image_pdfimage_print

May ayının 13-ə İB Clubun təşkilatı ilə görüş keçiriləcək. Mən bu görüşdə iş fəaliyyətimdə mənə kömək edən 10 vacib prinsip barədə söhbət açacam. Daha konkret desəkmən bügün daim tətbiq etdiyim prinsiplərin 10 ən vaciblərini dəyəcəm. Bunlar aşağıdakılardır:

  1. Sən şirkətin baş direktorusan. İşlədiyim işdən asılı olmayaraq Siz işin baş direktoru kimi özünüzü aparmalısınız. “Bu mənim işim deyil” sözü kobud səhvdir.
  2. Tapşırıqları düşünün. Rəhbərliyin Sizə verdiyi tapşırığı mütləq təhlil edin. Yalnız doğru qəbul etdiyiniz və başa düşdüyünüz işin görün.
  3. Sadəlik gözəllikdir. İş fəaliyyətində hər şeyi sadələşdirin. Çətin işlər və ya çətin (qarışıq) sözlərlə işləməyin.
  4. Limondan – limonad edin. Ən pis şeylərdə bir fayda, mənfəət əldə etməyə çalışın. Neqativ rühlu olmayın.
  5. Vaxtında və ya ölü. Heç vaxt gecikməyin. İşin ya vaxtında edin yada hec etməyin. Lənglik olmaz!
  6. Problemi gizlətməyin. Heç vaxt, təkrar edirəm heç vaxt işə maneyə olan bir şey saxlamayın. Problem aşkarlanmalıdır. Gizlədilmiş problem sabah Sizi məhv edə bilər.
  7. İştirak deyil – qələbəyə çalışın. Hər işdə uğur göstəriciləri olur. Siz çalışın onu bilib o hədəfə çatasız. Hədəfdən kənar iş görmək olmaz. Sizə verilən tapşırıqları yerinə-yetirin.
  8. 100 ölçün – 1 biçin. Addımlarınızı diqqətlə düşünün. Əmin olmadığınız mövzuda diskusiyaya girməyin. Hansısa fikir söhləyib geriyə çəkilmək karyeranızı zərbə vuracaq. Buna görə mütləq bildiyinizi deyin və geriyə çəkilməyin.
  9. Sözünüzü dinləmirlərsə bu Sizin problemdir. Əgər kimsə Sizin e-mailinə cavab vermirsə bunu çalışın başqa yolla çatdırın. Unutmayın söz sahibi onun ünvana çatmasına görə məsuliyyət daşıyır.
  10. Həyat, karyera marafondur. Qaçışdan həzz alın!

Mən seminarda bu mövzuları daha dərin açacam və marketinq direktorunun karyerasına təsirlərini göstərəcəm. Məncə maraqlı olacaaq!

Gənclər üçün Marketinq Seminarı

Haqqımda

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close