image_pdfimage_print

Çoxları şahmat oyununun insan düşüncə qabiliyyətinin artırılmasında olan faydasını bilir. Əlbətdə şahmat fərqli düşünmə, uzaq-görənlik, təhlil etmə qabiliyyəti, kreativlik və ümumiyyətlə həyatı başa düşmək üçün çox vacibdir. Lakin mən bu yazıda şahmatın bizneslə əlaqəsi barədə Sizlərlə söhbət açacam.

Mənim aktiv şahmat oynadığım dövrlərdə bir şey diqqətimi çox çəkirdi, hər zaman yarışların tamaşasına son dərəcə məşğul (və məhşur), elit adamlar gəlirdi. O vaxtlar mən düşünürdüm ki, görəsən bu adamların işi gücü yoxdur gəlib yarışlara baxırlar? Lakin indi mən bu sualın cavabı kimi, məhşur aforizmi yadıma salıram: “Yalnız çox məşğul adamların həqiqi istirahət üçün vaxtları olur”. Bu adamlar şahmat oyunlarına baxaraq istirahət edirdilər və ən əsası bu istirahət onlara iş fəaliyyətində kömək edirdi.

Bilirsiz niyə? Çünki şahmat bügün elmdir – burda daim yeniliklər axtarmaq lazımdır, şahmat bügün idmandır – burda mütləq udan və uduzan tərəf olur (hətta heç-heçə belə kiminsə qələbəsidir), şahmat incəsənətdir – hərdən elə kombinasiyalar olur ki, adam sadəcə valeh olur və ən əsası şahmat həyat, biznes məktəbidir. Şahmatın bizneslə oxşarlığı çoxdur. Mən bu tezisin üzərində dayanarıq dediklərimi bir neçə misalla izah etmək istəyirəm.

Bənzətmə № 1. Şahmat fiqurları və resurslar. Şahmatda olan hər fiqurdan nəzərə olaraq 9 dənə ola bilər, yəni əvəz edilməz fiqur yoxdur, buna baxmayaraq bütün fiqurların mövcudluğunun yeganə məqsədi qalib gəlməkdir. Vacib deyil, taxtada 9 dənə vəzir olsun (məsələn) vacib olan uduş vəziyyətinin olmasıdır. Eyni zamanda resurslar biznesdə sadəcə hədəfə (mənfəət əldə etmək, reputasiya qazanmaq və s.) çatmaq üçün vasitədir. Bügün vacib olan fabriklər, avadanlıqlar, know-how-ar, brendlər, hətta işçilər deyil, vacib olan sadəcə qalibiyyətdir. Qalibiyyətin biznesdə tərifini məncə hamımız bilirik!

Bənzətmə № 2. Şahmat oyunu və biznesin həyat tsıklı. Şahmatda oyun başlanma mərhələsinə (vaxtına) görə 3 yerə bölünür: debut, mittelspiel, endspiel. Hər bir mərhələdə konkret oyun prinsipləri var, qiymətləndirmə metodları mövcuddur. Məsələn əgər mittelspieldə filin rolu çox böyükdürsə, endşpieldə at daha aktiv olur və s. Eyni zamanda biznesdədə yaranma mərhələsində olan biznesin idarəedilməsi ilə, durğunluq, inkişaf və ya tənəzzül olan biznes arasında böyük fərqlər mövcuddur.

Bənzətmə № 3. Qurban və investitsiya. Şahmatda qurban verərək müəyyən nəticələr əldə etmək, biznesdə investitsiya qoymağa çox bənzəyir. Yuxarıda biz resursların şahmat və biznes arasında eyniliyini izah etdik, qurban və investitsiya müvafiq olaraq fiqur və resurslardan edilir. Hər bir investitsiya qoyuluşu ozündə bir alternativ imkandan imtina deməkdir. İstər şahmatda istərsədə biznesdə qurban verilən zaman mütləq həm qısa müddətli, məsələn 5-6 gediş, həmdə uzunmüddətli hesablamar olmalıdır, məsələn 5 gedişdən sonra vəziyyətin qiymətləndirilməsi.

Bənzətmə № 4. Şah və biznes. Şahmatda taxtadan heç vaxt götürülməyən yeganə element – şahdır. Şah oyunun idarəçisi funksiyasındadır və onun atəş altında qaçılmaz qalması oyunun sonudur. Bütün fiqurlar şahı qoruyur… lakin maraqlı məqəm budur ki, şahın təhlükəsiz qalması heçdə şahdan və ya fiqurlardan asılı deyil, bütün prosesi idarə edən “görünməz əl” vardır. Təbii ki, biznesdədə yeganə dəyişməz varlıq biznesin obyektidir, digər bütün elementlər biznesdə deyişkəndir. Biznesdədə “görünməz əllər” var!

Əlbətdə şahmatla biznes arasında olan bənzətmə çox uzun mövzudur və bügün bu mövzunu açmağı qarşıma məqsəd qoymamışım. Qala-qurma, pat, heç-heçə kimi elementlərin biznesdə oxşarlığını tapmağı Sizə buraxıram. Lakin sonda Sizdən bir xahişim var, yaxınlarınıza ətrafdakılarınıza şahmatın sirlərini öyrədin. Bu oyun son dərəcə faydalıdır və ən azından biznes təhsilə bərabərdir!

Bunu oxuyun: İdman xarakteri nədir?

Maraqlıdır: Bizə facebook lazımdır?

şərhlər

şərhlər

1 Comment

  1. gedecem wahmata))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close