image_pdfimage_print

Bu yaxında dostların təkidi ilə həftə sonunda Parisə səyahət etdik. Həqiqətəndə dünyanın müxtəlif ölkələrindən milyonlarca turisti cəlb edən Avropanın ən bahalı şəhərini görməyə dəyərmiş (Mən Avropanın bir çox şəhərlərində olsamda Parisə birinci dəfədir gedirdim). İstər Noterdam kilsəsi, istər Luvr, istər şahzədələrin evi Versal, istərsədə Eyfel qülləsi ilə Parij mükəmməldir. Lakin bügün mən Sizinlə bu mükəmməliyin arxasında dayanan “Paris” brendi haqqında danışacam.

Brendinq haqqında düşüncələrimə keçməzdən əvvəl Parisin həqiqətəndə insanların beynində yaratdığı assosasiyaların bir neçəsini xatırlayaq:

Paris nədir?

  • Paris – sevqi şəhəridir. Həqiqətəndə aparılan sorğulara görə Paris Venessiyanıda qabaqlayaraq sevqililərin görüşdüyü ən romantik şəhər statusunu almışdır;
  • Paris – tarixin aynasıdır. Bügün Paris muzeylərində olan eksponatlar dünyanın heç biri şəhərində yoxdur və parislilər özlərinin dünyanın muzey şəhərində yaşadığından tam əmindilər;
  • Paris – aristokratiyanın mərkəzidir. Bügün Paris meydanlarında olan kafelərdə ən varlı insanlar, kinoaktyorlar və dünya elitası yerləşir;
  • Paris – teatr şəhəridir. Bunu qəbul etmək üçün bu şəhərdə olan kafelərin masalarına diqqət yetirməklə hər şeyi tam başa düşmək olar. Parisdə insanlar kafelərdə digər insanları müşahidə etmək üçün otururlar.
  • Paris – … təbii ki, bu sonsuzdur… çünki Paris – Parisdir!

Bəs Paris brendi hansı kriteriyaların üzərində dayanır, bu məsələlər hansılardır. Adi brend menecment alətlərindən istifadə edərək mən Paris brendinin 3 kriteriyaya görə: rasional, emosional və özünü ifadə nöqtəyi nəzərdən açıqlamağa çalışacam. Başlayaq?!

  1. Rasional dəyərlər. Parisdə olan muzeylərin, binaların, insanların davranışlarına fikir verdikdə emin olursa həqiqətəndə Paris dünyanın ən gözəl şəhəri olmaq üçün bütün imkanları var. Şəhərdə olan sonsuz muzeylərin cuzi bir hissəsini gəzərək deyə bilərək ki, Parisin güclü brend olması üçün bütün imkanları vardır. Xüsusi arxitekturalı binalar, şəhərdə olan quruluş, muzeylər bu şəhərə rasional dəyərlər qazandırır;
  2. Emosional dəyərlər. Paris haqqında rus elitasından başlayaraq dünyanın müxtəlif tanınmış adamları xoş sözlər demişdirlər. Yalnız rus ədəbiyyatında Pariji təsvir edən 185 ədəbiyyat elementi mövcuddur. Təsəvvür edirsiz indiki reklam (GRP, CPP) sistemi ilə bu nə deəkdir?! Paris brendi müştərilərinə verdiyi emosional dəyəri bir-başa olaraq fərdilik və ekskluzivlik əsasında qazanmışdır və bügündə buna ciddi nəzarət edilir;
  3. Özünü ifadə. Bügün Parisə gedən adamlar romantik, ailəsini sevən, dünyada olan müsbət şeylərdən tez və düzgün xəbərdar olan sözünün sinoniminə çevrilmişdir. Bunun bir sübütu yeni evlənən ailələrin bal ayında məhz Parisə getmək istəməsidir.  Eyni zaman Paris brendi dünyaya tarixlə muasirliyi müqayisə edə bilən adamlar üçün daha maraqlıdır və bu şəhərə gələn digər adamlar özlərini belə təsəvvür edirlər.

Paris haqqında saatlarla danışmaq olar lakin əmin olduğum bir şey var: Parisi mütləq görmək lazımdır və bu şəhər adamda ciddi işləməyə, xoşbəxt olmağa əlavə motivasiya vərir!

Həmçinin Parisin timsalında brend idarəetmə təşkili çox effektiv olardı.

Mən isə bu aylarda Almaniyada seminarda olduğum üçün bloqda daha az yazıram, tezliklə keçmiş ardıcıllığı qayıdacam, insallah!

Marketinq təqdimatı – VİDEO

Aktual yazı: QR kod – Reallıqla Virtuallığın vəhdəti

şərhlər

şərhlər

2 Comments

  1. Heyatimin arzusu Parisde olmaqdir. Bu yazi meni ele bil bu sehere apardi. Amma esitdiyime gore indi bu seher cox cirkli seher hesab edilir. İlkin Sizin dunya gorusunuze sadece paxillig edirem!

    • Herden men “paxillig” edirem))

      Zarafat bir yana dunya gorushu meselesi, hegigeten gezmek lazimdir. Cox gormek, cox sheyleri yashamag insana, menecere real praktika, heyat dersi verir.
      Arzu edirem tezlikle bele bilik gazanasiniz… sonrada bizimle boleshesiniz.

      Sag olus, ki bloqu oxuyursunuz!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close