image_pdfimage_print

Bügün Azərbaycan brendləri barədə söhbət açırıqsa təbii ki, pərakəndə satış şəbəkələridə yada düşür. Mən yazıda Azərbaycanda 3 pərakəndəçi brendin: Romantic, İdeal və Bizim Market timsalında ümumi vəziyyət barədə fikirlərimi Sizlərlə bölüşəcəm.

İş təcrübəmdə müxtəlif ölkələrdə və sektorlarda 200-ə qədər mağazanın açılması, zərərsizlik nöqtəsinə çatdırılması üçün bir-başa iştirak etmişəm və pərakəndəçilik sektorunun çox spesifik xüsusiyyətlərinin olduğunu başa düşürəm. Son illərdə Embawood-a çalışdığımız zaman yalnız Azərbaycanda 120-ən çox brend mağaza açdıq və bügün respublikanın ən böyük pərakəndə satış şəbəkəsinə sahib 2 brend yaratdıq: EmbawoodMadeyra. Bu istiqamətdə aparılan işlərin arxasında təbii ki, yalnız brendinq (marketinq) fəaliyyəti deyil, həmçinin aktiv distribyutorlar, düzgün hazırlanmış kredit sistemi, balanslaşmış yeni məhsul fəaliyyəti, işçilərin təlimləndirilməsi və s. dərin proseslər dayanır. Bununla belə düşünürəm ki, pərakəndəçilik fəaliyyəti məhsul tipindən (məişər texnikası, geyim, ərzaq, parfumeriya, mebel və ya digər) asılı olmayaraq ümumiləşmiş uğur istiqamətlərinə sahibdir… məsələdən çox uzaqlaşmaq istəmədiyimdən qayıdaq bizim təhlil edəcəyimiz brendlərə. Gəlin bu brendlərin  hər biri ilə qısaca tanış olaq.

Romantic.   Romantic – Azərbaycanda ilk dəfə olaraq subbrendinq məntiqi ilə pərakəndə brend qurur. Sabra by Romantic kimi sistemi ilə ana brend olan Romantic-i önə çıxarma həqiqətəndə çox düzgündür. İnsanların beynində bügün həqiqətəndə geyim dediyimiz zaman Romantic ilk ağılda olanlardandır və bu aparılan marketinq işinin bir növ qələbəsidir. Həmçinin aparılan aktiv küçə reklamı siyasəti, çap məhsullarında foto-çəkilişlərində xüsusi tərtibat, mağazaların vitrinlərinin düzəlməsində fərqli dizaynlar və s. bu tipli məsələlər şirkətdə marketinq kommunikasiya hissəsinin aktiv olduğunu sübüt edir. Eyni zamanda Romantic mağazaçılıqda çox vacib şərtlərdən olan yer seçimi prosesində yaxşı işləyir.

İdeal. Bu şirkətin son vaxtlar fəaliyyəti mənim diqqətimi yaxşı mənada çəkir. Düzgün təşkil edilmiş kommunikasiya siyasətində PR və reklamın birlikdə çalışdığı hiss edilir. Əslində Azərbaycanda inkişaf templəri ən çox olan bazarlardan biridə kosmetikadır. Bu bazarda İdeal mağazalar şəbəkəsi Sabina və digər rəqib mağazalardan daha sonra bazara girsədə bügün lider mövqeydədir. Çəkilən son reklam konsepti isə brendin rəqibləri arasında olan məsafəni dahada açdı.

 

Bizim Market. Bu brend bazara bir vaxtlar lider olaraq gələn Almalı sindromunu demək olar ki, öz tərəfinə çevirdi. Aparılan düzgün təhcizatçı və yer seçimi ilə Bizim Market Bakıda sektorun bir mənalı lideridir. Şirkət kommunikasiya istiqamətində səssizliyini mağaza yerlərin düzgün seçimi ilə kompensasiya edir və bol çeşidin verə biləcəyi üstünlüklərdən yaxşı istifadə edir.

Bu şəbəkələrin ekspress marketinq təhlilini aparsaq hər üçündədə eyni tipli problemin olduğunu hiss edərik: brendinq, məhsul, satış şəbəkəsinin Bakıda konsentrasiyası, personal. Bu brendlərin SWOT-təhlilindən sonra konkret inkişaf strateqiyasının lazımlığı hiss etmək olar.

