image_pdfimage_print

Çox maraqlı bir aforizm var: “Mənim xərclədiyim reklam pullarının ən azı 50% havaya gedir, lakin mən tapa bilmirəm ki, bu hansılardır!”. Hərdən sahibkarlarla reklam və marketinq barədə söhbət etdikdə ən çox eşitdiyim şey reklamın effektivliyinin hesablanması işlərinin mümkünsüzlüyüdür. Hamı reklamın vacib olduğunu deyir, lakin heç kim reklamın effektivliyinin ölçülməsi yollarından danışmır.

Ümumiyyətlə bu məsələ marketinqin gələcəyini ciddi şübhə altına alır. Dünya rasional dəyərlərin üzərində dayanır və marketinq heç cürə verdiyi faydaları rasional formada ortaya çıxara bilmir.

Rusiyada iştirak etdiyim seminarlardan birində Mixayil Dimşislə (reklam aqentliyinin rəhbəridir, bu sahədə Rusiyada ən tanınmış adamlardan biridir) söhbət etdiyim zaman, onun fikirləri mənim diqqətimi çəkdi. Onun fikrinə görə istənilən reklamın effektivliyi konkret corafi ərazidə distribyusiya şəbəkəsinin mövcudluğu, reklam mesajının hərəkətə çağırma dərəcəsi ilə ölçülür. Hətta Dimşis özünə məxsus bir hesablama metodikası ortaya qoymuşdur. Konkret brendin satış nöqtələrinin istehlakçıdan uzaqlıq dərəcəsinə görə reklam effekti azala və ya arta bilər. Mən Dimşisin ümumi fikirləri barədə Sizində məlumatlı olmanız üçün sostav.ru internet portalında verdiyi müsahibəni nəzərinizə çatdırıram.


Михаил Дымшиц. Крах и нищета рекламы. А также о том, как Билайн сам себя погубил.

Maraqlı müsahibədir… Dimşis müəllim indiki reklam haqqında olan steoritipləri yerdən-yerə vurur… bilirsiz əslində elə yaxşı edir!

Sizə öz təcrübəmdən bir keys danışım və keçək əsas nəticələrə. Təxminən bir il bundan əvvəl Ukraynada qeyri-standart bir marketinq tədbiri etdik. Kievin ən böyük metro stansiyasının bütövlükdə reklam materialları ilə bəzədik və bügünə qədər sektorda, həmçinin Ukraynada görünməyən bir aksiyaya başladıq. Kreativ konsepsiya işləndi və ortaya ciddi bir iş çıxdı. Ukraynanın tanınmış internet portallarından biri bu kampaniyanı ən kreativ qeyri-standart reklam konsepsiyası adlandırdı və s… Satışlarda biz bu kampaniyadan gözlədiyimiz effekti ala bilmədik!

Məsələni təhlil etdik və məlum oldu ki, həmən dövrdə satış nöqtələrimiz istər say etibarı ilə, istərsədə sərqilənməsinə görə kampaniyanı dəstəkləməmişdi. Nəticədə istehlakçılar brend haqda kifayət qədər məlumatlı olsalar belə bu bir-başa satış rəqəmlərinə təsir göstərmədi… başqa sözlə desək kampaniya yalnız imicə işlədi. Yuxarıda olan müsahibəyə əsasən belə reklamların heç bir faydası olmur.

Hesab edirəm ki, uğurlu marketinq yalnız hədəflər təyin edildiyi halda düzgün ola bilər. Bügünə kimi, bizə belə öyrədirdilər: “Əgər kampaniya əvvəlində hədəf brendi tanıtmaqdır bu kampaniyadan satış artımını (tezliklə) gözləmək olmaz.” Dimşis müəllim isə konkret deyir ki, reklamın effektivliyi bir həftəlik olur və bundan sonra hemin reklam yaddan çıxır. Bu nöqtəyi nəzərdən bugün ki, marketinq uzunmüddətli kommunikasiyalarda qısa təsirli üsullara keçməlidir.

Məncə istənilən reklam effekti həqiqətəndə təsirli olması üçün marketolaqlar aşağıdakı məsələlərə diqqət yetirməlidir:

  • Reklam göstərilən bölgədə adam başına düşən mağaza sayı və bu mağazaların yerləşmə radiusu. Yəni müştəri reklamı efirdə gördüyü zaman nəqədər məsafə qət edərək məhsula sahib ola bilər. Təbii ki, optimal məsafə məhsulun təyinatına görə fərqlənir, lakin buna baxmayaraq istənilən məhsul kateqoriyası üçün distribyusiya, müştəriyə yaxınlıq vacibdir.
  • Reklam mesajlarında informasiya imkan olan qədər daha rasional və bir-başa verilməlidir. Reklamlarda biz mütləq məhsulu aldıqdan sonra əldə ediləcək fayda və bu faydanın təcili əldə edilməsinin vacibliyini ortaya qoymalıyıq. Başqa sözlə desək “gözəldir gəl al” deyil, “gözəldir təcili al!” mesajı olmalıdır.
  • Reklamlar fasiləsizlik prinsipi olmalıdır. Müəyyən vaxt intervallarında çoxlu deyil, fasiləsiz lakin aramla media-planlama bügün dahada effektivdir.
  • Reklamlarda informasiyanın çatdırılma kanalları kimi seçilə biləcək yerlərdən istifadə etmək vacibdir. Media-planlama zamanı yalnız reytinqlərə deyil (GRP-ə), həmçinin klatterin azlığına fikir vermək vacibdir…

və ən əsası marketoloqlar başa düşməlidirlər ki, marketinqə görə marketinq yol verilməzdir. Hər bir marketinq aktivliyinin konkret hədəfi və bu hədəfə çatma zamanı olmalıdır!

Maraqlı yazı: Qadınlar nə istəyir?!

Bunuda oxuyun: Reklam şirkətləri ilə dost olmamağın yolları

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close