image_pdfimage_print

Bu yaxında Trumpf şirkətinin mərkəzi ofisində seminara getmişdim. Şirkətlə və biznes-proseslərlə tanış oldum və illik dövriyyəsi 2 milyard Evrodan çox olan şirkətin – ailə şirkəti olduğunu öyrəndim. Menecerliyi Trumpf ailəsinin 3-cü nəslindən olan xanım aparır və Sizə deyim, son dərəcə uğurlu. İldə R&D 160 mln. Evro xərclənir və biznes proseslər sadəcə mükəmməldir. Şirkətin ümumi olaraq 20-ən çox istehsal fabriki mövcuddur və bu sektorun ən innovativ şirkətidir (patent sayına görə).

Ümumiyyətlə şirkətin ilk dördlükdə olan top menecmenti qoyumlardır. Trumpf ofisində olan işçilərin səviyyəsi və ümumi mühit məni ailə şirkətlərinin böyüklüyü barədə olan şübhələrimi tamamən aradan qaldırdı. Mən bu yazıda Sizinlə ailə biznesləri barədə fikirlərimi bölüşəcəm.

Ümumiyyətlə Alman şirkətlərində ailə biznesi çox geniş yayılmışdır məsələn Miele, Huelsta Qrup kimi dünyada böyük dövriyyəsi olan şirkətlər məhz ailə şirkətləridir və mən burda illik dövriyyəsi 100 mln. Evro səviyyəsində olan çox saylı şirkətlərdən danışmıram.

Ailə biznesi nədir?

Məlumdur ki, istənilən biznes öz sahiblik səviyyəsinə görə müxtəlif qruplara bölünür, ailə biznesi dedikdə biz şirkətin rəhbərliyinin məhz bir (və ya bir neçə) ailənin əlində birləşdiyi başa düşürük. Bu idarəetmə növü muasir dövrdə çox tənqid edilsədə özünə məzsus üstünlükləri vardır və ölkənin stabil inkişafı üçün son dərəcə vacibdir.

Ailə biznesinin müsbət cəhətləri.

Biznesin məqsədi sadəcə mənfəət əldə etmək deyil, həmçinin müştəri ehtiyyaclarını düzgün ödəməklə müəyyən reputasiyaya sahib olmaqdır. Bügün ailə şirkətlərinin çoxları apardıqları bizneslə bağlı olmaları, işin daha düzgün getməsinə imkan yaradır. Ailə şirkətlərinin aşağıdakı üstün cəhətləri olur:

  • Biznesin stabil olması. Ailə şirkətləri biznes aparılmasında kredit anlayışında digər şirkətlərlə müqayisədə daha ehtiyyatlı olurlar. Bu nöqtəyi nəzərdən ailə şirkətləri stabil maliyyə imkanlarına malik olur və düzgün xəttə inkişaf edirlər. Belə şirkətlər çox az hallarda müflisləşmə ilə rastlaşır;
  • İdarəetmə qərarlarında qətiyyət və operativlik. Korporativ şirkətləri idarə edən menecerlər hər hansısa bir qərarın verilməsi üçün daha burokratik davranırlar. Bunun əsas səbəbi atılan addımlara görə səhmdarların razılığını almağın vacibliyi və əlbətdə ki, qətiyyətsizlikdir (belə şeylər menecerlər üçün xas olan bir şeydir). Təbii ailə şirkətləri bu cəhətdən həm operativ, həmdı riskləri tez gedən olurlar;
  • Şirkətin dəyərlərinin yaradılması. Ailə şirkətlərində şirkəti idarəetmə məntiqi şirkətə məxsus fəlsəfənin üzərində aparılır. Başqa sözlə desək şirkət sahibləri demək olar ki, bir xasiyyətli adamlar olurlar və bu biznesdə ən vacib üstünlüklərdən olan daimilik yaradır;

Yadımdadır ki, Miele şirkətində çox maraqlı bir lətifə var: “Şirkətin baş direktoru 45 il işləyir və təqaüdə gedir. Bundan sonra şirkətə yeni CEO gəlir. Bu baş direktorun adaşı və nəvəsi olur. Şirkətə gəldikdə ilk iclasda, “Biz artıq vizitkalarıda qənayət edirik” deyir.

Nəticələr: Hesab edirəm ki, ailə biznesi ölkədə orta səviyyənin formalaşmasında çox onəmli bir funksiya daşıyır. Eyni zamanda biznes elita formalaşdırır. Bügün Avropa ölkələrində ailə biznesləri çox güclüdür. Almaniyada orta ölçüdə olan şirkətlərin 75% ailə şirkətləridir və ildən-ilə bu şirkətlər öz satış potensiallarını artırırlar.

 Kiçik biznes – gözəl biznes

Azərbaycanda biznesin gələcəyi və 3 dəyər

BİZNES

şərhlər

şərhlər

1 Comment

  1. Hi admin, i see your page needs fresh content.

    Daily updates will rank your page in google higher, content is king nowadays.
    If you are to lazy to write unique articles everyday you should search in google for:

    Ightsero’s Essential Tool

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close