən gedir) marketoloqdan hər zaman yenilikçilik gözləyirlər. Yenilik isə ən riskli insan fəaliyyətidir. Çünki yenilik bügünə qədər analoqu olmayan fəaliyyətin üzərində durur və təbii olaraq uğursuzluq ehtimalı cari fəaliyyətlə müqayisədə çoxdur. Risk etməyi bacarmayan adam, yenilik gətirə bilməyəcək, yenilik olmasa isə marketinq yoxdur!

№ 3. İnandırmağı bilməyən adamdan marketoloq olmaz. Marketinq fəaliyyətinin başında müştərilərin ehtiyyaclarının məhz bu məhsul və (və ya) xidmətlər ödədiyinə inandırmaq durur. Biz iş fəaliyyətində satış komandasını inandırmalıyıq ki, məhz bu hədəflərə gələn il çatmaq olar, səhmdarı inandırmalıyıq ki məhz bu qədər büdcə verməsə biz hədəflərə çata bilmərik və ən əsası müştərilərimizi inandırmalıyıq ki məhz bizim malları alaraq Siz ehtiyyaclarınızı tam ödəyəcəksiniz… və s. və ilaxir. Hesab edirəm ki, mən Sizi inandıra bildim ki, Marketoloqun işi – inandırmaqdır!

Bütün bu deyilənlərlə yanaşı bir neçə digər fikirləri əlavə etmək istəyirəm. Marketinq bir layihə fəaliyyətidir. İstənilən şirkətdə uğurlu marketinq karyerası üçün ilk növbədə Siz layihə idarəedilməsinin baza prinsiplərini bilməlisiniz. Marketoloqun şirkətdə atacağı ilk addım səhmdarın marketinqdən nə gözlədiyini bilmək olmalıdır (layihənin birinci mərhələsi – hədəfin təyini), sonra marketoloq bu hədəfə çatmaq üçün vaxt və resurs amilini dəqiqləşdirməlidir (layihə idarəedilməsində buna üç bucaq metodu deyirlər), bundan sonra isə uğurlu hədəfin rəqəmsəl ifadəsi təyin olunmalı, hesablanma indikatorları bilinməlidir. Yalnız bundan sonra marketinq şirkətdə “uğurlu” hesab edilə bilər… Unutmayın marketinq bir layihə fəaliyyətidir və təbii olaraq ki, hər bir layihənin başlanğıc və son nöqtəsi olmalıdır.

Marketoloqlara dərin hörmətlə,

Biznesmen OLMAMAĞIN yolları

Marketinq funksiyaları, Marketinq Nədir?

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close