Monthly Archives İyun 2012

Dostların bildiyi kimi, mən iyun-iyul aylarında Almaniyada ixtisas artırma proqramında iştirak edirəm. Proqramın əsas məqsədi qlobal idarəetmə üzrə menecerlərin hazırlanmasıdır və bunu Steinbeis Global İnstitutu təşkil edir. Sabahdan Almaniyanın eksport üzərində öz işlərini quran şirkətləri ilə tanışlığa başlayacağıq. Bu şirkətlər də əsasən beynalxalq səviyyədə fəaliyyət göstərən şirkətlərdir. Yerləşmə yerləri Baden Wurtemmberg və Bavariyadır. Ümumiyyətlə proqram üzrə olacağım şirkətlərin siyahısını Sizlərə təqdim etmək…

Dünən Almaniyanın Abzatswirtschaft jurnalının redaksiyasında çox maraqlı bir görüşüm oldu. Əslində son dərəcə praqmatik almanların Azərbaycanlı bir marketoloqun xahişinə görə vaxt ayırıb görüşmələri məni çox təəcübləndirdi (müsbət mənada). Görüşdən sonra mənə özlərinin dərc etdikləri mini bir kitabça verdilər. Bu kitabçada marketinq haqqında deyilən məhşur aforizmlər yer alır. Mən Sizlərə bu aforizmlərin bəzilərini (çox cüzi hissəsini) çatdırmaq və yaddaşlarınızda bu olan fikirlərə tezələmək istəyirəm.

Çoxları şahmat oyununun insan düşüncə qabiliyyətinin artırılmasında olan faydasını bilir. Əlbətdə şahmat fərqli düşünmə, uzaq-görənlik, təhlil etmə qabiliyyəti, kreativlik və ümumiyyətlə həyatı başa düşmək üçün çox vacibdir. Lakin mən bu yazıda şahmatın bizneslə əlaqəsi barədə Sizlərlə söhbət açacam.

Bügün Azərbaycanda yerli şirkətlərin ən böyük problemi insanların beynində hələdə “yerli istehsalın” – keyfiyyətsiz olması barədə düşüncələrdir. Maraqlı budur ki, yerli istehlakçı bu istiqamətdə sırf emosional formada düşünür və rasional cavabı demək olar ki, yoxdur. Təbii ki, bəzi sahələrdə yerli istehsal həqiqətəndə xarici mallardan geri qalır, buraya birdə insanların daha əvvəl ki mənfi təcrübələridə yada düşəndə… azərbaycanlı olaraq deyirik: “artıq pul verərəm, amma yerli mal almaram”. Bəs yerli şirkətlər bu istiqamətdə nə etməlidirlər?

Bu yaxında Trumpf şirkətinin mərkəzi ofisində seminara getmişdim. Şirkətlə və biznes-proseslərlə tanış oldum və illik dövriyyəsi 2 milyard Evrodan çox olan şirkətin – ailə şirkəti olduğunu öyrəndim. Menecerliyi Trumpf ailəsinin 3-cü nəslindən olan xanım aparır və Sizə deyim, son dərəcə uğurlu. İldə R&D 160 mln. Evro xərclənir və biznes proseslər sadəcə mükəmməldir. Şirkətin ümumi olaraq 20-ən çox istehsal fabriki mövcuddur və bu sektorun ən innovativ şirkətidir (patent sayına görə).

Bu yaxında dostların təkidi ilə həftə sonunda Parisə səyahət etdik. Həqiqətəndə dünyanın müxtəlif ölkələrindən milyonlarca turisti cəlb edən Avropanın ən bahalı şəhərini görməyə dəyərmiş (Mən Avropanın bir çox şəhərlərində olsamda Parisə birinci dəfədir gedirdim). İstər Noterdam kilsəsi, istər Luvr, istər şahzədələrin evi Versal, istərsədə Eyfel qülləsi ilə Parij mükəmməldir. Lakin bügün mən Sizinlə bu mükəmməliyin arxasında dayanan “Paris” brendi haqqında danışacam.

Çox zaman biz brend dediyimiz zaman ilk ağla gələnlərdən P&G, Unilever, Coca-Cola və Kraft-ın olur, lakin unutmaq olmaz ki, bügün ölkə, şəhər, şəxsiyyətlər belə özlərində brend dəyərləri əks etidirir. Bu yazıda mən dünyanın ən güclü ölkə brendi olan “Made in Germany” brendinin güclü tərəflərindən danışacam.

Keçən dəfələrdə yazdığımız kimi, güclü brend qurmaq üçün birinci vacib məsələ müştəri haqqında düzgün informasiyanın olmasıdır. Bunun üçün marketoloqların (brend menecerlərin) ən çox istifadə etdikləri metodlarlardan biridə əhalinin sosial iqtisadi statusuna (SES) görə sinifləndirilməsidir. Bəs SES dediyimiz zaman biz nə başa düşürük? SES-e hansı kriteriyaya görə aparılır?

İNANIRAM Kİ, ÖYRƏNDİKLƏRİM BUNU KOMPENSASİYA EDƏCƏK! Sabahdan bir ay ərzində Almaniyada ixtisas artirma kurslarinda olacam. Əsasən Alman şirkətlərində marketinq və satış prosesinin öyrənilməsi istiqamətində olacaq işlərim. Təbii ki, məni tanıyanlar bilir ki, mən alman idarəetmə məntiqinin geniş "təbliğatçısıyam" və bügündə hesab edirəm ki, almansayağı biznesin təşkili bizim ölkəmizdə olan şirkətlər üçün çox əhəmiyyətlidir. Biznes proseslərinin öyrənəcəyim Alman şirkətləri içərisində illik…

Bügün Azərbaycan brendləri barədə söhbət açırıqsa təbii ki, pərakəndə satış şəbəkələridə yada düşür. Mən yazıda Azərbaycanda 3 pərakəndəçi brendin: Romantic, İdeal və Bizim Market timsalında ümumi vəziyyət barədə fikirlərimi Sizlərlə bölüşəcəm.

12
Close