Xarici ölkələrdə ki, lider pərakəndəçilərin fəaliyyətinin qısa bençmarkinqi və Azərbaycan istehlakçı xüsusiyyətlərini nəzərə alaraq hesab edirəm ki, bu brendlər aşağıdakı istiqamətlərdə işlərini təşkil etməlidirlər.

  1. Brendinq. Hər üç pərakəndəçi şəbəkəsində brendin rasional, emosional və özünü ifadə nöqtəyi nəzərdən işlər görülmür. Məsələn Azərbaycan istehlakçısı başa düşməlidir ki, Bizim Market-ə getdikdə onun əldə etdiyi dəyər Neptun-an tam fərqlidir və bu fərqlilik istər rasional, istər emosional, istərsədə özünü ifadə nöqtəyi nəzərdən hiss edilməlidir. İkinci məsələ brendinq fəaliyyətinin birinci mərhələsi düzgün identifikasiyaların seçilməsidir. Məsələn Romantic brendinin identifikasiyası ümumiyyətlə aydın deyil, bu isə müştəri üçün çaşqınlıq yaradır.
  2. Məhsul. Burada başlayaq İdeal-an bu satış şəbəkəsi Azərbaycanda müxtəlif tanınmış brendlərin distribyusiyasını alması çox düzgündür lakin nəzərə almaq lazımdır ki, bütün dünyada pərakəndəçilər öz məhsul konsepsiyasını ortaya qoyur. Bügün dünyada rasional trendi çox güclüdür. Müştəri İdeal-a gəlir və İdeal mütləq hər girən müştəridən daha çox rentabellik əldə etməkdir. Bunun ən təbii yolu private label brendlərin yaranmasıdır. Eyni şey təbii ki, Bizim Marketə aiddir. Romantic isə bu istiqamətdə gecikmədən öz yeni məhsul yaradılması şöbəsini formalaşdırmalıdır. Bügün nəyin ki, Aldi və Wallmart kimi dünya liderləri, həmçinin Rusiya pərakəndə satış şəbəkələrinin satışında private lebel satışının payı 27%, rentabellikdə payı 70% çatır! Niyə bizim pərakəndəçilər bunu etmir? Pul lazım deyil?!
  3. Satış şəbəkəsi. Pərakəndə brendlərin gücü yalnız maştab effektindən düzgün istifadə edildiyi zaman ola bilər. Bunun üçün isə bizim brendlər mütləq reqionlara doğru hərəkət etməlidir. Azərbaycanın reqionları ilə paytaxt arasında iqtisadi fərqi bağlamaq üçün pərakəndəçilər yeni formatlardan istifadə edə bilərlər. Məsələn Bizim Market reqionlara girmək və Bakının özündə daha çox satış etmək üçün X5 Retail Group-un seçdiyi yoldan istifadə edə bilər. Eyni şeyi İdeal etdikdə reqionlara daha aşağı gəlir səviyyəli xanımlar üçün sub-brend yaratmaqla edə bilər. Bununla asanlıqla reqionlara girmək mümkündür. Romantic müxtəlif subbrendlərə sahib olduğu üçün reqionlara daha sərfəli girə bilər. Satış şəbəkəsinin daha bir sınanmış inkişaf yolu françayzinqin verilməsidir. Bunu etməyən pərakəndəçinin inkişafı şübhə altındadır.
  4. Personal. Bu istiqamətdə pərakəndəçi brendlərin çalışdığından əminəm. Həqiqətəndə bügün Azərbaycanda ən çetin məsələlərdən biri bütün peşələr üzrə ixtisaslı kadrların tapılmasıdır. Əlbətdə bu şəbəkələrdədə personalın səviyyəsi “yüksək səviyyədə” deyil.

Düşünürəm ki, başda sözü gedən 3 brend olmaqla tezliklə Azərbaycan mağaza şəbəkələri Gürcustanda, Kazaxstanda, Ukraynada, Rusiyada öz şəbəkələrini quracaqlar və biz oranın resepşinində öz bayrağımızı görəcəyik!

Mağazaçılığın 3 vacib şərti

MƏNİ TANI

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close