Monthly Archives İyun 2012

Brend cansız bir dəyərdir və təbii olaraq brendlərin “ölməsi” dediyimiz bu eyni şeyin tamamiylə fiziki məhv edilməsi demək deyil. Bəs brendlər necə ölür? Brendlərin qəbirdə olması nə deməkdir?!

Çox maraqlı bir aforizm var: “Mənim xərclədiyim reklam pullarının ən azı 50% havaya gedir, lakin mən tapa bilmirəm ki, bu hansılardır!”. Hərdən sahibkarlarla reklam və marketinq barədə söhbət etdikdə ən çox eşitdiyim şey reklamın effektivliyinin hesablanması işlərinin mümkünsüzlüyüdür. Hamı reklamın vacib olduğunu deyir, lakin heç kim reklamın effektivliyinin ölçülməsi yollarından danışmır.

Azərbaycan biznesin inkişaf mərhələlərini təhlil etdikdə hiss edirik ki, bügün artıq keçmiş məntiqlər daha az fayda verməyə başlamışdır. Əgər bir vaxtlar Azərbaycanda çox qazanmaq üçün “xüsusi” dəstək, böyük fabrik, ekskluziv şərtlər və s. amillər  əsas edisə bügün artıq uğurlu biznes digər amillərdən asılıdır.

Dostlar çox çək-çevirdən sonra bizə yeni korporativ nömrə verdilər. Class, yəni Bakcell)). Məni tanıyanlar yəgin bilir ki, mən bu son bir ayda artıq 3-cü dəfədir nömrəmi deyişirəm. Əvvələ Azercell, sonra Nar Mobile (Vodofone) indisə isə Bakcelə keçirəm... Bütün bunlar azmış kimi, 3 gün bundan əvvəl mən telefon kitabçamdakı bütün nömrələti mobil telefonumda korporativ e-mail yaratdığım zaman poza bilmişəm... təxminən 700…

BU yaxında keçirdiyimiz seminardan olan görüntüləri Sizlərə çatdırıram. Belə ürək açan və savadlı gənclərlə bir auditoriuyada olmaq həqiqətəndə xoşdur, onların qarşısında çıxış etmək üçün çox məsuliyyətlidir. Ən vacibidə odur ki, seminarda iştirakçıların böyük əksəriyyəti tələbə edi!

Bu günlərdə mənim keçmiş sovet ölkələrinin ən böyük mebel şirkəti olan  EMBAWOOD -a çalışdığımın 5 ili tamam olur. Hərdən mənə elə gəlir ki, mən bu şirkətə “dünən” gəlmişəm. Təsəvvür edin ki, mən burada gündən-günə yeni şeylər öyrənirəm və ən əsası burada biznesi daha dərin başa düşmək mümkündür.

12
Close