Azərbaycanda biznesin gələcəyi və 3 dəyər

Azərbaycan biznesin inkişaf mərhələlərini təhlil etdikdə hiss edirik ki, bügün artıq keçmiş məntiqlər daha az fayda verməyə başlamışdır. Əgər bir vaxtlar Azərbaycanda çox qazanmaq üçün “xüsusi” dəstək, böyük fabrik, ekskluziv şərtlər və s. amillər  əsas edisə bügün artıq uğurlu biznes digər amillərdən asılıdır.

Hesab edirəm ki, artıq yerli şirkətlər yavaş-yavaş başa düşürlər ki, gəlirli biznes qurmaq üçün siyasi dəstək deyil, düzgün düşüncə lazımdır. Apardığım müşahidələr və xarici ölkələrdəki vəziyyətlə ölkəmizin biznes elitasının müqayisəli təhlilini apararaq belə bir qənayətə gəldim ki, bügün yerli biznesin inkişafı 3 vacib dəyərin üzərində qurulmalıdır. Bu dəyərləri nəzərdə keçirək.

Dəyər № 1 – BRENDİNQ. Ölkəmizin keçmiş sovet ittifaqının tərkibindən ayrıldığı və müstəqillik qazandığı ilk illərdə, bütün sahələrdə ciddi əmtəə qıtlığı mövcud edi. Azərbaycanda biznesin bu sahədə inkişaf sistemi 4 mərhələdən ibarət olmuşdur:

  • I-ci mərhələ. Bazar sadəcə məhsul istəyirdi və bu dövrdə həll edici biznes dəyəri istehsal edi.
  • II-ci mərhələ. Müəyyən dövrdən sonra insanlar artıq hər təklif edilən məhsulu deyil, yalnız keyfiyyət dərəcəsi yüksək olanları axtarmağa başladı – bu dövrdədə şah məhz keyfiyyətli istehsal oldu.
  •  III-cü mərhələ. Müxtəlif mallarda hansının daha yaxşı satılması məsələsi gündəmə gəldi və əsas uğur amili aktiv satış fəaliyyəti oldu, marketinq leksikonu ilə desək uğur üçün push texnoloqiyalar vacib edi.
  • IV-cü mərhələ. Burada satış kanallarında məhsul satışının təşkili üçün biz artıq reklam vermək haqqında düşünməyə başladıq. Biznesin əsas uğur gətirəcək fəaliyyəti reklam, həvəsləndirmə edi və…

bügün arıtq reklam, həvəsləndirmə fəaliyyətidə əvvəl ki effekti verrmir bəs nədir bunun səbəbi? Hesab edirəm ki, əsas səbəb artıq Azərbaycana brendinq erasının gəlməsidir. İstehlakçılar sadəcə məhsul deyil, onun psixoloji vəziyyətini, sosial-iqtisadi statusunu əks etdirən bir şeylər istəyirlər. Bizim apardığımız araşdırmalara görə Azərbaycan post-sovet ölkələri arasında brendə ən çox maraq göstərən ölkələrdəndir. Yerli sahibkar qəbul etməlidir ki, brendinq biznesin ən vacib amillərindən biri, hətta birincisidir. Vacib deyil fabrik var və ya yoxdur – həmeşə autsorsinq var, vacib deyil sənin anbarın var ya yoxdur – həmeşə distribyutor var, vacib deyil satış nöqtən yoxdur – həmeşə françayzinq var, lakin sənin brendin yoxdursa yuxarıda sadaladığım şeylərdən asılı olmayaraq uğur qazanmaq mümkün deyil!

Dəyər № 2 – İT. Biznesin aparılmasında əsas məqsəd mənfəət əldə etməkdir. Bunun üçün isə biznesin mütləq düzgün işləyən nəzarət sistemi olmalıdır. Bu şərtdir! Eyni zamanda muasir biznesdə təhlil sadəcə funksiya deyil, artıq idarəetmə elementinə çevrilmişdir. Bütün bunlar düzgün işləyən informasiya kommunikasiya texnoloqiyaları olmadan mümkün deyil. Bu barədə dostumuz Anarın yaxşı yazısını oxuya bilərsiniz.

Digər bir məsələ nəzər yetirək, bugün muasir marketinq öz gələcəyini yalnız internetdə və ya yeni informasiya daşıyıcılarında görür. Dünyada dəyərini ən çox qaldıran brendlərinin siyahısı nəzərə yetiririk və İT sektorunun nümayəndələrinin yer aldığı görürük, yeni açılan bizneslərin böyük əksəriyyətinin yenedə bu sektor olması bir daha sübüt edir ki, Azərbaycan biznesinində gələcəyi İT sistemlərdədir.

Dəyər № 3 – İnsan amili. Bügün investisiyanın həcmindən, sahibkarın işi idarəetmə qabiliyyətindən və ya bazarın boşluğundan asılı olmayaraq güclü və ixtisaslı komandaya sahib olmayan şirkət heç vaxt lider ola bilməyəcək. Azərbaycan biznesin əsas inkişafına əngəl yaradan məsələlərin biri (məncə birincisi) məhz ixtisaslı kadrların azlığıdır. Əlbətdə bu dövlət səviyyəsində həll olunacaq məsələdir… amma yenədə o şirkətlər ki, ixtisaslı kadrları vaxtında əldə edəcək gələcək liderlər o şirkətlər olacaq. Bunun sadəcə inkişaf etmiş ölkələrin mikro-iqtisadiyyatının təhlilini aparmaq kifayətdir. İstər marketinq, istərsədə menecment sahəsində bügün Azərbaycanda ixtisaslı kadr seçmək müşkil bir işə çevrilmişdir və bunun həlli məhz məhdud kadr resurslarından maksimum faydalı istifadədədir.

Bügün Azərbaycan biznesi yeni eraya qədəm qoyur və hesab edirəm lider şirkətlər, yuxarıda göstərilən 3 dəyərə əhamiyyət verənlər olacaq!

Milli brend necə yaradaq?!

HR brendinq və Azərbaycan şirkətləri