image_pdfimage_print

Dünən Almaniyanın Abzatswirtschaft jurnalının redaksiyasında çox maraqlı bir görüşüm oldu. Əslində son dərəcə praqmatik almanların Azərbaycanlı bir marketoloqun xahişinə görə vaxt ayırıb görüşmələri məni çox təəcübləndirdi (müsbət mənada). Görüşdən sonra mənə özlərinin dərc etdikləri mini bir kitabça verdilər. Bu kitabçada marketinq haqqında deyilən məhşur aforizmlər yer alır. Mən Sizlərə bu aforizmlərin bəzilərini (çox cüzi hissəsini) çatdırmaq və yaddaşlarınızda bu olan fikirlərə tezələmək istəyirəm.

  1. Mən heç vaxt marketinqlə məşğul olmamışam. Mən sadəcə müştərilərimi sevmişəmZino Davidoff. Əslində son dərəcə düzgün deyilən bir sözdür, marketinq müştərini başa düzmək qabiliyyətidir və təbii ki bunun üçün müştəriləri sevmək lazımdır.
  2. Microsoft-un əsas problemi onun yalnız zövqsüz olması deyil, ümumiyyətlə zövqsüz olmasıdır Steve Djobs. Öz aramızda həqiqətəndə bu Microsoft komputerdə dizayn elementi haqqında düşünməyib, bügün isə bütün dünyada vizuallıq trendi baş alıb gedir. İnsanlar artıq PC kimi bir funksional əşyada belə funksionallıq axtarır.
  3. Marketoloq etdiyi işlərə görə deyil, etmədiyi işlərə görə məsuliyyət daşıyırPol Buke. Düzdür bu sözü Buke müəllim Loatse-ən kopyalasada məncə nəyin ki marketinq menecmentlə məşğul olan hamı üçün aid etmək olar.
  4. Emosionalla rasional arasında əsas fərq odur ki, emosiyalar alışa doğru aparır, rasionallıq alıışdan sonra təsəlli verirDolnald Calne. Həqiqətəndə aparılan araşdırmalara görə ən emosional alış belə insan üçün çox rasional görünür. Başqa sözlə desək insan psixoloqiyası yalnız rasionallığı qəbul edir. Əgər Siz tam emosioyalara qapılıb bahalı bir şey alırsınızsa, bundan sonra özünüzü şuur altı haqq qazanmaq üçün rasional səbəblər tapırsınız.
  5. Maraqlı hekayə danışma qabiliyyəti XXI-ci əsrin brendlərinin uğurlu  və ya uğursuz olmalarını təyin edəcəkKevin Roberts. Bügün brendlərə baxsaq əmin olarıq ki, o brend ki özü haqqında inandırıcı və maraqlı hekayə danışa bilir (bilib) – güclüdür.
  6. Yaxşı ad qurmaq üçün 20 il, bu adı dağıtmaq üçün 5 dəqiqə lazımdırWarren Buffett. Neqativ informasiyanın yayılma sürəti müsbət informasiyadan ən azı 10 dəfə çoxdur. Başqa sözlə desək illərlə qurulan müsbət imic bir səhvə görü tamamən məhv ola bilər.
  7. Heç vaxt dəyişməyən adamlar, tez-tez dəyişən adamlardan daha riskli yaşayır Kristian Belz. Muasir dövrdə ən böyük riskli yeniliklərdən kənarda qalmaqdır. Hər birimiz mütləq yeniliklərlə birlikdə yenilənməliyik. Embawood demişkən – “Yenidən Yeni” olmaq lazımdır.

Məncə çox maraqlı aforizmlərdir.

Uğurlu biznesin 6 QANUNU

PR menecerin arxivindən… və ya sevdiyim sözlər

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close