image_pdfimage_print

Keçən yazıda yazdığım kimi, hesab edirəm ki Azərbaycan şirkətlərinin transmilli şirkətə çevrilmə və ya xarici bazara məhsul çıxarmaq üçün ən əlverişli corafi zona postsovet ölkələridir. Bununla yanaşı şirkətlərin xarici bazarlara girməsi üçün bəzi mütləq hesab etdiyim şərtlər olmalıdır. Bu şərtlər hansılardır?

İlk əvvəl qeyd edim ki, Azərbaycan bazarı ambisiyalı sahibkar üçün kiçik hesab edilir və böyük şirkət olmaq yolu xarici bazarlara girməkdır. Lakin bu heçdə xaricdə işləmək üçün yeganə səbəb deyil. Şirkətlərin xarici bazarlara girməsi üçün digər səbəblər ola bilər, məsələn:

  • Şirkətin biznes düşüncəsinin inkişaf etdirilməsi üçün. Xaricdə işləyən şirkət öz daxilində yeniliklərə daha tez açıq ola bilir. Məsələn Embawood şirkətinin inkişafında xarici bazarların rolu çox böyükdür. Məhz bu bazarlarda şirkət məhsullarını və biznes proseslərini dahada təkmilləşdirmişdir.
  • İşçilərin ixtisaslarının artırılması. Xarici bazarda aktiv olan şirkətlərdə mütəxəsislər daha tez inkişaf edir. Bunun əsas səbəbi biznesdə beynalxalq təcrübənin vacibliyidir. Bu haqda ətraflı yazımız olsada xatırladıram ki, biznesdə düzgün qərar vermək üçün beynalxalq təcrübə vacibdir.
  • Rəqiblərdən qorunmaq üçün. Ən təsirli müdafiyə hücümdur. Başqa sözlə desək məsələn Azərbaycan şirkətləri daxili bazarda türk brendləri ilə mübarizə aparırsa, türkiyyədə biznes qurmaq daxili bazarda rəqabət aparmaq üçün vacibdir. Eyni strateqiyanın türkiyyədə Mavi brendi edirdi. Amerika şirkətləri daxili bazarda Mavi-ni sıxdığı üçün amerikada göstəriş üçün mağaza açılmışdı və s.

Bu səbəbləri göstərməkdə məqsədim odur ki, Sizdə mənimlə razılaşasınız ki, yerli şirkətlər üçün xarici bazarlar vacibdir. Keçək daha vacib məsələyə yerli şirkətlərə xarici bazarda uğurlu olmaları üçün hansı şərtlər tələb olunur. Başlayaq:

  1. Biznesin xarici bazara adaptasiya edilə biləcək rəqabət üstünlüyü. Bu səbəb olmadan heç bir xarici ölkə haqqında fikirləşməyə deyməz. Bu üstünlük bir çox şeylərdə biruzə verilə bilər, məsələn sahibkarın əzmkarlığı, xüsusi istehsal məntiqi, xüsusi satış məntiqi, fərqli brend konsepsiya və s. əsas odur ki, bu üstünlük olsun, bu üstünlük şirkət tərəfindən qəbul edilsin və ən əsası üstünlük xarici ölkəyə adaptasiya olunsun.
  2. Xarici ölkədə istehsal və ya idxal edəcəyinizin məhsulun mövcudluğu. Məsələn əgər Anqolada kiminsə un fabriki olsa edi, o adam tezliklə milyonçu olardı… AMMA bu imkan yoxdur. Yeni girdiyiniz bazarda nə qədər primitiv səslənsədə nə təklif etdiyinizi düzgün təyin etməlisiniz. Düzgün seçilmiş məhsul strateqiyası xarici bazarda uğurlu olmaq üçün ən vacib şərtlərdəndir. Sizin rəqabət üstünlüyünüz ola bilər, lakin məhsul olmadan bu mənasız və faydasız olacaq!
  3. Xarici bazarda işləmək üçün kapital. Kapital dediyim zaman biz iqtisadi nəzəriyyədə olan məntiqlə məsələyə yanaşırıq. Sizin xarici bazarda işləmək üşün həm maddi, həmdə insan resurslarınız olmalıdır. Unutmaq olmaz ki, bu proses daxili bazara olan diqqətin azalması və bu bazardakı əsas resursların hesabına olması doğru deyil. Sizin sərbəst kapitalınız olmalıdır!
  4. Beynalxalaq biznesinizin nəzarət mexanizmi. Xarici bazarlarda iş prosesinin digər fərqləndirici cəhəti odur ki, bu tip bizneslərin nəzarəti daxili bazarla müqayisədə dahada çətin olur. İşə başlamazdan əvvəl hesabat sisteminin düzgün hazırlanması mütləqdir.
  5. Çalışdığınız bazarın kifayət qədər mənfəətli olması. Bu sıraca axırıncı olsada əhəmiyyət nöqtəyi nəzərdən birincidir. Heç bir biznes fəaliyyəti, sadəcə fəaliyyət olsun deyə edilmir. Hər şeyin başında pul dayanır və əgər Siz xarici bazardan pul qazanmayacaqsınızsa məncə bu işə heç başlamayın!

Yazılanlardan əlavə xarici bazarın seçilməsi zamanı hansı amillərə diqqət yetirilməsi vacib olduğunu Sizlərin yadına salım:

  • Ölkədə qanunverilicilik sisteminin öyrənilməsi;
  • Məhsulunuzun bazarının hesablanması və gələcək inkişaf tendensiyasını planlaşdırmaq;
  • Ölkədə işçilərin əmək haqqının öyrənilməsi;
  • Əsas rəqibləriniz barədə məlumat;
  • Ölkənin marketinq araşdırılması.

Düşünürəm ki, bir çox sektorda olan Azərbaycan şirkətləri xarici bazarlarda uğur qazana bilər, sadəcə bir-az daha çox işləmək lazımdır!

Beynalxalq təcrübə marketinqdə vacibdir

Azərbaycan şirkətlərinin inkişaf coğrafiyası

şərhlər

şərhlər

2 Comments

  1. ILKIN muellim Rusiyada biznes qurmaq Sizce ne geder cetindir? Fikirleriniz maraqlidir

    • Yaxşı yazıdır. Hiss edilir ki, İlkin müəllim biznesin içində olan adamdır. Bizdə bu mentalitet var mən inanmıram, bizim şirkətlər global bazara çıxa bilsin

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close