image_pdfimage_print

Dostların bildiyi kimi, mən iyun-iyul aylarında Almaniyada ixtisas artırma proqramında iştirak edirəm. Proqramın əsas məqsədi qlobal idarəetmə üzrə menecerlərin hazırlanmasıdır və bunu Steinbeis Global İnstitutu təşkil edir. Sabahdan Almaniyanın eksport üzərində öz işlərini quran şirkətləri ilə tanışlığa başlayacağıq. Bu şirkətlər də əsasən beynalxalq səviyyədə fəaliyyət göstərən şirkətlərdir. Yerləşmə yerləri Baden Wurtemmberg və Bavariyadır. Ümumiyyətlə proqram üzrə olacağım şirkətlərin siyahısını Sizlərə təqdim etmək istəyirəm, dostlardan kimin nesə sualı olsa mənimlə əlaqə yarada bilər. 

  1. Marabu GmbH & Co.KG. Bu şirkətdə əsasən keyfiyyətə idarəetmə sistemləri ilə tanış olacağıq.
  2. Klose GmbH Logistik. İdarəetmə məntiqi, həmçinin strateji planlama.

  3. International Finance at Deutsche Bank. Adındanda göründüyü kimi söhbət maliyyə sistemindən gedəcək.
  4. Huelsta AG. Dünyanın ən böyük mebel istehsalçılarından biri.

Bu şirkətlər həftə ərzində olacaqlarımdır, bundan əlavə özümün təşkil etdiyim fərdi görüşlərdə vardır. Ümid edirəm ki, ümumi səfər mənim ixtisas biliklərimin güclənməsində müsbət təsir edəcək.

Sizləri tezliklə görmək ümidiylə…

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close