image_pdfimage_print

Reklam şirkətləri ilə işin təşkilindən danışmazdan əvvəl qeyd etmək vacibdir ki, şirkətlər reklamın istehlak səviyyəsinə görə şərti olaraq 3 qrupa bölünməlidirlər: iri şirkətlər (transmili və liderlər), orta və kiçik şirkətlər. Böyük şirkətlərlə reklam aqentliklərinin əməkdaşlığının xarakteri məlum səbəblərə görə orta və kiçik biznesdən xeyli fərqlənir. İri şirkətlərdə adətən illik marketinq büdcələri olur və bütün reklam aktivliyi layihələr şəklində əvvəlcədən planlaşdırılır. Konkret yazıda biz orta və kiçik şirkətlərinin reklam aqentlikləri ilə iş prinsipindən danışacağıq. Bu tip şirkətlərdə daha çox kütləyə yönəlmiş marketinq fəaliyyəti deyil, dar bucaqda “partizan” marketinq alətləri istifadə edilir.

Bütün reklam fəaliyyəti istifadə növlərinə görə iki böyük kateqoriyaya bölünür: ATL və BTL. Bu sözlər bügün marketoqların slenqində geniş istifadə edilir. Nəzəri məsələlər barədə uzun-uzadı danışmayaraq xatırladıram ki, ATL dediyimiz zaman biz kütləyə yönəlmiş reklam alətləri, məsələn televiziya, radio, küçə reklamları, KİV-ə reklamlar və məlumatlandırılma növündən asılı olmayaraq bütün PR fəaliyyəti nəzərdə tuturuq. BTL dedikdə biz daha çox sərgilər, satış nöqtələrində xüsusi tədbirlərin keçirilməsi, müəyyən yerlərdə məhsuldan istifadə üçün test-versiyaların paylanılması kimi reklam fəaliyyəti aid edirik.

İstənilən reklam şirkəti ilə işləmək üçün biznesin növündən, həcmindən və corafi əhatəsindən asılı olmayaraq müəyyən edilmiş prinsiplər mövcuddur. Bu prinsiplər əsasında Azərbaycan olan bir çox şirkətlər uğurlu fəaliyyət göstərirlər. Prinsiplər aşağıdakı mərhələlərdən ibarətdir:

İlk əvvəl hər şey Reklam Brifinin hazırlanmasından başlayır. Reklam şirkəti ilə iş məhz reklam Brifindən başlayır. Düzgün yazılmış Brif uğurlu fəaliyyətin əsasıdır. Biz Embawood şirkətindən reklam brifləri hazırladığımız zaman aşağıdakıları nəzərə alırıq:

  • Ümumi məlumat. Burada şirkətiniz haqqında məlumat verirsiniz.
  • Vermək istədiyiniz informasiya haqqında məlumat. Yəni Siz konkret olaraq nəyi müştərinizı çatdırmaq istəyirsiniz.
  • Müştərinizin təsviri. Yəni Sizin mesaj kimlərə yönəlmişdir.
  • Reklam kampaniyasının hədəfi. Siz bu reklamdan sonra nə gözləyirsiniz.
  • Əsas arqumentləriniz. Yəni Sizin bazarda əsas rəqabət gücünüz.
  • Reklamın tonu. Neçə bir reklam istəyirsiniz. Bunu heç göstərməməkdə olar. Sadəcə biz brendin konkret reklam tərzi olduğu üçün bu yeri daim təsvir edirik.
  • Tarixlər və reklam materillarının istifadə yeri, müddəti.
  • Verilən Brif əsasında reklam şirkətləri təqdimatlar edirlər. Bu təqdimatlara görə heç bir ödəniş edilmir. Ümumiyyətlə reklam fikrinin təqdimatı bir-başa olaraq şirkətin işə yanaşmasını göstərir. Belə təqdimatlarda aşağıdakılara diqqət yetirmək vacibdir:
  1. İdeyanın Sizin Briflə uyğunluğu. Unutmaq olmaz ki, istənilən reklam kampaniyasının uğuru məhz hədəfə çatmaqla ölçülür.
  2. İdeyanın bənzərsizliyi.
  3. İdeyanın həyata keçirilməsinə çəkilən xərclər. Buraya yalnız maliyyə deyil, həmçinin vaxt itkisidə aiddir.
  4. Reklam şirkətinin seçilməsi. Şirkət seçildikdən sonra Siz keçirmək istədyiniz kampaniyanın vaxtlarını təyin edirsiniz və reklam fəaliyyətinə rahatlıqla başlaya bilərsiniz.

Bügün Azərbaycanda çox saylı reklam şirkətləri olmasına baxmayaraq müştərinin biznes inkişafını düşünən və reklam fəaliyyətinin incəsənət deyil, nəticəyə yönəli olduğunu başa düşən şirkətlərin sayı azdır. Bu baxımdan hesab edirəm ki, yuxarıda sadalanan mexanizm mütləq şəkildə tətbiq edilməlidir.

Sonda reklam faəliyyətinin effektivliyindən xəbər verən əsas kriteriyalar aşağıdakılar olmalıdır:

  • Məhsulun (şirkətin) müştərilər tərəfindən tanınması
  • Satışların artması;
  • Mağazaya və ( və ya) ofisə ziyarətlərin, telefon zənglərinin çoxalması
  • Sadiq müştəri kütləsinin yaradılması və s.

Reklam şirkətləri ilə dost olmamağın yolları

Azərbaycan şirkətlərində reklam siyasəti (1-ci yazı)

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close